Güclü dağılma zonası. 50 kPa-dan 30 kPa-dək izafi təzyiqin təsirinə məruz qalan sahələr orta dərəcəli dağıntılar zonasıdır. Bu zonanın hüdudları daxilindəki yerüstü binalar güclü dağıntılara məruz qalır, yeraltı sığınacaq və şəbəkələr salamat qalır. Küçələrin müxtəlif yerlərində uçqunlar yarana bilər. İşıq şüalanması nəticəsində güclü yanğınlar törəyir.
Orta dağılma zonası.30kPa-dan 20 kPa-dək izafi təzyiq təsir göstərən sahələrdə orta dağıntılar baş verir. Taxta evlər tamamilə və çox dağılır, daş evlər orta və ya zəif dağıntılara uğrayırlar. Sığınacaq, daldalanacaq və bina zirzəmilər dağıntılarsız ötüşürlər. Küçələrdə ayrı-ayrı uçqunlar əmələ gəlir. İşıq şüalanması nəticəsində başdan-başa yanğınlar törəyir.