2. Silisiumun qumlu, gillicəli və gilli torpaqlarda miqdarı və birləşmələri. Litosferanın yer səthinin 25%-i maqmatik süxurlardan ibarətdir.Bunlar aşınma nəticəsində yumşaq süxura çevrilir və sonra onun üst horizontunda əmələ gəlir.Yumşaq süxurlarda silisiumun miqdarı maqmatik süxurlardan həmişə çoxdur.Bu onunla izah edilir ki, aşınma məhsullarının çökdürülməsi və çeşidlənməsi prosesində yumşaq süxurlarda qum (kvars) çox toplanır.Həmçinin qumlar fiziki, fiziki-kimyəvi proseslərə zəif məruz qaldığına görə yumşaq süxuru zənginləşdirir. Silisiumun yumşaq süxurlarda çox olması təkcə başqa mineralların parçalanması nəticəsində deyil, həmçinin silisiumdan törəmə mineralların yaranması zamanı da baş verir.
Qumlu torpaqlarda 90%-dan çox silisium birləşmələri toplanır. Çilli və çillicəli torpaqlarda isə onun miqdarı 50-70%-kimi azalır. Alüminium (Al2O3) ümumiyyətlə, Al və Fe oksidlərinin toplanması isti iqlim şəraitinə xas olan xüsusiyyətdir. SİO2 : Al2O3 nisbətinə görə dağ süxurlarının aşınma tipini müəyyən etmək olar.
Hidroslyudalar (hidromuskavit, hidrobiotit və b.) torpaqlarda geniş yayılmışdır. Onlar üçlaylı minerallara aid edilirlər. Bu mineralların kimyəvi tərkibi dəyişkəndir, bağlamalar arası rabitə möhkəmdir. Ona görə də su bağlamalar arası fəzaya daxil ola bilmir. Kaliumun əvəzləyici kationları mübadilə olunan deyil. Mübadilə olunan kalium parçalanmış kristal qəfəsin kənarlarında yerləşmişdir. Hidroslyuda bitki üçün əhəmiyyətli kalium mənbəyidir. İllit tipli hidroslyudalarda kaliumun miqdarı 6-7%- ə çatır. Hidroslyudalar əsasən slyuda və çöl şpatından əmələ gəlir. Üçlaylı minerallardan vermikulit də torpaqda geniş yayılmışdır. Xassələrinə görə o, montmorinolitə daha çox yaxındır. Torpaqlarda gilli minerallar qrupuna daxil olan xloridlər də geniş yayılmışdır. Xloridlərin kristal qəfəsi dördlaylı olub, şişmir. Xloridlər tərkibində dəmir, manqan, nadir hallarda xrom və nikel olan alümosilikatlardan ibarətdir. Yaranma şəraitinə görə onlar ilkin minerallar da ola bilər. Torpağın tərkibində qarışıqlaylı minerallar da geniş yayılmışdır. Onların kristal qəfəsində müxtəlif mineralların oktaedr və tetraedr layları növbələşirlər, məsələn, montmorinolit illitlə, vermikulit xloridlə və s. Eksperimentlər nəticəsində sübut olunmuşdur ki, gilli minerallar fosforun udulmasında iştirak edir. Torpaqla torpaqəmələgətirən süxurun mineraloji tərkibi oxşardır. Torpaqəmələgəlmə mineralların hərəkəti, parçalanması və sintezi ilə müşayiət olunur, lakin mineraloji tərkibini əsaslı şəkildə dəyişmir.
Torpaq və torpaqəmələgətirən süxurların bərk fazası müxtəlif ölçülü hissəciklərdən ibarətdir. Bu hissəciklər qranulometrik elementlər (bəzi ədəbiyyatlarda mexaniki elementlər) adlanır. Mənşəyinə görə mineral, üzvi və üzvi-mineral hissəciklər fərqləndirilir. Onlar dağ süxurlarının qırıntılarından, ayrı-ayrı minerallardan (ilkin və törəmə), humus maddəsindən, üzvi və mineral maddələrin qarşılıqlı təsirindən yaranmış birləşmələrdən ibarətdir. Qranulometrik elementlər torpaqda və ya süxurda ya sərbəst formada (məsələn, qum), ya da aqreqat halında, yəni müxtəlif forma, ölçü və bərkliyə malik struktur elementlərdə - aqreqatlarda birləşmiş olurlar. İri aqreqatlar mexaniki təsirin və ya islanmanın təsiri altında parçalana bilər. Mikroaqreqatlarda ( < 0,25 mm) hissəciklər bir-birinə daha bərk yapışmışlar. Onları tam ayırmaq üçün kimyəvi vasitələrdən istifadə olunur. Qranulometrik elementlərin kəmiyyətcə müəyyən edilməsi mexaniki və ya qranulometrik analiz adlanır. Qranulometrik elementlərin xassələri ölçülərindən asılı olaraq dəyişir. Ölçülərinə və xassələrinə görə yaxın olan hissəciklər fraksiyalarda qruplaşdırılır. Hissəciklərin ölçülərinə görə fraksiyalarda qruplaşdırılması qranulometrik elementlərin təsnifatı adlanır.