Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə56/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   52   53   54   55   56   57   58   59   ...   161
t.kimya, 1,3

Kalium. Bitkilərdə kaliumun ümumi miqdarı 4/5 hissəsi hüceyrə şirəsində olur. Hüceyrə şirəsində olan kaliumu su ilə çıxarılır, az hissəsi isə kolloidlərlə adsorbsiya olunmuşdur.Əhəmiyyətsiz olan 1%-dən az olan hissəsi protoplazmadakı mitoxondrilər tərəfindən mübadilə olunmayan şəkildə saxlanılır. Kalium ( işıq olan mühitdə bitkilər) gecələr köklər vasitəsilə ifraz olunur və gündüz yenidən udulur.Yağmurlar köhnə yarpaqlardan kaliumu yığaraq bitkinin tərkibindən çıxarır.
Bitkilər xüsusəndə kartof, kök yumrular, ot, tütün, subtropik və sitrus bitkilər təfəfindən böyük miqdarda mənimsənilir.Yer qaığının 2,4%-ni ümumi kalium təşkil edir. Ağır torpaqlarda onun miqdarı 2%, yüngül torpaqlarda miqdarı azdır.Ağır torpaqlarda gil hissəcikləri şəklində mineralların tərkibinə daxil olduğu üçün ağır gilli və gillicə torpaqlarda K2O-nun miqdarı 2%-ə, bəzən 3%-ə çatır.

2.Torpaqda bitkilər tərəfindən mənimsənilə bilən mineral azotlu birləşmələr.
Torpaqda azotun əsas hissəsi üzvi maddələrin tərkibinə daxildir.Torpaqda maddələrdə olan azot atmosferdəki elementar azotdan onun bioloji funksiyası prosesi nəticəsində toplanmışdır.
Azot torpaqda əsasən nitratlar və amonium duzları şəklində olur.Azotun hər iki forması bitkinin mənimsədiyi əsas azot birləşmələridir. Bitkilərin azotla normal təmin olunması torpaqda azotlu üzvi maddələrin minerallaşması sürətindən asılıdır.Alüminium ionu (NH4+) torpaq tərəfindən asanlıqla udulur və qismən mübadiləsiz hala keçir.Nitrat ionu (NO3+) əsasən torpaq məhlulunda olan və bitki tərəfindən asanlıqla mənimsənilə bilir. Torpaqların tipindən və süxurlardan, inşanın təsərrüfat fəaliyyətindən və digər amillərdən asılı olaraq azotun miqdarı kəskin dərəcədə dəyişir. Bitkilər azotu çoxlu miqdarda torpaqdan mənimsədiyinə görə qida elementləri içərisində bitkilərin tərkibində o birinci yerdə durur.Ona görə də torpaqda azot ehtiyatını daima artırmaq lazımdır.Şum qatında azotun miqdarı orta hesabla torpağın çəkisindən 0,1%-nə bərabərdir. Mineral birləşmələrin miqdarı isə son dərəcədə az yəni ümumi azotun 1%-ni təşkil edir.Ona görədə bitkiləri azotla tələb olunan inkişaf dövrələrində tədricən və bərabər təmin etmək lazımdır.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin