Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə60/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   56   57   58   59   60   61   62   63   ...   161
t.kimya, 1,3

Kalsium və maqnezium. Bitkinin qidalanmasında faydalı elementlərdir.Kalsium protoplazmanın keçiriciliyinin artmasında,kök sisteminin inkişafında böyük rol oynayır.
Maqnezium isə xlorofilin tərkibinə daxil olub,onun sintezində əsas rol oynayır.Kalsium torpaqda bitki üçün əlverişli fiziki,fiziki-kimyəvi və bioloji xassələrin formalaşmasında iştirak edir.Bu elementlər torpaq minerallarının və sadə duzların tərkibinə daxildir.Kalsium və maqnezium ionları torpaq məhlulunda üstünlük təşkil edir.Udulmuş əsaslar arasında kalsium əksər torpaqlarda birinci,maqnezium isə ikinci yerdə durur.CaCO3 və MgCO3 duzlarıdır.Bunlar karbon qazi ilə qarşılıqlı təsirdə suda həll olan bikarbonata çevrilirlər:
CaCO3 + CO2 + H2O = Ca(HCO3)2
MgCO3 + CO2 + H2O = Mg(HCO3)2
Bitkilər bu elementlərlə daim təmin olunurlar.Torpaqda kalsiumun azalması ən çox torpaqların dekradasiyası – yuyulması nəticəsində baş verir.Sitrus altı sarı-podzallı torpaqlarda bu elementin iktisi fizioloji turş mineral gübrələr verilən zaman kəskin sürətdə artır.Lizimetrik analizlərdən alınan məlumata görə rütubətli iqlim şəraitində hər il 1 hektardan 0,6 – 2,0 sentner CAO yuyulur.
Şoran və şorakət torpaqlarda bitkilərdə kalsium çatışmazlığı baş verir,çünki bu elementin bitki tərəfindən mənimsənilməsinə K və Na elementlərin duzlarının çoxluğu mane olur.Maqneziumun çatışmazlığı qumlu və qumsal çimli-podzollu torpaqlarda müşahidə edilir.
Kükürd.Torpaqda sulfatlar,sulfidlər şəklində və üzvi maddələrin tərkibində olur.Akademik Vernadskinin məlumatlarına görə,çəki etibarı ilə Yer kürəsinin 0,151-ni sulfit birləşmələri təşkil edir.Bu birləşmələrin çox hissəsini dəmir-sulfid birləşmələri təşkil edir.Sulfid birləşmələri əsas etibarı ilə hidrotermal yolu ilə əmələ gəlir.Yer üzərinə yaxın sahələrdə sulfid və onlara oxşar birləşmələr su və atmosferin oksigenin təsirindən asanlıqla aşınmaya uğrayıb birinci növbədə sulfat və sonra sulu oksidləri,karbonatları və b.oksigenli birləşmələri əmələ gətirir.
Beləliklə,üzvi maddələr parçalanarkən sulfidlərin oksidləşməsi nəticəsində kükürdlü birləşmələrinin daha sabit formaları – sulfatlar (FeSO4-dən başqa) yaranır.Sulfatlar,xüsusən də, kalium,natrium,maqnezium sulfatları suda yaxşı həll olurlar.Onlar torpaq tərəfindən SO42- formasında zəif udulurlar və yalnız quru iqlim şəraitində torpaqda toplanırlar.Adətən,bitkinin tələbini ödəməkdən ötrü torpaqda kifayət qədər sulfatlar olur.
Bitki orqanizmində kükürdün miqdarı orta hesabla 0,05 % kütlə miqdarında olur. Kükürd zülalların aminturşuları olan sistein və metioninin tərkibinə daxildir. Bitki torpaqdan kükürdü suda həll olan sulfatlar şəklində alır, çürümə bakteriyaları isə zülalların kükürdünü hidrogen sulfidə çevirir (çürümə zamanı pis iyin yaranma səbəbi də budur). Kükürdün çox hissəsi bitki tərəfindən mənimsənilmir, amma bitkilərin fosforu mənimsəmələrinə kömək edir. Kükürd çatışmazlığı fotosintezin intensivliyini azaldır. Saf kükürdə daha çox vulkanik ərazilərdə rast gəlinir. Bu ərazilər insanlar üçün kükürdün ən qədim mənbələri hesab olunur. Bununla yanaşı, hal-hazırda pirit, sfalerit, qallit və s. kimi minerallar da kükürdün təbii mənbələri sayılır. Torpaqların tərkibində 0,02%-dən 3%-ə qədər kükürdə rast gəlinir. Bunun 60-95%-i üzvi birləşmələrin tərkibindədir. Torpaqda humusun artması kükürdün də miqdarının artmasına səbəb olur.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin