Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Torpağın udma qabiliyyəti. Kolloid sisteminin xarakteristikası (dispers sistem, dispers faza və dispers mühit)



Yüklə 0,65 Mb.
səhifə73/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   69   70   71   72   73   74   75   76   ...   161
t.kimya, 1,3

Torpağın udma qabiliyyəti. Kolloid sisteminin xarakteristikası (dispers sistem, dispers faza və dispers mühit)

Torpağın mühüm xüsusiyyəti – onun heterogenliyi və çox fazalığıdır. Bu xassələr sayəsində torpaqda cərəyan edən əksər proseslər, o cümlədən bitkinin qidalanması, maddələrin miqrasiyası və akkumulyasiyası, torpağın bərk fazasının səciyyəvi əlamətlərinin formalaşması və s. torpağın fazaları arasında maddələrin paylanmasına bağlıdır.


Qazların, buxar və həll olmuş maddələrin bərk hissəciklər və maye tərəfindən udulması sorbsiya adlanır. Torpağın sorbsion xassəsinin olması faktı qədim dövrlərdən məlumdur. Lakin torpaqlarda sorbsion proseslər və onun uduculuq qabiliyyəti haqqında müasir təsəvvürlər K.K.Hedroys, Q.Viqner, S.Matson, E.N.Qapon, A.N.Sokolovskiy, A.F.Tyulin, İ.N.Antipov-Karatayev, S.N.Alyoşin, N.İ.Qorbunov, D.Di-Qleriy, F.Kelli, V.R.Volobuyev, R.H.Məmmədov və başqalarının işlərində inkişaf etdirilmişdir. Burada fiziki-kimya və kolloid kimyasının yaranması da əhəmiyyətli rol oynamışdır. Kolloidlərin torpağın yaranmasında və funksional fəaliyyətində rolunu dərk etməkdən ötrü kolloid kimyasının aşağıdakı bölmələrinin böyük əhəmiyyəti olmuşdur: kolloid sistemləri haqqında təlim; molekulyar-kinetik hadisələr nəzəriyyəsi; səth hadisələri haqqında təlim və kolloid sistemlərinin davamlılığı, koaqolyasiya və sabitləşməsi nəzəriyyəsi və s.
Torpaqda baş verən udma prosesləri həm sorbsion təbiətə malik və həm də torpaq hissəciklərinin sorbsiyası ilə bilavasitə əlaqəsi olmayan çox müxtəlif prosesləri əhatə edir. K.K.Hedroysa görə, torpağın uduculuq xassəsi dedikdə, onun həll olmuş birləşmələri və ya onların bir hissəsini, həmçinin kolloidlərə kimi parçalanmış üzvi və mineral hissəcikləri, canlı mikrorqanizmləri və kobud suspenziyanı tutub saxlamaq qabiliyyəti başa düşülür. Torpağın udma prosesində iştirak edən komponentlərinin cəmini K.K Hedroys torpaq uducu kompleksi (TUK) adlandırmışdı. TUK-un əsas hissəsini torpaq kolloidləri təşkil edir. K.K.Hedroys torpağın uduculuq qabiliyyətinin beş növünü ayırmışdır: mexaniki, fiziki, fiziki-kimyəvi və ya mübadiləli, kimyəvi və bioloji.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin