Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Torpağın piqment elementləri və ən çox yayılmış torpaq rəngləri ( S.A.Zaxarova görə torpaq rəngləri üçbucağı)



Yüklə 0,65 Mb.
səhifə51/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   47   48   49   50   51   52   53   54   ...   161
t.kimya, 1,3

2.Torpağın piqment elementləri və ən çox yayılmış torpaq rəngləri ( S.A.Zaxarova görə torpaq rəngləri üçbucağı).
Pedomorf elementlər sırasında torpağın rənginə təsir edən xüsusi yarımqrup elementləri ayırmaq vacibdir. C, Fe, Mn, Ca, Si belə elementlərdən sayılır. Silisium birləşmələri torpaq kütləsinin başlıca hissəsini təşkil edərək ona ağımtıl rəng verir. Torpağın rəngi onun çox mühüm makromorfoloji əlamətlərindən olub, təsnifat və diaqnostika məsələlərində geniş istifadə edilir. Bütün çöl torpaq tədqiqatları onun rənginə istinad edilərək, horizontlara və profillərə ayrılır.
1927-ci ildə prof. S.İ.Tyuremnov torpağın rənginə görə formalaşması hipotezini (qara, sarı, qırmızı və ağ) irəli sürdü. Sonra isə üç rəngli spektrə əsaslanan nəzəriyyə qəbul edildi. Rənglər haqqında olan ümumi nəzəriyyə isə torpağa rəng verən komponentlərin hamısı nəzərə alınmaqla, spektral əksetdirmə qabiliyyətinə görə spektrofotometrik ölçülərə əsaslandı. Torpağa və onun horizontlarına rəng verən maddələrə torpaq piqmentləri deyilir.
Karbon birləşmələri, dəmir, manqan və kükürdün bəzi formaları başlıca torpaq piqmentləri sayılır.
Karbonun birləşmələri torpağın rənginə ikitərəfli təsir göstərir. Mineral birləşmələri (torpaq karbonatları) ağ rəng verir. Burada əsasən CaCO3 və MgCO3 başlıca rol oynayır. Üzvi karbon birləşmələri isə torpağa sarımtıl, qonur və yaxud qaramtıl rənglər verir.
Manqan adətən torpağa tünd rəng verir ki, bu da pirolyuzitin (MnO2) təsirindən olur. Bəzi metalların sulfidləri də torpağa tünd və ya qara rəng verə bilir. Buna əsasən reduksiyaedici şəraitlərdə rast gəlinir.
Torpaq profilinə həm müxtəlif və həm də parlaq rəngi dəmir birləşmələri verir. Qamma rənglər və onun çalarları çox geniş yayılmış dəmir birləşmələri ilə əlaqələndirilir. Bura sarı, samanı sarı, qırmızımtıl, qonur, sarı-yaşıl, yaşıl, qaramtıl rənglər aiddir. Adətən bütün yumşaq torpaəmələgətirən süxurlar müəyyən dərəcədə dəmir birləşmələri ilə rənglənmiş olur. Bu ümumi sarımtıl və qonurvari rənglər torpaq profilində saxlanılır. Lakin dəmirin genetik horizontlar arasında paylanması bu rənglərin zəifləməsi və güclənməsi ilə müşayiət olunur. Torpaq rənglərini qiymətləndirmək çox çətin bir problem sayılır, hətta praktiki olaraq torpaq horizontlarını öyrənərkən kimyəvi tərkibdən yaxud digər xassələrdən asılılığını müəyyən etmək mümkün olmur. Ayrı-ayrı elementlərin və onların birləşmələrinin torpaq rənginin formalaşmasında rolunu rənglər ölçüsünün beynəlxalq sisteminə əsaslanaraq qiymətləndirmək lazımdır. Hansı ki, burada şərti rənglərə (göy, yaşıl, qırmızı) təyinetmələr aparılır. Çox zaman spektral əksetdirmə qabiliyyəti əyrisindən istifadə edilir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin