Azərbaycan Respublikası Təhsil Nazirliyi Milli iqtisadiyyatın inkişafında turizm sektorunun rolu və bu sektorun dövlət tənzimlənməsi istiqamətləri Murad Şiriyev unec sabah azərbaycan Dövlət İqtisad Universiteti Elmi rəhbər



Yüklə 320,68 Kb.
səhifə19/33
tarix14.03.2022
ölçüsü320,68 Kb.
#53761
1   ...   15   16   17   18   19   20   21   22   ...   33
iriyev-Murad

Bakı-Abşeron turizm bölgəsi. Azərbaycan respublikasının paytaxdı olan Bakı şəhəri dünyanın böyük sənayə şəhərlərindən biri olmaqla yanaşı müasir meqapolisdir. Paytaxda qədim mədəniyyət və ənənələrin mövcud olması turistlərin diqqətini daim çəkmişdir. Əsrlərin tarixi izləri tikili mədəniyyəti ilə şəhərin memarlıq quruluşunda özünü əks etdirmişdir.

Şəhərin, dünyanın ən böyük gölü olan Xəzər sahilində yerləşməsi turizmin inkişafına daha da təkan vermişdir. Abşeron yarımadasında qövsvari yerləşən şəhər öz ərazisində müxtəif tarixi yerləri ilə də məşhurdur.

İçərişəhər- şəhərin görməli və ən maraqlı yerlərindən sayılır. Tarixi görkəmini itirmədən az dəyişikliyə uğruyaraq dövrümüzə gəlib çatmışdır. Nəticə etibarı ilə İçərişəhər açıq səma altında muzey olaraq orta əsrlər memarlığının nadir incisi sayılır. İşərişəhərin, 1988-ci il 27 aprel Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı qərarı ilə üç yüz altımışdan çox abidəsi dövlət tərəfindən mühafizəyə alınmışdır. Bu abidələrə “Şirvanşahlar sarayı” (XII – XV), “Qız qalası” (VI – XII), tarixi hamamlar, məscidər və s. aiddir. Şirvanşahlar sarayı, 1921 -ci ildən muzey kimi fəaliyyət göstərməsinə baxmayaraq 1964 -cü ildən Dövlət tarixi-memarlıq qoruğu adlandırılmışdır. Digər dəyərli memarlıq abidələrindən Mədrəsə Məscidi, Cümə Məscidi, Buxara karvansaralar, Ağa Mikayıl hamamı İşərişəhərdə yerləşir.

YUNESKO-nun xüsusi bülleteninə İçərişəhər kompleksi daxil edilmişdir. Bu bülletendə xüsusi tarixi memarlıq abidələri və qoruqları dərc olunur. Şəhərin memarlıq abidələrindən Muxtarov sarayı (Səadət sarayı), keçmiş şəhər Dumasının binası (İndiki Bakı şəhər İcra hakimiyyəti), Sinematoqraf binası (Dövlət Uşaq Kukla Teatrı), Kirxa binası (Kamera və orqan musiqi zalı) yadda qalan yerləri sayılır.

Sahil boyu qövsvari formada uzanan Bakı Dənizkənarı Parkı rezidentlərin və qeyrirezidentlərin fəal istirahər yeri sayılır. Dəniz Kənarı Parka respublika prezidentinin 1988-ci il fərmanı ilə Milli Park statusu verilmişdir.

Şəhər ətrafında, Abşeron yarımadasının sahil boyu çoxsaylı kurort zonaları yerləşir. Şuvəlan, Bilgəh, Mərdəkan, Buzovna və s. bu kimi yerlər daha çox tanınır və bu yerlərdə turizm mərkəzləri, istiarhət üçün xüsusi tikilmiş evlər, sanatoriyalar, mealicəvi sağlamlıq ocaqları və s. fəaliyyət göstərir. 10 000 -lərlə ölkə vətəndaşları və xarici turistlər hər il bu yerlərdə fəal dicəlmədən yararlanaraq öz sağlamlıqlarını bərpa edirlər. İsti dənizə malik qumlu çimərliklər və Bakının onun ətrafı ilə birlikdə tarixi abidələri turistlərin diqqətini çəkən əsas amillərdir.

Bakıdan 70 km uzaqlıqda yerləşən tarixi abidələrdən biri də Qobustan Dövlət qoruğudur. Burada aşkarlanmış dörd mindən artıq qayaüstü rəsmlərin yaşı on min ildən çoxdur. Paleolit dövrünün sonu Neolit dövrünün əvəllərinə aid olan unikal qayaüstü rəsmlər YUNESKO-nun ümumdünya mədəniyyət və tarixi təbiət abidələri sırasında xüsusi yer tutur. Qədim tarix insanlarda maraq yaratdığından, bu qoruğa hər il minlərlə turist ziyarət edir.

Ölkəyə gələn turistlərin əksəriyyətinin birbaşa Bakı şəhərinə gəlməsi ilə onlar ümumi ölkə səfərlərini dörd istiqamətdə: respublikanın Şimal, Şimal-Qərb, Qərb və Cənub regionlarına səyahətə çıxırlar.




Yüklə 320,68 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin