3.Dəmir, humus və başqa element birləşmələrinin torpağın əksetdirmə qabiliyyətinə təsiri. Fövqaladə dərəcədə vacibdir ki, əksetdirmə qabiliyyəti əyrisinin hansı hündürlükdə və vəziyyətdə sınmasını təyin edə biləsən. Çünki bu məsələ birbaşa dəmir birləşmələri ilə əlaqəlidir. Spektral əksetdirmə əyrisində sınma hündürlüyünü təyin etmək üçün üç düz xətti A və B nöqtələrindən keçirməklə absis oxuna paralel çəkirik.İndi obyektiv real sınma hündürlüyünü (h) millimetr və ya faizlə ifadə etməklə müəyyən edə bilərik. Sınma hündürlüyünü yarıya bölüb və buradan absis oxuna paralel daha bir xətt keçiririk və nəticədə yarımsınmanın dalğa uzunluğunu tapırıq (λ1/2). Bu üsulla «λ» şkalasında sınmanın vəziyyətini obyektiv qiymətləndirməklə, intensivliyini də ordinat oxunda təyin etmək olar. Sınmaların ifadə olunma dərəcələrinə görə bir sıra torpaqların xassələrini və parametrlərini qyiəmtləndirmək çox münasibdir. Spektral əksetdirmə qabiliyyəti əyrisinin müxtəlif sahələrində maillik bucaqları kəmiyyətinin təyin etmədə xeyli köməyi olur. Belə ki, spektral əyrinin ümumi mailliyini tam şəkildə bucağın tangensi kimi ifadə etsək, onda
P750- P400
λ 2 - λ1
Burada (λ 2- λ1 )=350 nm olur. Beləliklə, torpaqların və ya süxurların spektral əksetdirmə əyrisini tam xarakterizə etmək üçün aşağıdakı parametrləri bilmək vacibdir.
1. İşığın əksolunmasının inteqral əmsalı – pε;
2. «λ» dalğa uzunluğunda işığın əksolmasının spektral əmsalı - Pλ ;
3. Spektral əyrinin yarımsınmanın dalğa uzunluğu – λ1/2;
4. Sınma hündürlüyü – h;
5. Spektral əyrinin maillik bucağının tangensi- tga
Əlbəttə, müxtəlif torpaq tipləri və horizontlarında bu kəmiyyətlərin hamısını tapmaq o qədər də vacib deyil. Qarşıya qoyulan problemin həllindən, eləcə də tədqiqatçının qabiliyyətindən, nəzəri bilik səviyyəsindən asılı olaraq seçim edə bilər.
Çürüntülü-akkumulyativ horizontun rəngi humusun miqdarından asılıdır. Qaratorpaqlarda bunu axromatik – boz yaxud tünd-boz adlandırırlar. Azhumuslu torpaqlarda əksetdirmədə uzundalğalı şüaların miqdarı nisbətən çox olduğuna görə qırmızıya çalır, daha doğrusu belə torpaqların rəngini qonur-boz və ya boz-qonur kimi qəbul edirlər. Üzvi maddələrin əksetdirmə qabiliyyətinin ən güclü təsiri 700-750 nm hüdudlarında olur. Spektral əksetdirmə əmsalı ilə (p750) üzvi maddələrin miqdarı arasındakı asılılığı eksponensial tənliklə ifadə edilir:
P750= Ae-kH+PH
Burada P750- λ750 nm olanda əksetdirmə əmsalı;
H – torpaqda olan üzvi maddənin miqdarı;
e – natural loqarifmanın əsası;
K və A=p0 –H tənlikdə sabitdirlər və müxtəlif torpaqlarda fərqli ola bilərlər;
P0 - humuzsuz süxurlarda əksetdirmə əmsalı.
Üzvi maddələrin nail olunmuş səviyyəsi (Hi) ilə işarə olunur. P750 kəmiyyətində humusun sonrakı toplanması orta hesabla sabit qalır. Deməli, H-ın p750 təsirinin bir hüdudu vardır və aşağıdakı kimi təyin olunur:
P750=f(H) amma Oi olduqda
P750=pH bu şərtlə ki, HipH-daha çox humuslu nümünələrin əksetdirmə əmsalıdir. Çünki, burada humus tamamilə mineral hissəcikləri bürüyür, yaxud əhatə edir. Hi – torpaq səthində olan hissəcikləri örtən üzvi maddənin miqdarıdır.
Torpaqda humusun miqdarı Hi -dən böyük yaxud bərabər olduqda, əksetdirmə əmsalı olan pH çox zaman sabit qalır, və ya nümunənin götürüldüyü zonalardan asılı olaraq dəyişə bilər. PH kəmiyyəti humin maddələrinin tərkibi və xassələrindən, humin və fulvo turşularının nisbətlərindən və eləcə də optiki sıxlığından asılıdır. Əgər humus torpağın bərk fazasındakı mineral hissəcikləri tam örtməyibsə onların da bu kəmiyyətə təsiri qaçılmazdır. Bu zaman əyrinin ekstrapolyasiyası (kənar qiymətləmə) ordinat oxunu kəsən zamanı p0 kəmiyyəti (H=0 olduqda) тоrpağın humussuz mineral hissələrindən və oksidləşmə-reduksiya proseslərindən asılı olacaqdır.
Onda A=p0 -pH tənliyi p-H rabitəsini reallaşdıracaqdır. Əgər diapazon böyük olarsa istər yerüstü, istərsə də distansion aerokosmik üsullarla torpaqda humusun miqdarını təyin etmək mümkündür. Tənlikdə A və K əmsallarını yalnız ümumi tip (kimyəvi və morfoloji) humusa malik olan torpaqlarda sabit hesab etmək olar:
P750= 34,8.e-0,34H +13,5 tənliyini səhra torpaqlarına şamil etmək olar. Çəmən, çimli, torflu, podzollu torpaqlar üçün isə tənlik bu cür ifadə olunacaqdır:
P750= 50,1.e-0,063H +8,4
Bu onunla izah edilir ki, səhra torpaqlarının humusunda humin turşularının miqdarı çox olduğuna görə daha yaxşı rəng vermə qabiliyyətinə malikdir.