texnologiyalar
o MOO (Multi-user Object Oriented) texnologiyaları
o MUD (Multi User Domain) texnologiyaları
o IRC texnologiyası
o WWW texnologiyası
o FTP texnologiyası
o Elektron poçt (e-poçt) texnologiyası
o Paylanma texnologiyası (listserv)
• Audiokonfranslar
Audiokonfranslar - Bu iştirakçiların səsli konferensiyaları keçirilən müxtəlif telekonferensiya
növüdür. Audiokonferensiyaları rəqəmli və ya analoqlu əlaqə xətlərində təşkil etmək olar.
Audiokonfransları birtərəfli video (one-way video), sputnik TV, həmçinin elektron yığıncaqların
keçirilməsi üçün istifadə edirlər. Verilmiş telekonferensiya tipi distant təhsil kurlarının keçirilməsi
üçün məhdud imkanlar verir. Burada Radio və audio kassetlərin imkanlarından da kigayət qədər
istifadə edilir.
• Videokonfranslar
Videokonfranslar – Video əks, səs və verilənlərin aparatura və müvafiq proqram təminatları
olan iki və ya daha artıq nöqtədə mübadiləsi üçün nəzərdə tutulub. Onun iştirakçiları real vaxtda
bir birlərini görə və eşidə, həmçinin verilənlər mübadiləsi edib onlara cabalrar da verə bilərlər.
Müvafiq sistem təhsil alanlara müəllim ilə heç bir yol xərci çəkmədən əlaqə, müasir vacib məlumat
mübadiləsi və dərs prosesində tələbələrin müəyyən tapşırıq üzərində birgə işləmə imkanlarını
yaratmaq işinin məhsuldarlığını artırmağa kömək edir.
Videokonfrans əlaqə birgə dialoq, verilənlər bazası ilə əlaqə, səs və videonun ötürülməsi,
həmçinin “ağ lövhə” təşkil edir. Bu cür “lövhənin” köməkliyi ilə istifadəçilər sənəddə öz qeydlərini
edə və digərlərinin qeyd və düzəlişləri ilə tanış ola bilərlər.
Müxtəlif növ informasiya mübadiləsi sistemlərini, əlaqənin asantlığı və rahatlığını nəzərə
alaraq, videokonferensiyalanin texnologiyalarını distant təhsil sistemində effektiv saymaq olar.
Bəzi ölkələrdə videokonfransların keçirilməsi üçün ayrıca televiziya kanalları açılır. Burada
yalnız distant təhsil kursları keçirilir. Həmçinin dərs kursları olan video kassetlərdən də istifadə
edilir.
• Kompüter telekonfransları
Kompüter telekonfranslarında İnternetin yüzlərlə içtirakçısı iştirak edə bilərlər. Konfransda
iştirak etmək çox sadədir. Konfransın ünvanını yığaraq ona qoşulmaq kifayətdir. İstifadəçilərin
komtürerlərinin ekranında konferensiyanın bütün istifadəçilərinin qeyd və yazıları əks olunacaq.
Qeyd və yazıların tez bir zamanda görünməsinə baxmayaraq telekonferensiyaları sinxron
sistemlərə aid etmək olmaz. Əsasən onlar bütün istifadəçilərin yaza bildikləri elan lövhələrinə
oxşayırlar. Elan lövhələrindəki kimi kompüter telekonfranslarında da elanlar müəyyən müddət
saxlanılır. Belə ki istifadəçinin fiziki iştirak etmədiyi vaxtda onlara qayıdıb baxmaq mümkün olsun.
Bu üsulla, müəyyən vaxt mərhələsində keçirilmiş telekonferensiyanın məlumatlarına baxış
mümkün olsun.
• MOO (Multi-user Object Oriented) texnologiyaları
MOO texnolologiyaları – Multi-user Object Oriented – obyekt yönümlü çoxistifadəçilərin
qısaldılmış formasıdır. MOO – İnternet vastəsi ilə real vaxtda əlaqələri təşkil edən sistemdir. MOO-
nun köməkliyi ilə istifadəçinin kompüteri virtual otaqları (virtual rooms) olan əsas (host) maşına
çevrilir. Virtual otaqlarda, sizinlə eyni vaxtda həmin əsas maşına qoşulmuş adamlarla rastaşmaq
olar. MOO-nun xarakter üstünlükləri virtual obyektləri yaratmaq imkanıdır. Digər alət – otaqda baş
verənləri yazmaq imkanına malik olan virtual maqnitofondur. Həmçinin virtual müzakirələr üçün
yazıları yazmaq imkanı verən lövhələr də yaratmaq olar. MOO özündə dərslərin eyni vaxtda
keçirilməsi üçün rahat servis təşkil edir. MOO sürətli xətlər tələb etmir onurla hətta 9600 Kbit/san
sürətli modemlərlə də işləmək olar.
Bir çox dirstant təhsil kursları özlərində MOO seansları təşkil edirlər. Seansların keçirilmə vaxtları
barədə istifadəçilərin e-poçtlarına göndərilir. Həmçinin kursların vaxtları kursların veb səhifələrində
də yerləşdirilir.
• MUD texnologiyaları
MUD texnologiyaları (Multi User Domain – “çoxistifadəçili domen”) MOO texnologiyalarına
çox oxşayırlar. MUD texnologiyalarının köməkliyi ilə qrupla və həmçinin fərdi görüşlər yaratmaq
olar. MUD-a müxtəlif istifədəçilərə kiçik və ya hamının müzakirəsi üçün MUD məktub da daxildir.
MUD həmçinin situasiyalı modellər də yaratmağa imkan yaradır. Verilmiş texnologiyanın hərtərəfli
yayılmış distant təhsil mərkəzlərində istifadəsi səmərəlidir.
• IRC texnologiyaları
IRC (Interactive Relay Chat – Interaktiv ötürülən söhbət) texnologiyaları – real vaxtda
yüzlərlə istifadəçiyə mətn məumatlarını göndərmək və baxmaq imkanına malik proqram
təminatıdır. Müəlliflərin bütün məlumatları və koordinatları ekranda əks olunur. IRC istifadəçilərə
hər bir söhbətlər üçün müxtəlif kanallar təklif edir. Hər bir kanal öz söhbətini əks etdirir. Hər bir
kanalın kanalı idarə edən, onu özəl edən (istifadəçilərin saylna məhdudiyyət qoyan), müəyyən
istifadəçiləri silə bilən, kanalı bağlaya bilən öz operatoru var. Operator – kanalı açandır. Yazıları
sonra baxıb analiz etmək üçün diskə yazmaq olar.
IRC texnologiyalarının distant təhsildə daha rahat istifadə edilməsi üçün – özəl kanal
yaratmaq və onada konsultasiya, test və məqbulların keçirilməsini təmin etməkdir. Distant
kurslarda bu cür yanaşmadan istifadə edilir. Bu çür elanlar Distant təlim mərkəzinin saytındaki
elanlar lövhəsində asılır.
Birdəfəlik dialoq (chat) istifadəçilərə praktik anı olaraq mətn dəyişmək, dialoqu
modelləşdirmək, real vaxtda üz-üzə baş verən söhbətlər imkanı verir. Bu funksiyanı əsasən, açıq
protokolda əsaslanmış Internet Relay Chat, “momental poçt” adlandırırlar.
Birdəfəlik dialoq funksiyasının istifədəsinin çatışmazlıqları intraşəbəkədə ondan ibarətdir ki,
cari onlayn əməliyyatlar əvvəlcədən planlaşdırlımalıdır, belə ki praktik olaraq bilmək lazımdır ki cari
anda kim qoşulub və kimə suallar vermək və kimdən cavablar almaq lazımdır.
Bu cür proqramlardan “Paltalk” proqramını göstərmək olar. Onun köməkliyi ilə cari vaxtda
evdən çıxmadan müəyyən qrupa qoşulmaq və orada dərs keçənin səsini eşitmək, onu görmək və
mətn mübadiləsi etmək olar. Burada distant təhsil üçün ayrıca qrup yaradılmışdır və onun
daxilində müəyyən ixtisaslar üzrə otaqlar yaradılmışdır. İstifadəçinin ekranında birdəfəlik üç nəfəri
görmək olar. Lakin burada audio söhbətlər etmək üçün növbəyə durmaq lazımdır. Bu sualları
birdəfəyə verib müəllimi dolaşıqlığa salmamaq üçün istifadə edilir.
IRC texnologiyaları daxil olmasa da, chat proqramı olam MSN Messenger proqramı da
müəyyən üstünlüklərə malikdir. O, Windows Əməliyyatlar Sisteminin üzərində gələn standart
proqram paketinə daxildir. Onun köməyi ilə fərdi təlim kursları təçkil etmək mümkündür. Bunun
üçün müəllim və tələbənin öz e-poçt ünvanları (məs:
webmaster@firststeps.az
) olmalıdır. Bu
söhbət proqramında istifadəçi ilə yazışma, söhbət və video əlaqələr yaratmaq olur.
Proqramın müsbəh cəhəti eyni vaxtda müəllim ilə tədris keçən tələbənin operativ əlaqəsi,
yazı ilə izah olunması mümkün olmayan problemlərin canlı bağlantı vastəsi ilə başa salınması, hər
bir təlbə ilə fərdi məşğul olmaqdan ibarətdir. Burada tələbənin mobil telefonuna qısa mesaj
göndərmək, e-poçt göndərmək kimi imkanlar da daxildir.
• WWW texnologiyaları
WWW texnologiyaların (World Wide Web – Ümumdünya hörümçək toru) əsasında http
protokolu və hipermətnları yazmaq üçün HTML dili durur. Qeyd etmək lazımdır ki CGI protokolu,
Java, Java Script, Active X, Macromedianın multimedia texnologiyaları ilə, Real Audio, MPEG və
digər texnologiyaların köməkliyi ilə səsin ötürülməsi kimi üstün imkanlarına görə WWW distant
təhsil kurslarında məhdudiyyətsiz üstünlüklərə malikdir. Əsas üstünlük ondan ibarətdir ki kursların
yaradılması üçün məs Teelevisiya sistemlərindəki kimi bahalı aparatura alınmasına ehtiyac yoxdur.
Müasir proqram paketlərinin əsas üstünlükləri ondan ibarətdir ki heç bir proqrammist dəvət
etmədən müəllimlərə distant təhsil kurslarını yaratmaq imkanı verir. Cari kursun keçirilməsi
maksimal olaraq avtomatlaşdırıla bilər. Kursun keçirilməsi İnternet şəbəkəsinə çıxışı olan, məşhur
brouzer proqramladan olan MS Internet Explorer və Netscape Navigator vastəsi ilə realizə olunur.
Kompüterin səs kartı, akustik sistem və arzu olunur ki çox da baha olmayan Vebkamera ilə təctiz
olunması nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki WWW texnologiyalar mətn və şəkil informasiyalarını realizə etmək,
səs vermək , video imkanlar, testləşdirməni avtomatik rejimdə realizə etmək, səs və video əlaqələri
(İnternet telefoniya) realizə etmək imkanları verir. Bura elektron kitabxanalar, elektron təliom
mərkəzləri, elektron testləşdirmə, sertifikatlaşdırma mərkəzləri daxildir.
Dostları ilə paylaş: |