Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi


 Elektron elmin arxitekturası və tərkib hissələri



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə91/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   88   89   90   91   92   93   94   95   96
muh tehsilde ve elmde IKT

3. Elektron elmin arxitekturası və tərkib hissələri 

E-elm ərazicə paylanmış infrastruktura malik olub respublikanın elmi qurumlarını tam əhatə 

etmək vəzifəsini daşıyır. Məlumdur ki, respublikanın əksər elmi qurumlarını təşkil edən AMEA-nın, 

ali təhsil müəssisələrinin və digər elmi qurumların institut və təşkilatları Bakı şəhərində, AMEA-nın 

Naxçıvan və Gəncə Bölmələri, Şəki və Lənkəran Regional Elmi Mərkəzləri isə respublikanın coğrafi 

paylanmış  ərazilərində  yerləşirlər.  Respublikada  uğurla  formalaşmaqda  olan  e-elm  belə  bir 

mürəkkəb infrastruktura malikdir və AzScienceNet elm kompüter şəbəkəsi əsasında formalaşır. 

E-elmi vahid bir sistem kimi təsəvvür etsək, onda onun həll etdiyi məsələlərə görə aşağıdakı 

altsistemlərdən təşkil olunduğunu görmək olar: 

•  Elmin informasiya təminatı; 

•  Elmmetrik (elmmetriya, bibliometriya, vebometriya) təhlillər; 

•  İntellektual analiz; 

•  Qərarların qəbulu; 

•  Elektron xidmətlər; 

•  Fərdi məlumatların qorunması; 

•  Beynəlxalq qurumlarla əlaqə; 

•  E-elmin informasiya təhlükəsizliyi; 

•  Vətəndaş elmi; 

•  Big Data; 

•  Şəbəkə infrastrukturunun yaradılması və s. 

E-elm mürəkkəb bir sistem olaraq müxtəlif təyinatlı və məqsədli texniki və proqram vasitələri 

toplusu ilə xarakterizə olunur. Onun əsas tərkib hissələri aşağıdakılardır: 

•  Infrastruktur (şəbəkə, qrid, hesablama buludları, idarəetmə, siyasət və s.),  

•  verilənlərin toplanması (elmin sahələri üzrə),  

•  verilənlərin saxlanması (verilənlər bazaları, xəzinə),  

•  verilənlərin emalı (hesablama vasitələri, modelləşdirmə, proqram təminatı, statistika),  

•  verilənlərin axtarışı,  

•  verilənlərin analizi (bibliometrik və elmmetrik) , 

•  tətbiqi proqramlar (korporativ proqramlar, paketlər, qrafiki redaktorlar) və s. 




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin