Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə93/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   89   90   91   92   93   94   95   96   ...   161
t.kimya, 1,3

Eor = Eo + RT/nF · ln ·[oksid.] / [reduks.]
Burada, R – universal qaz sabiti, C;
T – mütləq temperatur, TK;
F – Faradey ədədi, Kl;
n – bir hissəcik (ion) vasitəsilə daşınan yükün ədədi;
[oksid.] və [reduksi.] – həmin sistemdə oksidləşdiricilərin və reduksiya edicilərin konsentrasiyası.
Bərabərlikdən göründüyü kimi, oksidləşdiricilərin konsentrasiyası yüksəldikcə, potensial da yüksəlir. Əgər oksidləşdirici və reduksiyaedicilərin fəal konsentrasiyaları bərabərdirsə, onda
[oksid.] / [reduks.] = 1 və Eor = Eo olacaqdır.
Oksidləşdiricinin və reduksiyaedicilərin fəallığı eyni olan və vahidə bərabər olan sistemin potensialı oksidləşmə - reduksiya sisteminin normal potensialı adlanır. Oksidləşmə-reduksiya potensialının hidrogenə nisbəti Eh adlanır:
Eh = E0 + RT/nF · ln·[H+ ]2 / [H2]
Potensial şərti seçilmiş standart elektroda görə hesablanır; elektrokimyada standart elektrod kimi hidrogenin elektrodu qəbul edilmişdir. Standart normal hidrogen elektrodunun potensialı şərti olaraq sıfıra bərabər götürülür. Sistemin oksidləşmə-reduksiya potensialı müəyyən edilərkən tətbiq edilən istənilən elektrodun qiyməti və potensialının işarəsi hidrogen elektrodu ilə müqayisə edilir. Belə ki, torpağın oksidləşmə-reduksiya potensialı ölçülərkən tez-tez müqayisə elektrodu kimi istifadə edilən doymuş kalomel elektrodunun potensialı, normal hidrogen elektroduna münasibətdə 180C temperaturda + 250 mV -ə bərabərdir. Normal hidrogen elektroduna münasibətdə R,T və F göstəricilərinin qiyməti yerinə qoyulduqdan sonra düstur və natural onluq loqorifmlərinin əvəzediciləri aşağıdakı şəklə düşür (180 C-də) (R):
Eh = 0,029 lg [H+ ]2
[H2]

Torpağın oksidləşmə-reduksiya vəziyyətinin Eh göstəricisi vasitəsilə kəmiyyətcə xarakteristikası zamanı OR potensialı millivoltla ifadə edilir. Torpaqlarda oksidləşmə -reduksiya proseslərinin gərginliyi müəyyən dərəcədə mühitin reaksiyası (pH) ilə əlaqədardır; mühitin reaksiyası mikrobioloji proseslərin intensivliyinə və istiqamətinə təsir göstərir, torpağın bəzi oksidləşmə-reduksiya sisteminin komponentlərinin məhlula daxil olması ondan asılıdır və s.


pH-ın müxtəlif olduğu mühitlərdə oksidləşmə-reduksiya şəraitlərinin müqayisəli göstəricilərini almaqdan ötrü Klark rH2 göstəricisindən istifadə etməyi təklif etmişdir. Bu göstərici molekulyar hidrogenin təzyiqinin mənfi loqarifmini ifadə edir və aşağıdakı düstur vasitəsilə hesablanır:

rH2 = Eh + 2pH


30

Beləliklə, torpağın oksidləşmə-reduksiya vəziyyətininin kəmiyyət səciyyəsi Eh (millivoltla) və rH2 şərti göstəricisi vasitəsilə ifadə edilə bilər.


rH2 > 27 oksidləşmə prosesləri,
rH2< 27 (22-25) olarsa reduksiya prosesləri üstünlük təşkil edəcəkdir. rH2 < 20 vəziyyətində reduksiya prosesləri intensivləşəcəkdir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin