4. Torpağın buferlik qabiliyyətinin potensialı. Aktivliyin təyin olunma üsulları. 1.Torpaq məhlulunda ionların, duzların qatılığı və aktivliyi. Bitkilərin kök vasitəsilə normal qidalanmasında torpaq məhlulunun əhəmiyyəti. TORPAQ MƏHLULU. Torpaq məhlullarının təkibi asan həll olan duzların birləşmələrindən ibarətdir. Bu duzların tərkibində başlıca rolu elementlərin dövri sisteminin I və II qrup metalların kationları oynayır. Torpağa daxil olan yağış suyunun tərkibində müyyən miqdarda həll olmuş şəkildə maddələr - atmosfer havasının qazları (O2, CO2 N2, NH3 və s.), həmçinin havada toz şəklində olan birləşmələr olur. Bu maddələr torpaqda bərk faza ilə fəal şəkildə qarşılıqlı əlaqəyə girərək, ayrı-ayrı komponentlərini torpaq məhluluna daxil edir. Ona görə də torpaqda su torpaq məhlulu formasında təmsil olunur.
Torpaq məhlulu torpağın genezisində və münbitliyinin formalaşmasında böyük əhəmiyyətə malikdir. O, üzvi və mineral birləşmələrin çevrilməsi (parçalanması və sintezi) proseslərində iştirak edir. Onun vasitəsilə torpaqəmələgəlmə proseslərinin məhsulları profilboyu hərəkət edir. Torpaq məhlulunun bitkinin qidalanmasında rolu daha böyükdür. Ona görə də onun tərkibinin, xassələrinin (reaksiyası, buferliyi, osmotik təzyiqi) və dinamikasının öyrənilməsi böyük əhəmiyyət kəsb edir.
Torpaq məhlulunun tərkibindəki anionlardan NO3-, SO2-4, fosfat ionlarının bitki üçün əhəmiyyəti daha böyükdür. Nitratların miqdarı torpaqda nitrifikasiya şəraiti (üzvi maddələrin zənginliyi, torpağın hidrotermik rejimi və aerasiya şəraiti) ilə müəyyən olunur. Şorlaşmaya məruz qalmamış torpaqların torpaq məhlulunda SO2-4 cüzi miqdardadır. Fosfat –ionların miqdarı daha azdır ki, bu da onların bitkilər tərəfindən mənimsənilməsi ilə izah edilir. Şorlaşmış torpaqların torpaq məhlulunda Cl- , SO2-4, Ca2+, Mg2+ və Na+ ionları daha çoxdur.