Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə22/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   18   19   20   21   22   23   24   25   ...   96
muh tehsilde ve elmde IKT

 

MATLAB  riyazi  proqram  paketi.  Paket  1970-ci  illərin  sonunda  ABŞ-ın  Nyu-Mekciko 

universitetinin kompyuter elmləri fakültəsinin dekanı Kliv Mouler tərəfindən yaradılmışdır. MATLAB 

riyaziyyatçı-proqramçılar  tərəfindən  orta  səviyyəli  vasitə  kimi  dəyərləndirilirsə  də,  Elektron 

proyektlərin hazırlanması sahəsində geniş tətbiq olunan proqram paketidir. İlk versiyalarda bu paket 

matrislər  üzərində  əməliyyatlar  aparmaq  üçün  nəzərdə  tutulurdusa,  sonrakı  versiyalarda  dilin 

sintaksisinin zənginləşdirilməsi ondan riyaziyyatın digər sahələrində də uğurla istifadə etməyə imkan 

verdi.  Paket  yuxarı  kurs  tələbələri  və  elmi-tədqiqatla  məşqul  olan  istifadəçilər  üçün  daha  uğurlu 

vasitə sayılır. 

  

Təkamül  nəticəsində  paketin  kitabxanasının  yeni  modullarla  zənginlədirilməsi  və  vizual 



proqramlaşdırma imkanları ilə təchiz edilməsi onun imkanlarının və istifadəçi auditoriyasının daha 

da genişlənməsinə səbəb oldu. Məsələn, SİMULİNK kitabxanasının meydana gəlməsi nəticəsində elə 

məntiqi sxemlərdən ibarət proyektlər işləmək olur ki, burada 1 dənə də olsun proqram kodundan 

istifadə etməyə ehtiyac qalmır. Belə üsulla qurulmuş sxemləri sonradan analiz etmək və öyrənmək 

də mümkündür. 

 



 

 

Şəkil. MATLAB sistemində icra olunmuş proqramın nəticəsi. 



 

 

Matlab sistemi geniş proqramlaşdırma imkanlarına  malikdir. Onun CMat adlanan MATLAB 



kompilyatoru  obyektyönlüdür  və  özündə  C  dilində  hazırlanmış  300-dən  çox  verilənlərin  emalı 

prosedurlarını  saxlayır.  Paketin  içində  həm  hazır  MATLAB  prosedurlarından,  həm  də  C  dilində 

hazırlanmış  standart  prosedurlardan  istifadə  etmək  mümkündür.  Bu  isə,  MATLAB  sistemində 

əlavələrin hazırlanması üçün çox gözəl imkanlar açır. 

 

CMat kitabxanası aşağıdakı funksiyalara malikdir: 



 

1.Matrislər  üzərində  əməllər;  2.Xətti  tənliklərin  həlli.  3.Matris  eksponentasının  

hesablanması;  4.Beta,  qamma,  erf  və  elliptik  funksiyalar;  5.Elementar  riyaziyyat;  6.Verilənlərin 

analizi  və  statistikanın  əsasları;  7.Polinomların  köklərinin  axtarılması;  8.Filtrləmə,  sürətli  Furyo 

çevirmələri;  9.İnterpolyasiya;  10.Sətirlər  üzərində  əməllər;  11.Faylların  daxil  olunması  və  xaric 

olunması əməliyyatları. Qeyd etmək lazımdır ki, MATLAB paketini digər riyazi proqram paketlərindən 

fərqlənirən  ən  mühüm  cəhətlərdən  biri  onun  sürətli  ədədi  hesablamalar  aparmağı  bacaran 

kitabxanaya malik olmasıdır [8]. 

 

Əgər nəzərə alsaq ki, matrislər təkcə xətti cəbrdə, riyazi modelləşdirmədə, statik və dinamik 



sistem və obyektlər üzərində hesablama işlərinin aparılmasında deyil, həm də dinamik obyektlərin 

və sistemlərin vəziyyəti haqqında tənliklərin qurulması və həll üçün yaxşı vasitədir, onda MATLAB 

paketinə olan diqqətin niyə bu qədər yüksək olmasını anlamaq olar. Bütün bu üstünlüklər MATLAB 

sisteminin  riyazi  proqram  paketləri  arasında  ən  geniş  yayılmış  universal  inteqral  paket  kimi 

tanınmasına imkan yaratmışdır. 

 

MATLAB paketi aparılan hesablamaların qrafik təsvirini almaq üçün çoxlu sayda funksiyalara 



malikdir.  Bu  funksiyalar  İmage  Processing  Toolbox  kitabxanasında  saxlanılır.  Paketin 


proqramlaşdırma  dili  və  İmage  Processing  Toolbox  funksiyalar  kitabxanası  qrafik  təsvirlərin 

yaradılması və redaktəsi üçün yaxşı imkanlar açır.  

 

Qrafik  kitabxana  metodlarının  MATLAB  proqramlaşdırma  dili  ilə  vəhdəti  paketin  qrafik 



təsvirlər üzərində əməllər aparmaq və əlavələr (modellər) yaratmaq imkanlarını genişləndirir. Belə 

ki, MATLAB paketinin yararsız hala düşmüş şəkilləri bərpa etmək və ya şəkilləri tamamilə yenidən 

qurmaq (yaratmaq) kimi imkanları onu geniş istifadəçi kütləsi üçün də yararlı edir.  

 

MATLAB  paketinin  daha  bir  vacib  kitabxanası  –  System  İdentification  Toolbox  özündə 



dinamik sistemlərin riyazi modellərini qurmaq üçün nəzərdə tutulan alətləri və həm parametrli, həm 

də parametrsiz metodları saxlayır 

 

Paket  NAG  Foundation  Library  adlanan  və  özündə  böyük  sayda  altproqramlar  saxlayan 



kitabxanaya da malikdir. Bu kitabxana əsasən kompyuter riyaziyyatında istifadə olunan ən müasir 

ədədi metodlardan təşkil olunmuşdur.  

 

Əlbəttə, bütün kompyuter proqramlarında olduğu kimi MATLAB paketinin də özünəməxsus 



çatışmayan  və  təkmilləşdirilməsinə  ehtiyac  duyulan  cəhətləri  vardır.  Bunlardan  ən  başlıcası 

proqramın  eyni  vaxtda  çoxlu  sayda  pəncərələr  vasitəsilə  idarə  olunmasıdır.  Belə  bir  interfeys 

istifadəçilər üçün müəyyən çətinliklər yaradır. Proqramın HELP sistemi kifayət qədər zəngin olsa da

onun  struktur  quruluşunun  mürəkkəb  olması  kömək  sistemini  demək  olar  ki,  istifadəsiz  saxlayır. 

Bunlardan  əlavə,  proqramın  mənimsənilməsinin  bir  qədər  mürəkkəb  olması,  Azərbaycan  dilində 

yetərli sayda və keyfiyyətdə öyrədici materialların az olması tələbələrin bu paketdən istifadəsi üçün 

müəyyən maneələr yaradır.  

 

 




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin