4.Torpağın buferlik qabiliyyətinin potensialı. Aktivliyin təyin olunma üsulları. Torpağın buferlik kimi çox əhəmiyyətli xassəsi ion mübadiləsi proseslərinə bağlıdır. Torpağın - torpaq məhlulu konsentrasiyasının dəyişkənliyinə qarşı durmaq qabiliyyətinə buferlik xassəsi deyilir. Çox vaxt torpağın buferlik xassəsi adı altında onun yalnız reaksiyasının (pH) qələvi və turş maddələrin təsiri ilə dəyişməsinə qarşı müqavimət göstərmək qabiliyyəti başa düşülür. Eyni zamanda buferlik torpağı inert vəziyyətə gətirir ki, bu da insanın onda əlverişli xassələr yaratmaq istiqamətində gördüyü işlərin səmərəliyini aşağı salır. Məhz buna görə, 1) kimyəvi meliorantların dozası torpağın aktual turşuluğunu və ya qələviliyini dəyişdirməkdən ötrü tələb olunan miqdardan çox olur; 2) torpaqda mütəhərrik mineral qida elementlərinin dəyişdirilməsindən ötrü zəruri gübrə dozasının vahidi (məsələn, 100 q torpaqda 1mq element) hesabi göstəricidən yüksək olur. Torpağın bu cəhəti kimyəvi meliorantların və mineral gübrələrin dozası hesablanarkən nəzərə alınmalıdır. Torpaqda müxtəlif mexanizmlərlə işləyən bufer sistemi vardır. Bu mexanizmlər çox vaxt torpağın bərk fazasının iştirakı olmadan fəaliyyət göstərir. Məsələn, torpağın turş-əsaslı buferliyi torpaq məhlulunda zəif turş, əsas və onların duzlarınadan asılıdır. Müxtəlif bufer sistemlərinin mövcudluğu torpağın buferlik qabiliyyətinin kəmiyyətcə qiymətləndirilməsinə imkan verən praktiki baxımdan rahat göstəricilər sisteminin hazırlanmasında müəyyən çətinliklər törədir.
Mövzu 11: Torpaq kolloidləri, onların tərkibi və xassələri Plan: 1.Torpağın udma qabiliyyəti. Kolloid sisteminin xarakteristikası (dispers sistem, dispers faza və dispers mühit) 2.Mübadiləvi udma tutumu. Kation mübadiləsinin izotermləri. Kation mübadiləsi və adsorbsiyası. 3.Torpaqda mübadilə kationları. Anionların udulması. 4.Torpaq kolloidlərinin əmələ gəlməsi. Aqrotexniki tədbirlərin mübadiləvi kationlarının tərkibinə təsiri.