Zəif dağılma zonası. 20kPa–dan 10 kPa-dək izafi təzyiq təsir göstərən sahələrdə zəif dağıntılar baş verir. Bu zonada yerüstü binalar zəif dağıntılara məruz qalır (onların qapı-pəncərələri, artırmaları, daxili arakəsmələr və s. dağılır). Küçələrdə tək-tək uçqunlar yaranır, işıq şüalanmasından tək-tək yanğınlar törəyir.
Dağıntı zonalarından kənarda (izafi təzyiq 10 kPa –dan az olan yerlərdə) zərbə dalğası mühafizə olunmamış adamlara təhlükə törətmir, binaları isə azacıq zədələyir.
Radioaktiv buludun izlərində zəhərlənmənin xarakteristikası
Yerüstü nüvə partlayışı zamanı zədələnmə ocağında bu sahənin partlayış məhsulları ilə çirklənməsi nəticəsində xeyli mürəkkəb radiasiya vəziyyəti yarana bilər. Radioaktiv buludun hərəkəti istiqamətindəki sektor ən yüksək dərəcədə çirklənəcəkdir. Bu sahələrdə şüalanma dozasının gücü hətta partlayışdan bir saat sonra bir neçə min Rentgen-saat (R/s) ola bilər. Belə halda mühafizə olunmamış adamlar bir neçə dəqiqə ərzində ölümcül kəmiyyətə çatan dozalarda şüalanmaya məruz qala bilərlər. Ərazinin müəyyən sahəsində radioaktiv çirklənmənin sıxlığı sahə vahidinə tökülən radioaktiv hissəciklərin miqdarından, onların radioaktivliyindən və dispersiya tərkibindən, habelə partlayışdan sonra nə qədər vaxt keçdiyindən asılı olur və sahə vahidinə düşən aktivliklə (Ki/km, Ki/m, Ki/sm və s.), Sistemində isə Bk/m ilə ifadə edilir (Ki=3,7.10 Bk).
Radioaktiv bulud
Partlayışın radioaktiv məhsullarının adamlara göstərdiyi radiasiya təsiri ərazidə dozanın gücündən (radiasiyanın səviyyəsindən) asılı olur.
Radiasiya təhlükəsinin artması radiasiyadan etibarlı mühafizə sistemi yaratmağı və radiasiya təhlükəsizliyinin səviyyəsini yüksəltməyi tələb edir.
Dostları ilə paylaş: |