1. Minimum enerji prinsipi (Kleçkovski qaydaçı); 2. Pauli prinsipi; 3. Hund qaydası. Minimum enerji prinsipi: a) atomda əvvəlcə (n+1) cəmi kiçik olan orbital elektronla dolur; b) bu zaman iki müxtəlif orbitalın (n+1) cəmi bərabər olarsa, əvvəlcə baş kvant ədədinin (n) qiyməti az olan orbital dolur. Məsələn, kiçik dövr elementi olan 7N atomunda a bəndinə əsasən əvəlcə 1s (n+1=1+0=1), sonra 2s (n+1=2+0=2), daha sonra 2p (n+1=2+1=3) orbitalı dolur.
Böyük dövr elementi olan 19K atomunda orbitalların elektronlarla dolması zamanı 3p orbitalından sonra 3d (n+1=5) deyil, 4s (n+1=4) orbitalı dolur.
Ümumiyyətlə, birinci dövrdə atomların 1-ci energetik səviyyəsi dolur. 1-ci səviyyə bir s-orbitalından ibarət olduğundan elektronlar bu orbitalda yerləşir. Dövrün birinci elementi H-dir, sıra nömrəsi də 1-dir. Ona görə də hidrogen atomunun s-orbitalında bir elektron yerləşir. Onun elektron formulu 1s1 olur (böyük rəqəm səviyyənin nömrəsini, hərf – yarımsəviyyənin (orbitalın tipi), sağdan yuxarıdakı rəqəm isə yarımsəviyyədəki elektronların sayını göstərir.
Helium atomunda 2 elektron vardır. Həmin elektronlar Pauli prinsipinə görə 1s2 elektron formulu ilə ifadə olunur. Beləliklə, birinci dövr elementlərində elektronların paylanması aşağıdakı kimi ifadə olunur:
1H – 1s1 ; 2He – 1s2 Birinci səviyyədə iki elektrondan çox elektron yerləşə bilmədiyindən (Nmax=2.12 =2) bu səviyyə He atomunda tamamlanır. Növbəti elementdə üçüncü elektron 2-ci səviyyədə yerləşəcəkdir.
İkinci dövrdə 2-ci səviyyə dolur. İkinci səviyyəyə 4 (bir s-, üç p-) orbital daxildir və onun maksimum tutumu 8 elektrondur. (Nmax=2.22 =8). Minimum enerji prinsipinə görə əvvəlcə 2-ci səviyyənin s- orbitalı, sonra isə p- orbitalı dolur. Beləliklə, 3Li atomunda üçüncü elektron 2s orbitalını tutur:
3Li 1s2 2s/
Qarşıya qoyulan tədqiqat problemindən asılı olaraq, elektronların atom orbitallarında paylanmasından başqa digər qruplaşmalarından da istifadə edilir. Yer qabığının müxtəlif qatlarında elementlərin mövcudluğunu geokimyəvi təsnifatlar daha yaxşı xarakterizə edir. Belə təsnifatlardan birini V.M.Qoldşmidt (1924) tərtib etmişdir. Onun təsnifatına görə bütün elementlər dörd qrupa bölünür: litofillər, xalkofillər, siderofillər, atmofillər. Litofil elementlər oksigenlə qohumluğu ilə fərqlənir və biosferdə tərkibində oksidlər, hidroksidlər, oksigenli turşuların duzları olan minerallar əmələ gətirirlər. Bura 54 element aiddir: Si, Ti, S, P, F, Cl, Al, Se, Na, K, Ca, Mg və s. Xalkofillər kükürdlə birləşmələr əmələ gətirməyə meyillidirlər: Cu, Zn, Pb, Cd, Ag, Mn, Fe və s. Siderofil elementlər dəmir xəlitələrində həll olaraq dəmirli birləşmələr əmələ gətirirlər: Fe, Ni, Co, P, C, Pt, Au, Sn, Mo və s. Nəhayət, atmofil elementlərə aid olanlar: H, N, C, O, He, Ne, Ar, Kr, Xe, Cl, Br, Y. V.M.Qoldşmidt bunlardan xüsusi bir qrup ayıraraq biofil elementlər adlandırmışdır. Hansı ki, bunlar canlı orqanizmlərdə toplanırlar. Qoldşmidtə görə əsas biofil elementlər bunlardır: C, H, O, N, P, S, Cl, Y. Az da olsa B, Ca, Mg, K, Na, V, Mn, Fe, Cu kimi elementləri də o biofil elementlər qrupuna daxil edirdi.V.M.Qoldşmitdin təsnifatına görə bu elementlər torpağın maye fazasında olaraq, bərk fazaya da keçə bilir və torpaq proseslərində o qədər də böyük rol oynamırlar. Torpaqşünaslıqda böyük maraq yaradan elementlər təsnifatı landşaftda onların miqrasiya xüsusiyytləridir. Belə bir təsnifat A.İ.Perelman tərəfindən işlənmişdir. O, bütün elementləri iki böyük qrupa ayırır: 1) hava miqrantları, 2) su miqrantları. Hava miqrantları qrupuna əsasən passiv elementlər xüsusilə təsirsiz qazlar He, Ne, Ar, Kr, Xe, Rn və atmosfer şəraitində kimyəvi birləşmələr əmələ gətirən aktiv elementlər (O, H, C, N, Y) daxildir.
A.İ.Perelmana görə su miqrantları qrupu bir neçə yarımqruplara bölünür. Burada əsasən elementlərin mütəhərrikliyi və oksidləşmə-reduksiya proseslərinə təsir etmələri nəzərə alınır. Mütəhərrik və çox mütəhərrik elementlərə aiddir: Cl, Br, S, Ca, Na, Mg, Sr, Ra, F, B. Zəif mütəhərrik kation və anionları K, Ba, Rb, Li, Be, Cs, Ti, Si, P, Ge, Sn, Sb, As kimi elementlər əmələ gətirilər. Reduksiyaedici qleyli mühiti mütəhərrik Fe, Mn, Co yaradır. Mütəhərrik və zəif mütəhərrik oksidləşmə qleyli şəraiti isə Zn, Cu, Ni, Pb, Cd elementləri əmələ gətirir. Lakin geoloji və geokimyəvi problemlərin həlli istiqamətində aparılan konkret kimyəvi proseslərin analizi üçün bu təsnifat kifayət etmir.