Neytron silahının zədələyici xüsusiyyəti
Neytron silahı zəif istilik-nüvə sursatıdır. Əsas zədələyici təsiri neytronlar selinin nüfuzedici təsirindən ibarətdir. Neytron sursatının gücü, adətən, 0,5 kt-dək (2 min tonadək) olur. Adi nüvə sursatında nüfuzedici radiasiyanın yaranması üçün partlayış enerjisinin ancaq 5%-i sərf olunur, neytron sursatında isə bu zədələyici amilin payına enerjinin neytronlar seli digər nüvə partlayışına nisbətən 5-6 dəfə güclü olduğu üçün adamlar radiasiyadan zədələnməyə zərbə dalğasının və işıq şüalanma-sının təsir dairələrindən daha çox məruz qalırlar. Məsələn, xarici mətbuatın məlumatlarına görə, neytron döyüş sursatının partlayışı zamanı sursatın gücündən (500-dən 2 min tonadək) asılı olaraq, izafi təzyiq 300-500 m məsafədə 0,3 kqq/sm-ə çatır və bu sahədə güclü dağıntılar baş verir. Təzyiq 650-1000 m məsafədə 0,1 kqq/sm olur ki, burada orta dərəcəli və zəif dağıntılar yaranır, nüfuzedici radiasiya 2000 m-dək təsir göstərir. Bu məsafədəki sahələrdə mühafizədən kənarda qalan adamlar 10 raddan 100 min rad-dək şüalanmaya məruz qala bilərlər (rad - maddə tərəfindən udulan dozaya deyilir).
Neytron bombası partlayışının təsirindən mühafizə olunmayan adamlar partlayış mərkəzindən 800 m-dək məsafə-də bir anda, 1600 m-dək məsafədə partlayışdan bir neçə gün sonra məhv ola, 2000 m məsafədə isə ən təhlükəli şüa xəstəli-yinə tutula bilərlər. Qış vaxtı (rütubətli havada) neytron selinin zərərli təsir məsafəsi yaydakına nisbətən 1,2 dəfəyədək az olur.
Neytron partlayışı zamanı nüfuzedici radiasiyadan mühafi-zə nisbətən çətindir. Partlayış zamanı nüfuzedici radiasiyanın təsir dairəsi eyni güclü digər nüvə sursatlarının təsir dairəsin-dən təxminən iki dəfə artıqdır. Daldalanacaqların radiasiyası zəiflətmə əmsalı 1,5-2 dəfə az olduğuna görə, neytron döyüş sursatından qorunmaq üçün nəzərdə tutulan daldalanacaqda divar və tavanın qalınlığı adi radiasiya əleyhinə daldalanacağı-nın qalınlığından 1,5-2 dəfə qalın, yəni 130 -150 sm olmalıdır.
NƏTİCƏ
Sənayenin müxtəlif sahələrində kimyəvi maddələr və materiallar istehsalının həcmi gündən-günə artır. Belə bir şəraitdə bizi istehsalatda və məişətdə 100-dən çox qəza təhlükəli kimyəvi maddələr (QTKM) əhatə edir.
Respublikamızın təsərrüfatının xeyli obyektlərində güclü təsirli maddələrdən ya bilavasitə istehsalat məqsədləri üçün, və yaxud da istehsalatla əlaqədar olan müxtəlif proseslərin təmin edilməsi üçün istifadə edilir.
Qəza təhlükəli kimyəvi maddələrin saxlandıqları tutarlardan və qablardan kənara axması - həm dinc dövrdə qəzalar nəticəsində, həm də müharibə vaxtı nüvə partlayışının zərbə dalğasından, adi basqın vasitələrinin birbaşa təsirindən və ya təxribatlar yolu ilə QTKM avadanlığının dağıdılması nəticəsində baş verə bilər.
Beləliklə, düşmənin nüvə və ya adi silahla havadan zərbələri nəticəsində yaranan qəzalar zamanı kimyəvi obyektlərdə QTKM-ın ətrafa yayılması (axması) mümkündür. Belə hallarda ikili zədələnmə ocaqları yaranır.
ƏDƏBİYYAT SİYAHİSİ
https://az.wikipedia.org/
https://ordu.az/az/tags/
Dostları ilə paylaş: |