11. DİSTANT TƏHSİL TEXNOLOGİYASI VƏ ONUN TƏTBİQ XÜSUSİYYƏTLƏRİ
İKT-nin təhsilə tətbiqi əsasən 2 istiqamətdə aparılır:
1. Ənənəvi təhsil formalarının təkmilləşdirilməsi, yeniləşdirilməsi və tədrisin keyfiyyətinin
yüksəldilməsində İKT-dən istifadə.
2. Təhsil prosesində yeni metodların yaradılması və bu metodlardan istifadə etməklə distant
(məsafədən) təhsil texnologiyasının tətbiqi.
Distant təhsil forması təlim-tədris prosesinin uzaq məsafədən təşkilinə şərait yaradır. Son
illərdə distant təhsil formasının tətbiqi təhsil və informasiya mədəniyyəti sahəsində qlobal (köklü)
dəyişikliklərə səbəb olmuş və hazırda inkişaf etmiş dövlətlərin əsas təhsil formasına
çevrilməkdədir. Distant təhsil formasının inkişafı yeni texnologiyalara əsaslanan təhsil
müəssisələrinin, fakültələrin yaranmasına təkan verir. Yeni texnologiyalara keçid məsafədən təhsil
(distant təhsil) almaq istəyənlərin sayının sürətlə artmasına və beləliklə də təhsilə yeni əlavə
xərclərin cəlb olunmasına səbəb olur. Lakin, artıq dünyanın distant təhsil sistemini tətbiq edən
qabaqcıl ali məktəblərinin təcrübəsi sübut edir ki, distant təhsil sisteminin təşkilinə və aparılmasına
xərclənən vəsait tezliklə özünü doğruldur və hətta təhsil müəssisəsinə əlavə böyük gəlirlərin daxil
olmasına yaxşı zəmin yaradır.
Distant təhsil formasının inkişafı fərdi kompüterlərin və internet şəbəkəsinin yaranması ilə
daha da sürətlənmişdir.
Distant təhsilin baza xüsusiyyətlərinə əsasən aşağıda göstərilənlər aid edilir:
1.
Əhalinin təhsil alma imkanlarının artması: Məsələn, əgər vaxt amili ənənəvi formada təhsil
iştirakçılarının müəyyən mənada fəaliyyətini məhdudlaşdırırdısa, distant təhsil zamanı bu
məhdudiyyətlər demək olar ki, bütünlüklə aradan qalxır.
2.
İnformasiyanın radikal olaraq tamamailə yeni forma və məzmunda çatdırılmasının təmin
olunması: Məsələn, multimedia sistemlərinin tədris fəaliyyətində geniş tətbiqi,
informasiyanın qeyri-standart üsullarla təqdimatı, iri həcmli Elektron sorğu sistemlərindən
istifadə imkanlarının genişlənməsi (elektron kitabxana xidmətləri, elektron konferensiya və
s.)
3.
Biliklərin daha təkmil forma və qaydalarla qiymətləndirilməsi imkanlarının artması, elektron
jurnal sisteminin, test texnologiyasının tətbiqi və nəticələrin analitik sistemlərin köməyi ilə
təhlili və s.
4.
Təhsilin prosesinin başdan-başa avtomatlaşdırılması
Hazırda distant təhsillə məşqul olan tədris müəssisələrini əsasən bir-birini tamamlayan üç
koteqoriyaya ayırmaq olar:
1.
Yalnız distant təhsillə məşqul olan müəssisələr. Bu koteqoriyadan olan təhsil
müəssisələrinin sayı çox deyildir və bu formada təhsil verən müəssisələr əsasən ABŞ-da
daha geniş yayılmışdır.
2.
Eyni zamanda həm ənənəvi təhsil, həm də distant təhsillə məşqul olan təhsil müəssisələri:
Hazırda dünyanın demək olar ki, bütün aparıcı ali təhsil müəssisələri distant təhsil
formasından çox geniş istifadə edir və bu növ təhsil forması ilə məşqul olan altqurumlar
həmin müəssisələrin Açıq Təhsil Fakültələri adlanır. Açıq təhsil fakültələrində işin uğurlu
təşkili hər şeydən əlavə müəssisəyə əlavə gəlirlərin və dividentlərin cəlb olunmasına gözəl
imkanlar açır və s.
3.
Mütəxəssislərin təkmilləşdirilməsi və yenidən hazırlanması üzrə fəaliyyət göstərən
müəssisələr. Hazırda dünyada bu növ fəaliyyətlə məşqul olan çoxlu sayda təhsil
müəssisələri mövcuddur və bu müəssisələr fəaliyyətlərini əsasən distant yolla həyata
keçirməyə üstünlük verirlər. Dünyanın bir çox aparıcı ali məktəblərində mütəxəssislərin
təkmilləşdirilməsi və yenidən hazırlanması fakültələri və ya kursları mövcuddur. Distant
təhsil üsulu belə mobil qrupların çevik yaradılmasına, onlarla işin səmərəli təşkilinə yaxşı
imkanlar yaradır və bu həm virtual qrup nümayəndəsinin həm də onun tədrisinin təşkili ilə
məşqul olanların işinin təşkili üçün böyük imkanlar açır. Qeyd etmək lazımdır ki, əksər
distant təhsil müəssisələri təkmilləşdirmə və yenidən hazırlanma təhsilinin təşkilində
öyrənənlərin sifarişlərinə əsaslanır ki, bu da sonda yaxşı effektin alınmasına səbəb olur.
Dostları ilə paylaş: |