2RCOOH+CACO3(RCOO)2Ca+H2O+Co2 2HNO3+CaCO3=Ca(NO3)2+H2O+CO2 Tam dozada əhəng verildikdə aktual və mübadilə turşuluğu kənar edilir,hidrolitik turşuluq xeyli azalır.Bu zaman torpaq məhlulunda kalsiumun miqdarı və torpağın əsaslarla doyma dərəcəsi yüksəlir.Əhəngli gübrələrin verilməsi torpağın kalsiumla,bir çox hallarda isə (məsələn,dolamit unundan istifadə edildikdə) maqneziumla da zənginləşdirir.Torpaqların əksərriyətində kalsium və maqnezium vardır, hətta onların torpaqda olan, miqdarı ən tələbkar bitkilərin qidasından ötrü tamamilə kifayətdir.Lakin kalsium və maqneziumun əsas hissəsi çətin həll olan birləşmələr – karbonatlar sulfatlar,fosfatlar,silikat və alümosilikat minerallar formasında olur.Ca və Mg torpaqda həmçinin,mübadilə yolu ilə udulmuş formada və suda həll olan duzlar şəklində də olur.Bitkilərin Ca və Mg-la qidalanmasının əsas mənbəyi mübadilə yolu ilə udulmuş formalardır. Suda həll olan duzlar udulmuş kalsium və maqneziumun məhlula çıxarılması zamanı, eləcə də silikat və alümosilikat mineralların tədriclə dağılması, karbonatların həll olması nəticəsində əmələ gəlir. Çox turş podzollu torpaqlarda mübadilə qumsal və qumluca torpaqlarda mübadilə yolu ilə udulmuş kalsium və maqnezium çox az olur.Həmçinin , bu torpaqlarda hidrogen ionlarının antaqonizmi nəticəsində kalsium və maqnezium kationlarının bitkilərin köklərinə daxil olması çətinləşir.Ona görə bu torpaqlara əhəng vermək lazımdır.
Mövzu 10: Torpaq məhlulu.
Plan: 1.Torpaq məhlulunda ionların, duzların qatılığı və aktivliyi. Bitkilərin kök vasitəsilə normal qidalanmasında torpaq məhlulunun əhəmiyyəti. 2. Torpaq məhlulunun ayrilması metodları. 3. Torpaq məhlulunun tərkibi və konsentrasiyası. Torpaq məhlulunun osmotik təzyiqi.