Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi


 DİSTANT TƏHSİLİN XARAKTERİSTİKALARI



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə40/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   36   37   38   39   40   41   42   43   ...   96
muh tehsilde ve elmde IKT

 

12. DİSTANT TƏHSİLİN XARAKTERİSTİKALARI 

 

 

Distant təhsilin xarakteristikalarına əsasən aşağıdakılar aiddir: 



1.  Kursun struktur quruluşunun özəllikləri: Distant təhsil zamanı öyrənənin mühazirə 

mətnlərini və digər elektron tədris materiallarını yazmasına ehtiyac qalmır. O, təklif olunan 

bütün materialları istifadə etdiyi yaddaş qurğusunda saxlamaqla arxivləşdirə bilir və istədiyi 

vaxt, istədiyi yerdə və şəraitdə həmin materialı monitora çıxararaq oxuyub öyrənmək 

imkanı əldə edir. Burada əsas “ağırlıq” kursun materiallarını hazırlayanların üzərinə düşür. 

Mətn və materiallar elə hazırlanmalıdır ki, onlar yorucu olmasın və daha da cəlbedici olsun. 

Bu məqsədlə, xüsusi dizayn və prezentasiya proqramlarının imkanlarından istifadə etmək 

məsləhət görülür ki, bu da öyrədənlərdən xüsusi İKT bacarıqlarına yiyələnməyi tələb edir. 

Kursun mümkün qədər sadə və anlaşıqlı formada hazırlanması da vacib şərtlərdəndir. 

2.  Kommunikasiya imkanları və vasitələri: Distant təhsil texnologiyasının tətbiqi informasiyanı, 

məlumatları və digər tədris yönümlü materialları istifadəçilərə (öyrənənlərə) çatdırmaq və 

həmin növ materialları onlardan qəbul etmək üçün xüsusi aparat və proqram vasitələri ilə 

təminatı tələb edir. Bu vasitələrə kompüter dəsti, printer, skaner, proyektor, modem, 

telefon, televizor, faks və digər şəbəkə qurğuları və bu qurğuların normal iş regimini və 

internetin didaktik imkanlarından yararlanmanı təmin edə biləcək proqram vasitələri və s. 

aid edilir. Bundan əlavə, rabitə mühitinin imkanları da  (yəni, məsələn internetin sürəti, 

elektrik enerjisinin fasiləsiz təminatı və s.) təhsil mühitinin imkanlarına mütləq cavab 

verməlidir.  

3.  Öyrənənlərlə əlaqələrin qurulması və əlaqələrin dəstəklənməsi məsələləri: Ənənəvi təhsil 

formasında olduğu kimi distant təhsil forması da özünəməxsus müxtəlif təlim metodları ilə 

zəngindir. Bu metodların əsas məqsədi və qarşıya qoyduqları vəzifələrdən ən başlıcası 

(demək olar ki, həm də ortada olan ən böyük problem) öyrənənlərin biri-biri ilə və 

öyrədənlərin bu virtual qrup üzvləri ilə qarşılıqlı əlaqələrinin sıx təşkilinə yönəlmişdir. Bu 

istiqamətdə müəyyən işlərin görülməsinə və vasitələrin işlənməsinə baxmayaraq (çat, 



elektron, audio və video konferensiya və digər) hələ də müəyyən işlərin görülməsinə 

ehtiyac vardır (məsələn, öyrənənin psixoloji durumuna əsaslanma və s).  

 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin