3. Elmin informasiya təminatının yaradılması;
4. Normativ hüquqi bazanın təkmilləşdirilməsi;
5. Kadr hazırlığıdır.
Milli
“e-elm” konsepsiyası mövcud elmi mühitin İC-nın tələblərinə uyğun yenidən qurulması
və İKT-nın həmin mühitə tətbiqi kimi iki əsas fundamental məsələnin həllinə əsaslanır. Bu məqsədlə
dünya təcrübəsinin öyrənilməsi, elmi fəaliyyətdə İKT-nin tətbiqi vəziyyətinin monitorinqinin
aparılması, e-elmin idarə olunması və informasiya təhlükəsizliyinin təmin edilməsi məsələlərinin
tədqiqi, elmi-nəzəri əsaslarının işlənilməsi və praktiki reallaşdırılması kimi kompleks məsələlərin
ardıcıl həlli nəzərdə tutulur.
Həmin məsələlərin həlli ilə aşağıdakı nəticələrə nail olunacaqdır.
Birinci, dünya təcrübəsinin öyrənilməsi, monitorinqin nəticələrinə əsasən elmin
informasiyalaşdırılmasının tənzimlənməsi və hüquqi-normativ bazanın təkmilləşdirilməsi ilə milli “e-
elm” proqramı müasir dünya standartları səviyyəsində həyata keçirilir.
İkinci, e-elmin kommunikasiya-şəbəkə infrastrukturu formalaşdırılır. Bu da maddi-texniki
bazanın təminatı, elmi təşkilatların lokal şəbəkələrinin yaradılması və sürətli İnternet çıxışının təmin
edilməsinə, AR-in elmi qurumlarını birləşdirən vahid elmi şəbəkənin yaradılması, təhlükəsizlik
strategiyasının işlənməsi və beynəlxalq elmi şəbəkələrlə inteqrasiyanın həyata keçirilməsi hesabına
reallaşdırılır.
Üçüncü, müxtəlif təyinatlı informasiya resursları yaradılılır.
Dördüncü, elmi fəaliyyətdə İKT-nin tətbiqi ilə bilavasitə əlaqədar tədqiqatçının iş yerinin təşkili
və elmi kollektivlərin fəaliyyətlərini əhatə edən məsələlər, elmin müxtəlif sahələri üzrə onlayn mühit
əsasında yeni elmi münasibətlərin qurulması, beynəlxalq elmi qurumlarla qarşılıqlı əlaqələrin təşkili,
elmi informasiya fəzalarının formalaşdırılması, böyük hesablama və informasiya resursları tələb
edən məsələlərin həlli üçün superkompüter və qrid texnologiyaları əsasında hesablama mühitlərinin
yaradılması, elmin kommersiyalaşdırılması məsələləri öz həllərini tapır.
Beşinci, elmi kadrların müasir İKT sahəsində maarifləndirilməsi və texniki-proqram vasitələrinə
xidmətin təşkili üçün kadr hazırlığı həyata keçirilir.
Dostları ilə paylaş: