Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Torpaqla məhlulun qarşılıqlı təsiri zamanı kationların mübadilə reaksiyasının surəti



Yüklə 0,65 Mb.
səhifə80/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   76   77   78   79   80   81   82   83   ...   161
t.kimya, 1,3

3. Torpaqla məhlulun qarşılıqlı təsiri zamanı kationların mübadilə reaksiyasının surəti
Torpaqda sorbsiyanın öyrənilməsinin başlanğıc mərhələlərində belə bir baxış mövcud idi ki, torpaqda sorbsion proseslər çox böyük sürətlə, bir çox hallarda isə bir anın içində baş verir. Ona görə də sorbsion müvazinətin təyin edilməsindən ötrü bir neçə dəqiqə və daha az vaxt tələb olunur. Lakin eksperimental məlumatlar toplandıqca bu nöqteyi-nəzər tədricən dəyişməyə başladı. Məlum olmuşdur ki, sorbsiyaya məruz qalan əksər maddələr üçün sorbsiyanın böyük sürəti qarşılıqlı təsirin yalnız ilk mərhələləri üçün səciyyəvidir. Sonra onlar yavaşıyır, lakin həqiqi müvazinət (to) yaranmır. Burada yalnız zahiri müvazinət yaranır ki, bu zaman sorbsion proseslər yavaş sürətlə davam edir. Həqiqi sorbsion müvazinətin yaranma vaxtı torpağın xassələrindən, sorbsiya olunan cismin təbiətindən, onun konsentrasiyasından və başqa səbəblərdən asılıdır. Ona görə də şərti olaraq söyləmək mümkündür ki, şəraitdən asılı olaraq kation və anionlar üçün həqiqi sorbsion müvazinətin yaranma zamanı müxtəlif üzvi maddələr, o çümlədən humus və pestisidlər üçün bir saatdan bir həftəyə kimi və daha geniş hüdüdlarda dəyişə bilər. Maddələrin torpaq tərəfindən yavaş sorbsiyası mərhələsinin yaranmasının əsas səbəbləri aşağıdakılardır: bir sıra maddələrin sorbsiyasının sürəti molekul və ionların torpaq hissəciklərinin səthindəki humus pərdəsinin daxili diffuziyası, torpaq minerallarının laylararası prosesləri və s. vasitəsilə məhdudlaşdırıla bilər. Sorbsiyanın sürəti sorbsiya olunmuş maddələrin çökdürülməsində iştirak edən torpaq birləşmələrinin (məsələn, gipsin həll olması, fosforu çökdürən kalsium) həllolma sürəti ilə məhdudlaşdıra bilər; Torpaq hissəciklərinin səthində cərəyan edən proseslər, onların transformasiyası ilə nəticələnmirsə, sorbsiya tez qurtarır. Sorbsion proseslərin sürəti haqqında biliklər torpaqdakı mineral qida elementlərinin, pestisidlərin və toksikantların davranışının səciyyələndirilməsindən ötrü zəruridir. Nəzərə almaq lazımdır ki, torpaq nəmliyinin məhdud olduğu təbii şəraitdə sorbsiya proseslərinin sürəti kəskin şəkildə yavaşıyır və sorbsiya olunan maddələrin həllolma proseslərindən müəyyən dərəcədə asılı olur.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin