9. DIDAKTIK XÜSUSIYYƏT VƏ FUNKSIYALAR ANLAYIŞI
Təhsil vasitələrinin didaktik xüsusiyyətləri dedikdə, həmin vasitələrin həm nəzəri, həm də praktik
bilik və vərdişlərin öyrədilməsi üçün nəzərdə tutulan imkanları başa düşülür. Məsələn, kompüterin
didaktik xüsusiyyəti dedikdə, onun özünü öyrətmək qabiliyyəti – yəni HELP (SPRAVOÇNİK/KÖMƏK)
sisteminin imkanları başa düşülməlidir.
Təhsil vasitələrinin didaktik funksiyaları dedikdə, həmin vasitələrin tədrisdə təyinatı, onların təlim-
tədris prosesində yeri və rolu başa düşülür. Didaktik funksiyalara daha çox tədris vasitələrinin
periferik xüsusiyyətləri aid edilir. Kompüterin didaktik funksiyalarına onun HELP sistemini
istifadəçiyə çatdırmaq üçün nəzərdə tutulan imkanları aid edilir.
Qlobal internet şəbəkəsinin yaranması məlumatların yeni informasiya texnologiyalarının köməyi ilə
toplanması, emal edilməsi, saxlanılması, ötürülməsi kimi funksiyaların daha da təkmilləşdirilməsinə
səbəb olmaqla informasiya texnologiyalarının məsafədən qarşılıqlı əlaqə yaratmaq kimi aşağıda
göstərilən böyük imkanlarının reallaşdırılmasına da şərait yaratdı:
- Təhsil prosesi iştirakçılarının (öyrənənlərin, elektron informasiya mənbələrinin və
öyrədənlərin) arasında qarşılıqlı əlaqələrin yeni formalarda təşkilinə;
- Təhsil prosesi iştirakçılarının vaxt baxımından sərbəstləşməsinə və onların vaxtdan səmərəli
istifadə imkanlarının genişlənməsinə (asinxron təhsil metodu)
Kompüter şəbəkələrində tədrisin təşkilinin didaktik xüsusiyyətlərinə aşağıda göstərilən
informasiya texnologiyalarının didaktik xüsusiyyətləri də aid edilir:
- Təhsil prosesində informasiya texnologiyalarından istifadə metodlarına əsaslanmaqla
elektron təhsil materiallarının yaradılması;
- Təhsil prosesi iştirakçıları arasında uzaq məsafədən informasiya mübadiləsinin yaradılması;
İnformasiya texnologiyalarının didaktik imkanları təhsil prosesində aşağıdakı təhsil alma
imkanlarının yaranmasına kömək edir:
- Təhsil prosesinin uzaq məsafədən reallaşdırılması: bu zaman öyrədənlə öyrənən və ya
öyrənənlər qrupu arasında ya elektron yazışmalar, ya da audio/video bağlantıların köməyi
ilə təhsil yönümlü əlaqələr yaradıla bilər;
- Öyrədənlə öyrənən və ya öyrənənlər qrupu eyni vaxtda və vaxtından aslı olmayaraq uzaq
məsafədə yerləşən tədris vasitələrindən istifadə etmək imkanları əldə edə bilər.
Bu proseslər vaxt baxımından 2 rejimdə həyata keçirilə bilər:
1. Bütün tədris iştirakçıları məsafədən və yerindən aslı olmayaraq eyni vaxtda kompüter
arxasında aktiv vəziyyətdə (onlayn rejim) olmalıdırlar. Belə təhsil prosesi sinxron təhsil
rejimi adlanır.
2. Tədris prosesi iştirakçılarının eyni vaxtda aktiv rejimdə olmaları tələb olunmur. İştirakçılar
tədris prosesini özləri üçün daha sərfəli vaxtda və səmərəli üsullarla həyata keçirirlər. Belə
təhsil rejimi asinxron təhsil prosesi adlanır.
|