Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi


Elektron kataloq və elektron kitabxanalar



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə38/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   34   35   36   37   38   39   40   41   ...   96
muh tehsilde ve elmde IKT

Elektron kataloq və elektron kitabxanalar. 

 

Elektron kitabxana kitabların, müəssisə daxili əmr və sərəncamların, müxtəlif təlimat və 



göstərişlərin və s. çeşidlənmiş formada toplandığı, naviqasiya və axtarış sistemi ilə təmin olunmuş 

elektron sənədlərin saxlandığı məlumatlar bazasının idarəolunması sistemlərinə deyilir. Elektron 

kitabxana özündə həm də müxtəlif təyinatlı elektron məlumatları (kompüter proqramlarını, media 

və audio-video faylları və s.) saxlayan veb səhifə kimi də hazırlana bilər. Bu növ elektron bazalar 

həm universal, həm də ayrı-ayrı ixtisaslaşmış bazalar şəklində də yaradıla bilər. 

 

Elektron kitabxanaların yaradılması və onlardan geniş miqyaslı istifadənin təşkili əsasən 



təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərən ənənəvi kitabxana resurslarının işinin yeni 

tələblər əsasında qurulmasına yönəlir.  

 

Elektron kitabxananın tətbiqi kitabxana resursları haqqında daha geniş, dəqiq və operativ 



məlunat alınması imkanlarını artırır. İstifadəçi elektron kitabxananın xidmətlərindən istifadə 

edərkən konkret sorğulara konkret cavablar alır və bu da ilk növbədə vaxt itkisinin qarşısının 




alınmasına kömək edir. Əgər elektron kitabxananın işi şəbəkədə və xüsusilə də qlobal şəbəkədə 

təşkil olunursa, onda bu səmərə dəfələrlə artmış olur. 

 

Elektron kitabxanadan istifadə tədris prosesinin səmərəli təşkilinə birmənalı olaraq geniş 



imkanlar açır, kitabxana üzrə Elektron axtarış və naviqasiya sistemlərinin imkanlarından istifadə 

etmək həm öyrənənlər, həm öyrədənlər, həm də tədris prosesinin bütün digər iştirakçıları üçün 

prosesin təşkilinə yaxşı şərait yaradır. 

 

Bu gün dünyanın ən böyük elektron kitabxanası Çin Xalq Respublikasında fəaliyyət göstərir. 



Bu kitabxana 12 milyon müxtəlif elektron sənəddən ibarət məlumatlar bazasını özündə 

cəmləşdirir. Kitabxanaya müraciət internet şəbəkəsi vasitəsilə aparılır. Kitabxananın ən maraqlı 

cəhəti burada pirat (oğurluq) vasitələrdən istifadə olunmamasıdır. Daha dəqiq desək, kitabanada 

müəllif hüquqlarının qorunmasına ən önəmli yer verilir




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin