Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Torpaqda oksidləşmə-reduksiya proseslərinin intensivliyi və istiqamətini müıyyən edən əsas şərait



Yüklə 0,65 Mb.
səhifə84/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   80   81   82   83   84   85   86   87   ...   161
t.kimya, 1,3

3.Torpaqda oksidləşmə-reduksiya proseslərinin intensivliyi və istiqamətini müıyyən edən əsas şərait.

Oksidləşmə-reduksiya proseslərinin intensivliyini və istiqamətini müəyyən edən əsas şərait – torpaqların nəmlik və aerasiya vəziyyəti, onların tərkibində üzvi qalıqların miqdarı və biokimyəvi proseslərin baş verdiyi temperatur şəraitidir. Torpaqda oksidləşmə-reduksiya proseslərinin təzahür etməsi onun genetik xassələrindən və su-hava və temperatur rejimindən asılıdır. Ona görə də müxtəlif torpaqlar oksidləşmə-reduksiya proseslərinin inkişafına görə öz xüsusiyyətləri ilə səciyyələnir. Normal nəmliyə malik podzollu və çimli-podzollu torpaqlarda oksidləşmə-reduksiya potensialı 550-750 mV, qaratorpaqlarda 400-600 mV, boz torpaqlarda 350-450 mV təşkil edir. Ən aşağı potensial uzun müddət su altında saxlanılan düyü sahələrində və bataqlı torpaqlarda müşahidə edilir. Eh göstəricisi 200 mV və daha aşağı düşəndə üzərində tipik qleyəmələgəlmə əlamətləri olan intensiv şəkildə reduksiya prosesləri başlayır. Torpaqlarda OR prosesləri onların tərkib, xassə və su-hava, temperatur və mikrobioloji rejim xüsusiyyətləri ilə əlaqədar olduğundan, əksər torpaq tipləri üçün torpaq profilində OR vəziyyətinin müxtəlifliyi səciyyəvidir. Belə ki, bir çox avtomorf torpaqlar OR potensialının üst humus horizontlarında aşağı göstəricisi və torpaq profili boyunca aşağı doğru tədrici artması ilə səciyyələnir. OR potensialının profilboyu paylanmasının bu tipi oksidləşmə-reduksiya proseslərinin mikrobioloji fəaliyyəti və üzvi maddələrin mikrobioloji amil kimi xüsusi rolu ilə sıx əlaqədardır. Yarımhidromorf torpaqlarda OR potensialının ən aşağı göstəricisi qrunt sularının daim təsiri altında olan aşağı qleyli horizontlar üçün səciyyəvidir. Hidromorf torpaqlar üçün torpaq profilində reduksiya proseslərinin üstünlük təşkil etdiyi OR vəziyyətinin bir qədər heterogenliyi tipikdir. Eyni torpaq horizontunun mikrozonalarında OR vəziyyətinin müxtəlifliyi ayrıayrı sahələrdə mikrobioloji fəallığın, nəmlik və qaz mübadiləsinin müxtəlifliyi ilə əlaqədardır. Hətta humus horizontunda struktur aqreqatların daxilində və xaricində OR vəziyyətinin müxtəlifliyi müşahidə edilmişdir. Su-hava, temperatur və mikrobioloji rejimlərin fəsli dəyişkənliyi torpaqda oksidləşmə-reduksiya proseslərinin dinamikasını, yəni onların oksidləşmə-reduksiya rejimlərini müəyyən edir.


4. Oksidləşmə-reduksiya potensialı və oksidləşmə-reduksiya sisteminin normal potensialı.

Torpaq nəmliyinin, sıxlığın artması, qaysağın əmələ gəlməsi və başqa səbəblərdən aerasiya şəraitinin pisləşməsi oksidləşmə-reduksiya potensialının aşağı düşməsinə gətirib çıxarır. Torpaq havasının atmosfer havası ilə normal qaz mübadiləsinin pozulduğu tam nəmlik tutumuna yaxın nəmliyi olan torpaqlarda potensial daha çox duşur. Torpaq nəmliyi tam nəmlik tutumunun 90% -dən çox olduqda çimli-podzollu torpaqların humus horizontunda (Aək, A1) potensialın kəskin azalması müşahidə edilir. Torpaqda oksidləşmə-reduksiya proseslərinə üzvi maddələrin forma və tərkibi də təsir göstərir. Torpaqların izafi nəmliyi zamanı potansialın aşağı düşməsi yalnız humuslu horizontlarda baş verir. Zülallarla və həll oluna bilən karbohidratlarla zəngin parçalanmamış təzə üzvi maddələr, mikrofloranın həyat fəaliyyəti üçün böyük əhəmiyyət kəsb etməklə yanaşı, izafi nəmlənmiş torpaqlarda reduksiya proseslərinin intensiv inkişafına da yardım edir. Torpağın oksidləşmə-reduksiya (həmçinin başqa mühitlərin) vəziyyətinin kəmiyyətcə səciyyəsi oksidləşmə-reduksiya potensialının təyini əsasında aparılır. Oksidləşmə - reduksiya potensialı torpağın müxtəlif oksidləşmə-reduksiya sistemlərinin həmin anda məcmu effektini əks etdirir. Oksidləşmə-reduksiya (OR) potensialı (Petersə görə) aşağıdakı bərabərliklə səciyyələnir (mV):



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin