4. Elektron elmin formalaşması mərhələləri
E-elmin yaradılması milli səviyyədə onlayn elmi infrastrukturun (research e-infrastructure)
formalaşmasını nəzərdə tutur. Bu da öz növbəsində ayrı-ayrı elmi təşkilatların informasiya
sistemlərinin vahid qlobal informasiya fəzasını formalaşdırmış olur. Milli onlayn infrastrukturunun
yaradılması ideyası bir çox ölkələrdə dövlət proqramları çərçivəsində həyata keçirilir. Beynəlxalq
aləmdə ABŞ-ın kiberinfrastruktur, Avropa tədqiqat infrastrukturu, Yaponiya elmi qrid, Böyük
Britaniya, Avstraliya, Kanada, Rusiya və Moldovanın milli onlayn infrastruktur layihələrini bunlara
misal göstərmək olar.
Azərbaycanda e-elmin əsası keçən əsrin 80-cı illərində qoyulmuş və bu sahədə görülmüş bəzi
işlərin xronoloji ardıcıllığı aşağıdakı kimidir:
• Keçən əsrin 80-cı illərində АКАДЕМСЕТЬ (Сеть Вычислительных Центров Научных
Учреждений Академии Наук СССР), РАСУНТ (Республиканская Автоматизированная Система
Управления Наукой и Техникой) və АСОИАН (Автоматизированная Система Обработки
Информации Академии Наук Азербайджана) layihələri həyata keçirilmişdir;
• 1991-ci ildə Azərbaycanda ilk dəfə İnternetə çıxış həyata keçirilmişdir;
• 1995-ci ildə Azərbaycanda ilk dəfə www.ab.az (www.science.az) saytı istismara verilmişdir;
• 90-cı illərin ortalarında Türkiyə Respublikasının dəstəyi ilə Akademiya şəhərciyində yerləşən
elmi müəssisələri əhatə edən şəbəkə infrastrukturu yaradılmış və TURKSAT peykinə çıxış imkanı
verilmişdir;
• Elmlər Akademiyasının şəbəkəsinə BP şirkəti tərəfindən bir sıra işçi stansiyalar və qurğular
verilmişdir;
• Şəbəkə 2003-cü ildə NATO-nun «Virtual İpək Yolu» layihəsi çərçivəsində Telekommunikasiya
peykinə qoşulmuşdur.
Dostları ilə paylaş: |