Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi


 Elmi sahələrin informasiyalaşdırılması



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə90/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   86   87   88   89   90   91   92   93   ...   96
muh tehsilde ve elmde IKT

2. Elmi sahələrin informasiyalaşdırılması 

Məlumdur  ki,  elmi-tədqiqat  fəaliyyətinin  əsas  elementləri  tədqiqatçı  (tədqiqatçılar  qrupu), 

tədqiqat  obyekti  və  tədqiqat  vasitələridir.  Elmin  təkamülü:  a)  informasiyanın  toplanması 

(qeydiyyatı); b) yadda saxlanması; c) informasiyanın emalı (məntiq və hesablama vasitələri) və d) 

ötürülməsi (əldə olunmuş biliklərin üzaq məsafəyə yayılması) kimi problemlərin həlli vasitələri və 

yollarının təkmilləşməsi və inkişafı ilə sırf bağlıdır. Elmin tarixi insan sivilizasiyasının yaranması ilə 

başlamış  və  məhz  qeyd  olunmuş  problemlərin  həllindən  asılı  olaraq  bu  günə  kimi  müxtəlif 

mərhələlərdən keçmişdir. Hazırki mərhələ e-elmlə xarakterizə olunur.  

Elmi sahələrin informasiyalaşdırılması və informasiya təminatlarının formalaşdılması e-elmin 

əsas prioritet istiqamətlərindəndir. 

İnformasiyalaşdırmanın  məqsədi  İKT-nin  tətbiqi  ilə  istifadəçilərin  informasiya  tələbatlarının 

ödənilməsi üçün optimal şəraitin yaradılmasıdır. İdarəetmə metod və vasitələri, həmçinin qabaqcıl 

İKT onun əsasını təşkil edir. Bu baxımdan, elmi qurumların strateji məqsədlərinə cavab verən etibarlı 

və səmərəli infrastrukturun yaradılması, korporativ verilənlərə  çıxışın standart üsullarının tətbiqi, 




müxtəlif  informasiya  resurslarının  yaradılması  və  onlardan  asan  istifadə  vasitələrinin  inkişaf 

etdirilməsi informasiyalaşdırılmada və onun inkişafında əsas tədbirlərdir.  

E-elm geniş və sonsuz imkanlara malikdir. Onun elm sahələrinə tətbiqi ilə bilik sahələri üzrə 

xüsusi  onlayn  mühitlər  formalaşır  və  beləliklə  də,  e-tibb,  e-coğrafiya,  e-kimya,  e-tarix,  e-

astronomiya, və s. yaranır. 

ELMİ FƏNN + İNFORMATİKA = E-ELMİ FƏNN: 

✓  Tibb+ İnformatika = E-Tibb (Tibbi informatika)

✓  Coğrafiya+ İnformatika E-Coğrafiya; 

✓  Kimya + İnformatika = Kimyəvi informatika; 

✓  Tarix + İnformatika =  E-Tarix; 

✓  Geologiya + İnformatika = Geoinformatika; 

✓  Dilçilik + İnformatika = Linqvistik informatika;  

✓  Biologiya + İnformatika = Bioinformatika və s. 

Tibbi  müayinələr,  müalicələr,  əməliyyatlar  vaxtı  toplanan  məlumatların  axtarışı  getdikcə 

mürəkkəbləşir və əksər hallarda onların itirilməsi ilə nəticələnir. Bütün bunlar isə qərarların operativ 

qəbuluna, tibb elminin inkişafına mənfi təsir edir, səhv diaqnozlara, insanların ömrünün azalmasına, 

ölüm  faizinin  artmasına  və  s.  səbəb  olur.  E-tibb  isə  e-sağlamlıq  kartının  yaradılması,  sensor 

şəbəkələrindən  istifadə  etməklə  tibbi  diaqnostika  və  müalicə  proseslərinin  təkmilləşdirilməsi, 

loqfaylların  psixoloji  nöqteyi-nəzərdən  təhlili,  tibbi  məlumatların  toplanması,  analizi  və 

diaqnostikası, e-konsilium keçirmək, e-tibbi məsləhətlər vermək və s. kimi imkanlar yaradır.  

Yer kürəsinin istənilən nöqtəsini e-xəritələrdə, saytlarda GPS və GİS texnologiyaları vasitəsi ilə 

əks etdirmək mümkün olduğuna görə daşqınların, yağıntının, meşələrin vəziyyətini, yanğını, relyefi 

və  s.  asan  tədqiq  etmək  imkanı  yaranır,  bununla  da,  belə  coğrafi  araşdırmalar  üçün  ənənəvi 

ekspedisiyalar təşkil etmək lazım gəlmir və beləliklə, e-coğrafiya meydana çıxır. 

Ekoloji cəhətdən ziyanlı, iqtisadi nöqteyi-nəzərdən heç də səmərəli olmayan araşdırmalar elmi 

laboratoriyalarda kompüter modelləşdirilməsi yolu ilə aparılır və yalnız müsbət nəticə əldə olunduğu 

halda  həmin  proses  uzaq  məsafədən,  xüsusi  şəraitdə  sınaqdan  keçirilir  (məs.,  kompüter  kimyası, 

fizikası və s.). 

İnsanların  yaddaş  və  məlumatları  emal  etmək  imkanları  məhdud  olduğuna  görə  məkan  və 

zaman göstəricisində aparılan ənənəvi tarixi araşdırmalar mürəkkəbliyi ilə seçilir və böyük zəhmət 

tələb edir. Lakin e-tarixdə isə bütün məlumatlar kompüterin yaddaşına daxil edilir, məkan və zaman 

məhdudiyyətləri  olmadan  xüsusi  araşdırma  alqoritmləri  ilə  tarixi  ziddiyyətlər,  qeyri-dəqiq 

məlumatlar aşkarlanır, tarixi faktlar dəqiqləşdirilir, həqiqətlər üzə çıxarılır. Beləliklə, əgər ənənəvi 

tarix elmi keçmişdə qalmış həqiqətləri arxivlər, arxeoloji qazıntılar və s. vasitəsilə aşkara çıxarırsa, 

indi  bu  məlumatlar  (audio,  video,  mətn,  foto  faylları  şəklində)  İnternetdə,  kompüterdə  asan 

yerləşdirilib emal olunursa, onda onun yerini e-tarix fənni əvəz edir.  

Astronomik  müşahidə  qurğularını  bilavasitə  kompüterə,  ondan  da  şəbəkəyə  qoşaraq  uzaq 

məsafədən real müşahidə aparmaq (e-astronomiya) imkanı əldə olunur və s. 

AMEA-da  elmin  informasiyalaşdırılması  və  informasiya  təminatının  formalaşdılması 

istiqamətində müxtəlif təyinatlı və məqsədli işlər görülür: 




• AMEA Mərkəzi Kitabxanasının İnformasiya Resursları Mərkəzi yaradılmışdır. 

• AMEA Rəyasət Heyətinin fəaliyyəti yüksək templə informasiyalaşdırılır.  

• 1995-ci ildə ölkənin ilk veb-saytı kimi AMEA-nın www.science.az yaradılmışdır. 

• AMEA-nın  elmi  müəssisələrində  müxtəlif  təyinatlı  informasiya  resursları  yaradılır,  eyni 

zamanda, onların hər birinin veb-saytı fəaliyyət göstərir. 

• AMEA üzrə elektron sənəd dövriyyəsi sisteminin yaradılması istiqamətində işlər aparılır. 

•  E-elmin  şəbəkə  platforması  olan  AzScienceNet  şəbəkəsi  AMEA-nın  bütün  elmi 

müəssisələrini əhatə edir. 

•  Böyük  yaddaş  və  hesablama  resurslarına  malik  (yaddaş  -  200  Terabayt,  hesablama 

məhsuldarlığı - 14 Tflops) AzScienceNet şəbəkəsinin Data Mərkəzi yaradılmışdır. 

•  Fəaliyyətdə olan bu şəbəkə və hesablama e-infrastrukturu elmi qurumlar arasında sürətli 

əlaqə  yaradır,  istifadəçilərə  çoxsaylı  xidmətlər  (hostinq,  AzCloud,  AzStorage,  e-poçt,  e-kitabxana, 

distant təhsil, AzScienceCERT, eduroam və s.) təqdim edir və eyni zamanda Beynəlxalq şəbəkələrlə 

inteqrasiya imkanları yaradır. 




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin