Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 0,65 Mb.
səhifə158/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   153   154   155   156   157   158   159   160   161
t.kimya, 1,3

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüququ aktlar haqqında 2000-ci il 01 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi qaydalasını müəyyən edir. Radioaktiv və çirklənmə zamanı radionuklidlərin radiasiya təhlükəliliyi, onların yarımparçalanma dövrü, kimyəvi maddənin toksikliyi, torpaqda parçalanma müddəti və s. nəzərə alınmalıdır.
Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaq sahələri çirklənmə dərəcəsi və xarakterinə görə aşağıdakı qruplara bölünür:

  1. Çirklənmə dərəcəsi mövcud normaların son həddinin 1.0-2.0 misli qədər olan təhlükə ehtimalı sahələr.

Bu sahələrdə canlı orqanizmlərin yaşaması və fəaliyyəti xüsusi sanitar və gigiyenik normativlərlə,
həmçinin otlaq sahələrində həmin maddələrin dövranlarını ev heyvanlarından alınan ət və süd məhsullarındakı tərkibindəki miqdarı ilə müəyyənləşdirilir. Kənd təsərrüfatı üçün istifadəsi qeyri-mümkün olan torpaq sahələrini xüsusi çəpər və ya göstərici işarələr vasitəsilə izolə etmək lazımdır.

  1. Çirklənmə dərəcəsi mövcud normaların son həddinin 2.0 mislindən çox olan təhlükəli torpaq sahələri.

Bu sahələrdə təmas yalnız xüsusi sanitar-gigiyenik normativlərlə məhdudlaşır. Belə sahələr ətraf mühitdən tamamilə izolə edilməlidir.
1.Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservsiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və onların bərpası mülkiyyət formasından asılı olmayaraq bütün fiziki və hüquqi şəxslər üçün məcburidir.
2. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaq sahələrinin müəyyən edilməsi ilkin elmi-texniki ekspertiza nəticələri əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (2), Dövlət Torpaq Komitəsi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi (1;3) və öz səlahiyyətləri daxilində digər əlaqədar təşkilatlar tərəfindən həyata keçirilir.
3. Radioaktiv elementlərlə çirklənmiş torpaq sahələrinin çirklənmə dərəcəsi, torpaq qatının çirklənməsi dəriliyindən, torpağın tipi, növü, geomineraloji və ətraf mühitin coğrafi xüsusiyyətlərindən asılı olaraq konservasiya və bərpa işləri aşağıdakı qaydada həyata keçirilir:
a) təhlükə ehtimallı torpaq sahələrində çirklənməyə təbii radioaktiv izotoplar səbəb olduqda, həmin sahələrdə təsərrüfat və təmas üçün xüsusi qaydalar müəyyən olunur. Bu sahələrdə radioaktiv maddələrin tərkibi, aqreqat halı, ionlaşdırıcı şüaların mənşəyi və intensivliyi müəyyən edilir. Ilk növbədə çirklənmə dərəcəsinin artmasının qarşısının alınması və sonrakı çirklənmənin azalmasına yönəlmiş elmi-texniki işlər aparılır;
b) təhlükəli torpaq sahələrində çirklənmə zonaları mütləq ətraf mühitindən izolə edilməlidir. Çirklənmə mənbəyinin xarakteri, tərkibi və şüa növü tədqiq olunaraq ətraf təhlükə ehtimalını müvəqqəti azaltmaq üçün işçi planı hazırlanıb yerinə yetirilməlidir. Sonralar isə əsaslı təmizləmə və radioaktiv dezaktivasiya texnologiyası əsasında tədbirlər planı yerinə yetirilməlidir.
4. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalma təhlükəsi gözlənilən sənaye obyektlərində həmin obyektlərin yerləşdiyi və qonşu sahələrində çirklənmə zonasının hüdudlarından asılı olaraq uzun müddətli monitorinq müşahidə məntəqələri yaradılmalıdır.
5. İstehsal prosesi zamanı torpaqda radioaktiv və kimyəvi çirklənmə halı müşahidə edildikdə həmin torpaq sahələrində xüsusi cari sağlamlaşdırma tədbirləri həyata keçirilir, bu tədbirlərin tətbiqi müsbət nəticələr vermədikdə istehsal prosesi dayandırılır və torpaq sahələri təsərrüfat dövriyyəsindən çıxarılaraq konservasiya edilir.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin