Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə87/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   83   84   85   86   87   88   89   90   ...   96
muh tehsilde ve elmde IKT

 

Elektron elm 

Azərbaycan  Respublikasında  (AR)  İnformasiya  Cəmiyyətinin  (İC)  formalaşdırılması  uğurla 

həyata  keçirilir.  Ölkədə  elektron  dövlət  quruculuğu  prioritet  istiqamət  kimi  qəbul  olunmuş,  onun 

normativ-hüquqi  bazası,  əhatə  dairəsi  və  həll  etdiyi  məsələlər  daima  genişləndirilir  və  inkişaf 

etdirilir. 

2003 (Cenevrə) və 2005-ci illərdə (Tunis) keçirilmiş İC üzrə Ümumdünya Sammitində (World 

Summit on the Information Society - WSIS) İC-nin ümumi konsepsiyası qəbul olunmuş, onun əsas 

prinsipləri  və  məqsədləri  müəyyən  edilmişdir.  WSIS-in  Fəaliyyət  Planının  (FP)  C7  bəndinə  əsasən 

informasiya-kommunikasiya  texnologiyalarının  (İKT)  həyatın  bütün  sahələrində  tətbiqi  nəzərdə 

tutulur  və  bu  e-hökumət,  e-biznes,  e-təhsil,  e-səhiyyə,  e-məşğulluq,  e-ətraf  mühit,  e-kənd 

təsərrüfatı və e-elm kimi səkkiz müxtəlif sahəni əhatə edir. 

AR-də C7-də irəli sürülən müddəalar əsas götürülərək İC ideyaları göstərilən fəaliyyət sahələri 

ilə yanaşı elmdə də uğurla həyata keçirilməkdədir.  

 “E-elm”  termini  ilk  dəfə  1999-cu  ildə  Birləşmiş  Krallığın  elmi  şuralarının  baş  direktoru  Con 

Teylor  tərəfindən  verilmiş  və  özündə  kompüter  modelləşdirilməsi  və  virtual  eksperimental 

mühitlərin  təşkili  də  daxil  olmaqla  kollektiv  eksperimental  elmi  tədqiqatların  aparılmasının  yeni 

metodlarını əhatə edir. 2000-ci ildə Birləşmiş Krallıqda elan edilmiş “e-elm” proqramı bu yeniliyin 

yayılmasında əhəmiyyətli dərəcədə rol oynamışdır. 

Araşdırmalar  göstərir  ki,  “e-elm”in  inkişaf  tarixi  çox  uzaqlardan  başlanmışdır  və  ilk  şəbəkə 

texnologiyalarının yaranması ilə sıx bağlıdır. Belə ki, XX əsrin ortalarında ABŞ-ın Perspektiv Tədqiqat 

Layihələri  Agentliyinın  (Advanced  Research  Projects  Agency)  ARPANET  layihəsinin  əsas 

məqsədlərindən  biri  tədqiqat  müəssisələrinin  bir-birilə  əlaqələndirilməsi  olmuşdur.  ARPANET 

kompüter  şəbəkəsi  İnternetin  prototipidir  və  hazırda  İnternetdə  verilənlərin  ötürülməsinin  əsas 

protokolu olan TCP/IP ilk dəfə həmin layihədə istifadə olunmuşdur. Həmçinin Böyük Britaniyada elm 

və  təhsil  sahələrini  əhatə  edən  JANET-in  (Joint  Academic  Network)  və  Avropa  nüvə  tədqiqatları 

təşkilatı CERN-nin qrid kompüter şəbəkə infrastrukturunun, TERENA (Trans-European Research and 

Education  Networking  Accociation)  və  CEENet  (Central  and  Eastern  European  Networking 

Accociation)  şəbəkə  assosiasiyalarının  “e-elm”in  inkişafına  böyük  töhfələri  vardır.  Trans-Avropa 

Elmi-Tədqiqat və Təhsil Şəbəkə Assosiasiyası TERENA Avropa ölkələrində milli akademik, təhsil və 

digər  əlaqədar  təşkilatların  şəbəkələrini  əhatə  edir.  TERENA-nın  əsas  məqsədi  assosiasiyaya  üzv 

təşkilatların maraqlarını nəzərə almaqla, elmi məqsədlər üçün istifadə edilən beynəlxalq şəbəkələrin 

işini təkmilləşdirməyə kömək etməkdir. Mərkəzi və Şərqi Avropa şəbəkələri assosiasiyası CEENet isə 

akademik, tədqiqat və təhsil şəbəkələrini əhatə edən təşkilatdır.  



E-elmin inkişafında UNESCO (United Nations Education, Scientific and Cultural Organization), 

UNDP (United Nations Development Programme), WIPO (World Intellectual Property Organization), 

ICSU  (International  Council  of  Scientific  Unions),  ISTC  (International  Scientific  Technical  Centre), 

ICSTI (International Centre for Scientific and Technical Information), CODATA (Committee on Data 

for  Science  and  Technology),  və  s.  kimi  beynəlxalq  qurumların  mühüm  rolları  vardır  və  onlar  bu 

sahənin  mövcud  problemlərinin  həlli  ilə  müntəzəm  məşğul  olurlar.  Həmin  qurumlar  müvafiq 

layihələr, proqramlar həyata keçirir, beynəlxalq konfranslar, forum və simpoziumlar təşkil edirlər. 

Belə  ki,  UNESCO  maraqlı  tərəflərlə  birlikdə  mütəmadi  olaraq  WSIS-in  FP-da  nəzərdə  tutulmuş 

məsələlərin həlli vəziyyətinə nəzarət edir, forumlar və müsabiqələr keçirir. 2006-cı ildən başlayaraq 

WSIS-in FP-nın C7 bəndinin e-elm istiqamətini dəstəkləyən yüksək səviyyəli toplantılar keçirilir. Bu 

toplantılar  çərçivəsində  görülmüş  işlər  müzakirə  olunur  və  növbəti  il  üçün  aktual  məsələlər 

planlaşdırılır. ITU-nun (International Telecommunication Union) Cenevrə qərargahında 10-13 iyun 

2014-cü il tarixdə keçirilmiş 9-cu WSIS+10 Yüksək Səviyyəli Tədbirdə isə ötən son 10 il ərzində əldə 

olunmuş  nailiyyətlərin  icmalı  verilmiş  və  2015-ci  ildən  sonrakı  dövr  üçün  perspektiv  hədəfləri 

müəyyənləşdirmək məqsədi ilə təkliflər hazırlanmışdır. 

Ölkə Prezidentinin rəhbərliyi ilə respublikada e-dövlət quruculugu sahəsində həyata keçirilən 

uğurlu islahatların – AR-in inkişafı naminə İKT üzrə Milli Strategiya (2003 - 2012-ci illər), “Elektron 

Azərbaycan” Dövlət Proqramı (2010 - 2012-ci illər), AR-də “Elektron hökumət”in formalaşdırılması 

üzrə Fəaliyyət Proqramı (2010 - 2011-ci illər), AR-də 2009 - 2015-ci illərdə elmin inkişafı üzrə Milli 

Strategiya, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və AR-də İC-nin inkişafına dair 

2014 - 2020-ci illər üçün Milli Strategiyanın e-elmin formalaşdırılmasında öz yeri vardır. 

AR-də 2009 - 2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya respublikada elmin vəziyyəti, 

Azərbaycan  elmi  qarşısında  duran  əsas  məqsəd  və  vəzifələr,  innovativ  və  prioritet  istiqamətlərin 

müəyyənləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, beynəlxalq elmi əməkdaşlıq, yüksək 

ixtisaslı  kadrların  hazırlanması,  elm  və  təhsilin  inteqrasiyası  və  s.  məsələləri  əhatə  edən  20 

maddədən  ibarətdir.  Strategiyanın  19-cu  maddəsi  elmin  informasiya  təminatı  məsələlərinə  və 

həmin maddənin bir bəndi isə “e - elm” modelinin işlənməsinə həsr olunmuşdur. 

Strategiyada  nəzərdə  tutulmuş  əsas  hədəflərdən  biri  də  elmi  fəaliyyətdə  islahatların 

aparılması,  İKT-nin  geniş  tətbiqi,  e-elmin  formalaşması  prosesinin  inkişaf  etdirilməsidir. 

Fundamental elmlər üzrə tədqiqatların genişləndirilməsini özündə əks etdirən strategiyada elm və 

texnika  sahəsində  idarəetmə sistemini  təkmilləşdirmək,  normativ  hüquqi  bazanı  yaratmaq,  elmin 

informasiya təminatını, beynəlxalq elm məkanına inteqrasiyasını gücləndirmək, elmi tədqiqatların 

və  innovasiya  siyasətinin  səmərəsini  artırmaq,  ölkəni  texnoloji  cəhətdən  modernləşdirmək  kimi 

vacib  məsələlər  nəzərdə  tutulub  ki,  bu  da  elektron  elmin  formalaşması  ilə  bilavasitə  əlaqəli 

məsələlərdir. 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin