Telekonftans və videotelefon xidmətləri
Bu vasitələr öyrədən və öyrənənlərlə canlı ikitərəfli əlaqənin yaradılmasını təmin edir. Bu
zaman iştirakçıların sayı çox olsa da, eyni vaxtda yalnız iki istifadəçi və ya istifadəçi qrupu arasında
qarşılıqlı informasiya mübadiləsi aparıla bilər. Digər iştirakçılar onlar üçün imkan yaradılana qədər
yalnız müşahidəçi rolunda olurlar. Bu, həm də onu göstərir ki, telekonferensiya və videotelefon
xidmətləri mütləq vahid mərkəz ətrafında yaradılır və bu mərkəz tərəfindən də idarə olunur. Bu
növ xidmətin təşkili üçün nəzərdə tutulan aparat və proqram təminatı özünəməxsusluğu ilə
fərqlənsə də, əsasən elektron konferensiaların aparat və proqram təminatı ilə üst-üstə düşür.
Telekonferensiya və videotelefon xidmətlərini digər internet xidmətlərindən fərqləndirən ən
mühüm cəhət iştirakçılar tərəfindən ötürülən və qəbul edilən informasiyanın ölçüsünə
məhdudiyyətlərin qoyulması və bu məhdudiyyətlərin də mübadilə materiallarının keyfiyyətinə təsir
etməsidir.
Bu tip şəbəkə xidmətlərinin didaktik xüsusiyyətlərinə tədris məqsədli proqramlarla paralel ,
təsvirlərin, səsin, qrafik informasiyanın və s. real vaxt – bir seans ərzində istifadəçilərə çatdırılması
imkanlarının geniş olmasıdır. Belə ki, sadalanan xüsusiyyətlər mühazirələrin, seminarların, məşqələ
və məsləhət saatlarının canlı dinlənilməsi, yoxlama və imtahanların ənənəvi üsullara yaxın üsullarla
keçirilməsi üçün yaxşı imkanlar açır.
Dostları ilə paylaş: |