Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə58/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   54   55   56   57   58   59   60   61   ...   161
t.kimya, 1,3

1.Suda asan (hidroliz) həll olunan və bütün bitkilər tərəfindən mənimsənilən birləşmələr. Ca(H2PO4)2,Mg(H2PO4)2, KH2PO4, NaH2PO4,NaH4H2PO4.
Bu birləşmələr 1l torpaq məhlulunda 1-2 mq təşkil edir,əksər hallarda bundan da az olur.Bunlar bitki və mikroorqanizmlər tərəfindən intensiv istifadə olunduğuna görə üzvi formalara keçir.
2.Suda həll olmayan və zəif turşularda həll olunan kalsium və maqnezium sulfat birləşmələri CaHPO4,Ca3(PO4)2 ,Mg3(PO4)2 bu birləşmələr bitkilərin kökləri təfərindən ayrılan turşuların təsirindən həə olunaraq istifadə edilir.
3.Udulmuş əsaslarla doymamış turş və podzol torpaqlarda fosforun biryarım oksidli birləşmələri toplanırki,buda yuxarıda göstərilən birləşmələrə müsbətən çətin mənimsəniləndir.
Bitkilər tərəfindən fosfat ionların mənimsənilməsi üçün mühitin ən əlverişli reaksiyası zəif turşudur.(PH 6-6,5).
Bütün torpaqlarda fosfor gübrələrinin tətbiqi məksədə uyğun hesab olunur.
4.Torpaqda bitkinin qidalanması üçün kükürd, kalsium, maqnezium, kalium, natrium və dəmir mənbələri, onların torpaqda üzvi və qeyri-üzvi birləşmələri.

Kalium.Bitkilərdə kaliumun ümumi miqdarı 4/5 hissəsi hüceyrə şirəsində olur.Hüceyrə şirəsində olan kaliumu su ilə çıxarılır,az hissəsi isə kolloidlərlə adsorbsiya olunmuşdur.əhəmiyyətsiz olan 1%-dən az olan hissəsi protoplazmadakı mitoxondrilər tərəfindən mübadilə olunmayan şəkildə saxlanılır.Kaliumun işıq olan mühitə bitkilər gecələr köklər vasitəsilə ifraz olunur və gündüz yenidən udulur.Yağmurlar köhnə yarpaqlardan kaliumu yığaraq bitkinin tərkibindən çıxarır.
Bitkilər xüsusəndə kartof,kök yumrular,ot,tütün,subtropik və sitrus bitkilər təfəfindən böyük miqdarda mənimsənilir.Yer qaığının 2,4%-ni ümumi kalium təşkil edir.Ağır torpaqlarda onun miqdarı 2%,yüngül torpaqlarda miqdarı azdır.Ağır torpaqlarda gil hissəcikləri şəklində mineralların tərkibinə daxil olduğu üçün ağır gilli və gillicə torpaqlarda K2O-nun miqdarı 2%-ə bəzən 3%-ə çatır.
Torpaqlarda kaliumun çox hissəsi həll olmayan və bitkilər tərəfindən az mənimsənilən formada olur.
Torpaqdakı kaliumun əsas hissəsi ilkin (kvars,çöl şpatı və s.) və törəmə mineralların (bəsit duz mineralları,çilli minerallar və s.) kristal qəfəsində,bitki üçün əlçatmaz formada toplanmışdır.
Bitkilərin mənimsəyə bilməsi dərəcəsinə görə torpaqda kalium müxtəlif birləşmələr şəklində olur və dörd qrupa bölünür:
1) Alümosilikatlarda tərkibinə daxil olan kalium.Bunlardan 1-ci yerdə çöl şpatı (ortakloz) – K2Al2Si6O16 tutur.Bununla yanaşı muskovit (kalium şisti) – H2Kal3Si3O12 biotitdə (kaliumlu – maqnezial – dəmirli sist – (H,K)2x(Mg,Fe)2x(AlFe)2x(SiO4)3,qlaukonitdə - (K2O x 4R2O3 x 10SiO2 x n H2O),nefelində (Na,K)2O x Al2O3 x SiO2 və leysitdə - K2Al2Si4O12 kaliuma təsadüf edilir.Bu mineralların tərkibinə daxil olan kalium bitkilər tərəfindən demək olar ki,mənimsənilmir.Lakin,bu birləşmələr torpaqda mübadilə olunan kalium arasında müəyyən müvazinət yaradır.Yəni, mübadilə olunan kalium mənimsənildikcə onun ehtiyyatı mübadilə olunmayan kaliumun hesabına yenidən bərpa olunur.Muskovitdə,biotitdə və nefelindəki kalium kalium ortoklazdakına nisbətən bitkilər tərəfindən daha yaxşı mənimsənilir.Şist və nefelindəki kaliumun bir hissəsi torpaq məhlulundakı duzlarla mübadilə yolu ilə udulma reaksiyasına daxil olaraq həll olan vəziyyətə keçir.Onun bu minerallardan səfərbərliyə alınmasına bitkilərin kökləri tərəfindən ifraz olunan karbon turşusu və başqa turşular da iştirak edir.
2.Torpaq kolloidlərinin səthi tərəfindən adsorbsiya olunan kalium. Bunun miqdarı 100q torpaqda 0,09-1,5mq-ekv təşkil edir.Podzollaşmış gillicə torpaqlarda 0,15-0,40 mq-ekv təşkil edir.Şorlaşmış torpaqlarda mübadilə olunan kalium daha çox üstünlük təşkil edir.Boz torpaqlar da 100q torpaqda 1,5mq-ekv olmaqla üstünlük təşkil edir.
Bitki üçün kaliumun əsas mənbəyi mübadilə olunan kaliumdur.Mübadilə olunan kalium kənd təsərrüfatı bitkilərinin qidalanmasında çox mühüm rol oynayır.
Bitkinin kökləri tərəfindən ayrılan hidrogen ionu torpaq səthi vasitəsilə udulmuş kalium ionu ilə əvəz olunur ki, o da kökün əmici telləri ilə bitkiyə daxil olur,Yəni,torpaq kalloidləri tərəfindən adsorbsiya olunmuş kaliumun bir hissəsi başqa kationlarla mübadilə zamanı asanlıqla məhlula keçir.
Lakin,bitkilər torpaqda olan bütün mübadilə olunan kaliumu mənimsəyə bilmir.Buna görə mənimsənilən kaliumun həqiqi ehtiyatının kəmiyyəti daha azdır.
3.Suda həll olan kalium .Torpaqda suda həll olan kalium mübadilə olunan kaliumun miqdarının yalnız 1/5 , 1/10 və daha az hissəsini təşkil edir.Torpaqlarda suda həll olan kaliumun miqdarı 0,02-0,09mq/ekv (100q şum qatında) olur.
Torpaqda suda həll olunan kalium aşağıda qeyd edilən bir sıra proseslərin nəticəsidir:
a)kalium minerallarını hidroliz etdikdə;
b)bitkilərin kök ifrazatının – turşuların təsiri ilə mineralların parçalanması;
v)Nitrifikasiya bakteriyaları və digər mikroorqanizmlərin fəaliyyəti sayəsində ayrılan nitrat turşusunun təsirindən minerallardan ayrılan kalium birləşməsindən;
q) Torpağın uducu kompleksi ilə gübrələrin mübadilə təsirindən çıxarılan kalium birləşməsindən.
4.Mikroorqanizmlərin plazmasının tərkibinə daxil olan kalium birləşməsi .Belə kalium əksər torpaqların hər hektarında 40kq-a çatır ki, bu da kaliumlu gübrələrin orta dozasına bərabərdir.Bu kalium yalnız mikroblar öldükdən sonra bitkilər tərəfindən
Torpaqda kimyəvi elementlər müxtəlif birləşmələr şəklində olur.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin