Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi


 ELEKTRON TƏDRIS VƏSAITLƏRININ (ETV) YARADILMA PRINSIPLƏRI



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə29/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   25   26   27   28   29   30   31   32   ...   96
muh tehsilde ve elmde IKT

7. ELEKTRON TƏDRIS VƏSAITLƏRININ (ETV) YARADILMA PRINSIPLƏRI 

 

 

İnformasiya tədris resursları iki qrupa bolunur: bilavasitə şagirdin komputerində olan 



informasiya (lokal komponent) və tədris mərkəzinin komputerlərində olan informasiya (şəbəkə 

komponenti). Informasiyanın yerləşdirilməsi usulundan asılı olaraq bu resursların yaradılması və 

istifadə texnologiyası muəyyən tələblərə cavab verməlidir. Lokal komponent cap məhsulundan

xarici yaddaş qurğularında saxlanılan audio-video informasiyadan və komputer yonumlu 

informasiya daşıyıcılarından ibarətdir. 

 

Tədrisdə istifadə edilən informasiya resurslarının irihəcmli olması muvafiq tutumlu 



informasiya daşıyıcısından istifadəni tələb edir. İnteraktiv mulitimediya kursu informasiya təsvirinin 

muxtəlif muhitlərini (mətn, statik və dinamik qrafika, audio-videotəsvir) sintez etməyə imkan verir, 

şagirdi təlim prosesinin fəal iştirakcısına cevirir (şagirdə təqdim edilən hər yeni informasiya bloku 

onun əvvəlki fəaliyyətinə, mənimsəmə səviyyəsinə muvafiq olaraq komputer tərəfindən seçilir və 

operativ təqdim edilir). Beləliklə, ETV-nin yaradılmasında ucuncu prinsip tədris materialının 

multimediya formada təqdimatıdır. 

Şəbəkə kurslarının texniki bazasını IKT təşkil edir. Telekommunikasiya texnologiyaları 

əsasən tədris materiallarının oturulməsi məqsədilə istifadə olunur. Internet resursu formasında 

tədris materialının yaradılması ucun muxtəlif HTML redaktorlardan istifadə edilir. HTML sənədi 

interaktiv edir və informasiyanı serverə oturməyə imkan yaradır. 

Lokal komponent yaradılması ucun istifadə edilən proqramlaşdırma sistemləri, adətən 

multimediya kursda Internet resurslarına muraciət imkanları yaradır (muəyyən Internet unvanları 

qeyd edilməklə), nəticədə şəbəkə və lokal resurslar birləşir, vəhdət təşkil edir, muəyyən mənada 

vahid informasiya-təhsil muhiti (dar mənada) yaranır. 



 

İstənilən nov tədris materiallarının məzmunu (istənilən təhsil texnologiyasının tətbiqi 

zamanı) kompleks halda şagirdin mənimsəməli olduğu bilik və bacarıqların zəruri və kafi səviyyəsini 

əks etdirir. Tədris yönumlu ETV-nin məzmunu dövlət standartlarına və muasir təlim 

texnologiyalarına tam uyğun formada tərtib edilməli və bu zaman materialın struktur quruluşuna 

xüsusi diqqət yetirilməlidir. Elektron tədris materialı elə strukturlaşdırılmalıdır ki, o, öyrənən üçün 

yorucu olmasın, axtarış və help sistemi ilə təmin olunsun, didaktik imkanları geniş olsun.  

 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin