Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Mövzu 16: Dördüncü qrup elementləri və torpaqda silisium birləşmələri



Yüklə 0,65 Mb.
səhifə98/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   94   95   96   97   98   99   100   101   ...   161
t.kimya, 1,3

Mövzu 16: Dördüncü qrup elementləri və torpaqda silisium birləşmələri.
Plan:

  1. Silisiumun təbiətdə yayılmasi və əsas təbii birləşmələri.

  2. Silisiumun qumlu, gillicəli və gilli torpaqlarda miqdarı və birləşmələri.

  3. Silisiumun torpaqda geniş yayılmış birləşmələri- kvars qumu.Silikatların tərkibində olan silisium.

  4. Lil fraksiyasında silisiumun allitli və siallitli birləşmələri, onların qruplaşdırılması.




  1. Silisiumun təbiətdə yayılmasi və əsas təbii birləşmələri.

Kimyəvi elementlərin ilk mənbəyi maqmatik süxurlar hesab olunur.Maqmatik süxurların əsas hissəsini silisiumlu birləşmələr təşkil edir. Silisiumun torpaqda ən geniş yayılmış birləşmələrindən biri kvarsdır (SiO2). Silisium silikatların da tərkibinə daxildir. Onların aşınma və torpaqəmələgəlmə nəticəsində parçalanması zamanı silisium orto - və metasilisium turşularının anionları [(SiO4)4- və (SiO3)2] formasında, həmçinin natrium və kaliumun silikatları formasında məhlula daxil olur. Həllolmuş silisiumun bir hissəsi torpaqdan yuyulur, qalan hissəsi (turş reaksiya şəraitində) isə gel (SiO2· n H2O) – amorf çöküntülər şəklində çökür, suyu itirməklə törəmə mənşəli kvarsa çevrilir.
Kimyəvi elementlərin litosfer və torpaqda miqdarı böyük ölçülərdə dəyişir.Həm litosferdə,həm də torpaqda birinci yerdə oksigen,ikinci yerdə silisium,sonra aliminium,dəmir,kalsium,natrium,kalium və s.gəlir. Lakin torpaqda litosferlə müqayisədə oksigen, hidrogen və silisiumun miqdarı çox ,Al,Fe,Ca,Mg,K və başqa elementlər azdır.Bu da aşınma və torpaqəmələgəlmə prosesləri ilə izah olunur. A.P.Vinoqradov ən geniş yayılmış elementləri klarklarla göstərmişdir.
Litosferanın 47,2%-i oksigendən, 27,6% silisiumdan, 8,8%-i aliminumdan, 5,1%-i dəmirdən, 3,6%-i kalsiumdan, 64%-i Na, 2,60%-i kaliumdan və 2,10%-i maqnezumdan ibarətdir.Bu elementlər (8 element) litosferin ümumi kütləsinin 99%-ni təşkil edir.Bitkinin qidalanması üçün çox böyük əhəmiyyət kəsb edən C,N,S,fosfor 0,1 və 0,01% təşkil edir.Yer qabığında çox cüzi miqdarda isə mikroelemenlərin payına düşür.
Geokimyəvi təsnifata görə bu elementlər yer qabığının ən geniş yayılmış süxurların tərkibini təşkil edirlər.Odur ki, bu elementlər – süxur əmələ gətirən və ya petrogen elementlər adlanırlar.Yer kürəsində bu elementlərin paylanması onların xüsusi kütləsinə görə vertikal zonallıq təşkil edir.Belə ki, yer qabığının ən üst hissəsini təşkil edən çökmə süxurlar əsasən, yüngül elementlərdən (Si,Ca,Al,O,H,C) aşağıda yatan qranit təbəqəsi isə daha çox Si və Al ilə zəngindir. Bazalt qatında Fe,Mg,Ca daha geniş yayılmışdır.
Litosferadan fərqli olaraq torpaqda karbonun miqdarı 20 və azotunki isə 10 dəfə çoxdur.Karbon və azotun torpaqda toplanması bitki və mikroorqanizmlərin fəaliyyəti ilə bağlıdır.Belə ki,üzvi aləmdə orta hesabla 18% karbon və 0,3% azot birləşmələri vardır

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin