Azərbaycan Respublikası Təhsil Nazirliyi Kooperasiya Universiteti



Yüklə 1,06 Mb.
səhifə12/13
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#42166
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   13
Günel Abdullazadə Mülki müdafiə

Hidrogen bombası
Hidrogen bombası - yüngül elementlərin nüvələrinin birləşmə reaksiyasının enerjisindən istifadə olunmasına əsaslanan, böyük dağıdıcı qüvvəyə malik kütləvi qırğın vasitəsidir. Partlayış enerjisinin yaranmasına səbəb olan proseslər günəşdə və digər ulduzlarda baş verən proseslərə uyğundur. Nüvə silahının təsir faktorları hidrogen bombasının tətbiqi zamanı da yaranır, lakin bu bomba daha böyük partlayış gücünə malikdir.

Hidrogen bombasının partlama prinsipi: ilk öncə hidrogen bombasının daxilindəki termonüvə reaksiyasını başladan partlayıcı (böyük olmayan atom bombası) partlayır. Bunun nəticəsində neytron seli və termonüvə sintezinin baş verməsi üçün yüksək temperatur yaranır. Neytronlar seli deyterium ilə litium (kütlə sayı 6 olan litium izotopundan istifadə edilir) birləşməsini hədəfə tutur. Litium-6 neytronun təsiri altında helium və tritiuma parçalanır. Beləliklə, sintez üçün gərəkli olan materiallar bombanın daxilində yaranır.



Hidrogen bombasının hazırlanması və onun tətbiqi anı


Sonra isə deyterium ilə tritium qarışığında termonüvə reaksiyası başlayır, bomba daxilində temperatur sürətlə artır.

Hidrogen bombasının partlaması üçün baş verən əsas proseslər deyterium ilə tritiumun reaksiyası ilə bitir. Lakin, daha sonra konstruktorlar nüvələrin sintezini yox, onların bölünməsini istifadə etməyə üstünlük verirlər. Deyterium və tritium nüvələrinin sintezi nəticəsində helium və sürətli neytronlar yaranır. Sürətli neytronların enerjisi uran-238 (adi atom bombalarında istifadə olunan, kifayət qədər ucuz, uranın əsas izotopu) nüvələrinin bölünməsini təmin etmək üçün kifayət qədər çoxdur. Bir ton uranın bölünməsi 18 Mt-a ekvivalent enerji yaradır. Bu enerji yalnız partlayışa və istilik ayrılmasına səbəb olmur. Hər bir uran nüvəsi 2 yüksək radioaktiv “qəlpə”yə bölünür. Bölünmə məhsullarına 36 müxtəlif kimyəvi element və təxminən 200 radioaktiv izotop daxildir. Bütün bunlar bombanın partlaması zamanı ətrafa yayılan radioaktiv çöküntüdür.



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin