Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Torpaqda oksidləşmə proseslərinin üç forması: oksigeni birləşdirməklə, hidrogeni verməklə, hidrogen və oksigenin iştirakı olmadan elektronların verilməsilə



Yüklə 0,65 Mb.
səhifə91/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   87   88   89   90   91   92   93   94   ...   161
t.kimya, 1,3

Torpaqda oksidləşmə proseslərinin üç forması: oksigeni birləşdirməklə, hidrogeni verməklə, hidrogen və oksigenin iştirakı olmadan elektronların verilməsilə.

Məlum olduğu kimi oksidləşmə prosesi aşağıdakı formalarda təzahür edir:



  1. Oksigeni birləşdirməklə:

+O2


2KNO2→ 2KNO3


  1. hidrogeni verməklə:

CH2COOH CHCOOH


│ → ║ + H2
CH2COOH CHCOOH
Kəhrəba turşusu fumar turşusu


  1. hidrogen və oksigenin iştirakı olmadan elektronların verməsiilə:

Fe2+- e- →Fe3+

Əks proseslər “reduksiya” anlayışında birləşdirilir. Oksidləşmə prosesləri torpaqda üzvi birləşmələrin çevrilməsi ilə bağlı proseslərdə daha yaxşı inkişaf etmişdir.
Üzvi maddələrin oksidləşməsi ilə bağlı əksər reaksiyalar dönməz reaksiyalar qrupuna aid edilir. Dönən oksidləşmə-reduksiya reaksiyalarına torpaqda geniş yayılmış dəmirin (Fe3+ →← Fe2+), manqanın (Mn4+ →← Mn2+) və azotun (N5+ →← N3+) oksidləşmə və reduksiya reaksiyaları aid edilir. Torpaqda oksigen (O →← O2+), hidrogen(H →← H+ ) və kükürdün (S6+ →← S2-) də oksidləşməsi və reduksiyası baş verir. Bu reaksiyaların böyük əksəriyyəti biokimyəvi təbiətə malik olub, mikrobioloji proseslərlə sıx bağlı olduğundan, təbii ki, torpaqdakı mikrobioloji proseslərin intensivliyi oksidləşmə-reduksiya proseslərinin inkişafına bilavasitə təsir göstərir.
Torpaqda əsas oksidləşdirici kimi torpaq havasının və torpaq məhlulunun oksigen molekulu çıxış edir. Ona görə də torpaqlarda oksidləşmə-reduksiya proseslərinin inkişafı onların aerasiya şəraitinə bağlıdır və təbii ki, torpaqda qaz mübadiləsinin vəziyyətini müəyyən edən bütün xassələrindən (strukturu, sıxlığı, qranulometrik tərkibi və s.), o cümlədən nəmliyindən asılıdır.



  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin