Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Mövzu 5: Torpağın rəngi və onun kimyəvi tərkibi



Yüklə 0,65 Mb.
səhifə50/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   46   47   48   49   50   51   52   53   ...   161
t.kimya, 1,3

Mövzu 5: Torpağın rəngi və onun kimyəvi tərkibi.
Plan:

  1. Ayrı-ayrı kimyəvi elementlərin və onların birləşmələrinin torpağın rənginin formalaşmasında əhəmiyyəti.

  2. Torpağın piqment elementləri və ən çox yayılmış torpaq rəngləri ( S.A.Zaxarova görə torpaq rəngləri üçbucağı).

  3. Torpağın rəngi onun əsas makromorfoloji əlaməti kimi aqronomik əhəmiyyəti.

  4. Təsnifat və diaqnostika məsələlərində torpağın rənginin rolu.


1.Ayrı-ayrı kimyəvi elementlərin və onların birləşmələrinin torpağın rənginin formalaşmasında əhəmiyyəti.
Torpağın rəngi torpağın ən əlçatan və gözə daha tez dəyən morfoloji əlamətidir. Bu, torpaqda baş verən proseslərin, həmçinin torpağın bu ya digər tipə aid edilməsinin əhəmiyyətli göstəricisidir. Torpağın rəngində, onun çalarlarında torpaqəmələgəlmə prosesləri öz əksini aşkar tapmışdır. Ona görə də müxtəlif torpaqlarda rəngin və ayrı-ayrı rəng çalarlarının, həmçinin eyni torpağın horizontlarında bu əlamətlər üzərində müşahidələrin aparılması torpaqda baş verən proseslərin mahiyyətini dərk etmək və torpağın mənşəyini açmaq üçün kifayət qədər informasiya verə bilər. Torpağın rəngi böyük aqronomik əhəmiyyətə də malikdir. Dünyanın hər yerində əkinçilər qədim dövrlərdən etibarən torpağın rəngi əsasında onun keyfiyyəti, münbitliyi haqqında fikir söyləmişlər. Torpağın rəngi onu təşkil edən maddələrin rəngi, həmçinin onun fiziki xassələri və nəmliyi əsasında formalaşır.
Torpağın rəngi üçün aşağıdakı maddələrin əhəmiyyəti daha böyükdür:
1) humus;
2) dəmir birləşmələri;
3) silisium turşusu, əhəng.
Humus maddəsi qara, tünd-boz və boz rəngi şərtləndirir.Dəmir oksidlərinin birləşmələri torpağı qırmızı, narıncı və sarı rəngə boyayır, dəmirin ən aşağı oksidləşmə dərəcəsində bütün torpaqda və onun ayrı-ayrı horizontlarında tünd göy və göyümtül ton yaranır. Məsələn, bataqlı torpaqlarda təsadüf olunan vivanit [Fe3 (PO4)2 · 8H2O] həmin torpaqlara yaşılımtıl-mavi çalar verir. Silisium (SiO2), kalsium karbonat (CaCO3) və kaolinit (H2Al2Si2O8·H2O) torpaqda ağ və ağımtıl rəngləri törədir. Bəzi hallarda torpaqda ağımtıl çalarların yaranmasında gips (CaSO4·2H2O) və asan həll olan duzlar da (NaCl, Na2SO4·8H2O və s.) əhəmiyyətli rol oynayır.
Bu üç qrup maddələrin müxtəlif birləşmələri torpaq rənglərinin və çalarlarının böyük müxtəlifliyini müəyyən edir. Bir sıra xarici ölkələrdə etalon standart rənglərdən istifadə olunur. Bu zaman torpaqların rəngi müəyyən rəqəmlərlə kodlaşdırılır.
Torpaqəmələgəlmə prosesləri nəticəsində ana dağ süxurdan torpaq törəyir. O, bir sıra vacib xassə və əlamətlər əldə edir, onda torpaqəmələgətirən süxurda olmayan yeni maddələr yaranır. Torpaq genetik horizontlara parçalanır və yalnız ona məxsus xarici və ya morfoloji əlamətlər əldə edir. Beləliklə, torpaq torpaqəmələgətirən süxurdan təkcə münbitliyinə görə deyil, morfoloji əlamətlərinə görə də fərqlənir. Morfoloji əlamətlərinə görə torpağı ana süxurdan, bir torpağı başqa torpaqdan ayırmaq, həmçinin torpaqəmələgəlmə prosesinin istiqamətini və özünü ifadəetmə dərəcəsini fərqləndirmək mümkündür. Torpağın morfologiyası haqqında əsas anlayışlar V.V.Dokuçayev tərəfindən irəli sürülmüş və S.A. Zaxarov tərəfindən ətraflı işlənmişdir. Torpağın əsas morfoloji əlamətlərinə aşağıdakılar aid edilir: torpaq profilinin quruluşu, torpağın və ayrı-ayrı horizontların qalınlığı; rəngi; qranulometrik tərkibi; strukturu; kipliyi; yeni törəmələr və mədxullar. Torpaq profilinin quruluşu – torpaq horizontlarının şaquli istiqamətdə aşağıya doğru müəyyən qaydada düzüldüyü torpaq profilinin xarici görünüşüdür. Horizontlar bir-birindən rənginə, strukturuna, kipliyinə və başqa morfoloji əlamətlərinə görə fərqlənir. Onların, bir çox hallarda, kimyəvi və qranulometrik tərkibləri də müxtəlif olur və onlarda bioloji proseslər müxtəlif şəkildə gedir. Torpaq bu və ya digər quruluşu təbii torpaqəmələgəlmə proseslərinin və insanın təsərrüfat fəaliyyətinin təsiri altında əldə edir. Torpağın profilində bir neçə horizont fərqləndirilir. Hər bir horizont öz rəng çalarları ilə digərindən fərqlənir. Məsələn A və A1 horizontlarının rəngi başqa horizontlarla müqayisədə tünddür. Bu horizontlarda üzvi (humus) və qida elementləri daha çox olur. Elüvial horizont (A2) torpağın mineral hissəsinin intensiv parçalanması və parçalanma məhsullarının aşağıdakı horizontlara yuyulması prosesi nəticəsində daha açıq rəngə çalır.
Bu üç qrup maddələrin müxtəlif birləşmələri torpaq rənglərinin və çalarlarıının böyük müxtəlifliyini müəyyən edir. Bir sıra xarici ölkələrdə etalon standart rənglərdən istifadə olunur. Bu zaman torpaqların rəngi müəyyən rəqəmlərlə kodlaşdırılır.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin