Azərbaycan Respublikası Təhsil Nazirliyi Milli iqtisadiyyatın inkişafında turizm sektorunun rolu və bu sektorun dövlət tənzimlənməsi istiqamətləri Murad Şiriyev unec sabah azərbaycan Dövlət İqtisad Universiteti Elmi rəhbər



Yüklə 320,68 Kb.
səhifə22/33
tarix14.03.2022
ölçüsü320,68 Kb.
#53761
1   ...   18   19   20   21   22   23   24   25   ...   33
iriyev-Murad

Şəki-Zaqatala turizm bölgəsi. Böyük Qafqaz dağlarının ətəyində, Bakıdan şimal-qərb istiqamətindən 330 km məsafədə Qəbələ şəhəri yerləşir.

Rayon ərazində mövcyd olan tarixi və mədəniyyət abidələri qrounaraqa dövrümüzə gəlib çıxmışdır. Bu abidələrdən “Şeyx Bədrəddin” türbəsini, “Şeyx Mansur” türbəsini, Yaloylu təpə adlandırılan ərazidəki abidələri misal göstərmək olar.

Rayon mərkəzindən on beş kilometr aralıda, Corlu çay ilə Qaraçay arasında yerləşən tarixi Qəbələ xarabalıqları, bu əraziyə ekurskursiya zamanı turistlərin diqqətini çəkir. Turistlər qalalarda dövrümüzə gəlib çatmış qədim divarları və müxtəlif tarixi izləri görə bilərlər.

Şəhərin tarixi keçmişi çox böyükdür və 1900 ildən artıq bir müddətdə mövcud olmuş və fəaliyyət göstərmişdir. Hündürlüyü 4466 m olan ölkənin ən hündür zirvəsi Bazardüzü şəhərdən yaxşı görsənir. Şəhər ətrafında dörd yüz nəfərdən ibarət “Qafqaz turist bazası”, bir qədər uzaqda isə uşaq idman-sağlamlıq düşərgəsi, pansionat, habelə “Qəbələ” və “Sahil” turizm istirahət zonaları fəaliyyət göstərir.

Buraya ekurskursiya edən turistlər rayon mərkəzi ilə tanış olduqdan sonra rayonun digər görməli mənzərəli yerlərinə: Göy və Gülburun dağlarını arasında gözəl mənzərəsi ilə insanları valeh edən Nohur gölünə, hündürlüyü 50 m olan Mıçax şəlaləsinə, Kamervan kəndindəki isti kükürdlü, Enginca kəndindəki soyuq kükürdlü ərazilərə səfər edirlər. Rayonun flora və faunası ekurskursiya edən turistlər üçün olduqaca maraq kəsb edir. “Dağ turbazası” adlanırılan yerləşmə vasitəsi buranın təbiət qoynunda istirahət etmək ilə yanaşı turistlərə ov da təşkil edir.

Qəbələdən 70 km aralıda, Respublikanın şimal-qərbində, yaşı 2500 dən artıq olan Şəki şəhəri yerləşir. Xan Yaylağı dağının ətəklərində yerləşən şəhər, təbiətinin gözəlliyi, xüsusi memarlıq üslublu tarixi abidələri və müxtəlif xalçaları ilə məşhurdur.

Burada “Ləzgi”, “İsfahan” və “Təbriz” karvansaraları, mehmanxanalar və şərq tipli yaşayış evləri qorunub saxlanmışdır. Şəkinin çoxsaylı görməli yerləri mövcuddur. Bu yerlər sırasında “Şəki Xan sarayı”, “Aşağı Karvansara”, “Yuxarı Karvansara”, “Gələsən Görəsən qalası”, “Cümə məscidi” xüsusui yer tutur.

Şəki şəhərində “Marxal”, “Gələsən görəsən” və “Səadət” istiarhət zonaları, “Şəki” və “Karvansara” otelləri, “Soyuq bulaq” turist bazası, “Neftyağ” və “Sahil” pansionatları turistlərə xidmət göstərir. Şəhər səyahətlər və ekskursiyalar bürosu, Şəkinin və onun ətarfının görməli maraqlı yerlərinə ekskursiyalar təşkil edir.

34 km Şəki şəhərindən şimal-qərb istiqamətində çoxlu tarixi abidələri, qala və müdafiə tikililərinin mövcud olduğu Qax şəhəri yerləşir. Buranın görməli yerlərindən “Sumuq-Qala”, “Qala-Məscid”, Kurmux çayı üzərində tarixi körpü, Kum kəndinin ərazisində yerləşən məbəd, Ləkit kənd yaxınlığında məbəd tikililər kompleksi, “Sırt-qala qəsri” dövrümüzə qədər qorunub saxlanmışdır. İlisu yaxınlığında çıxan isti kükürdlü sudan müalicə vasitəsi kimi istifadə olunur və burada “Şəfa” və “İlisu” pansionatlar fəaliyyət göstərir.

Böyük Qafqaz dağlarının cənub ətəklərində, 543 m dəniz səviyyəsindən yüksəklikdə və 30 km Qax şəhərindən aralıda bölgənin ikinci ən böyük şəhəri Zaqatala yerləşir. Mənzərəli təbiətə və əlverişli iqlimə malik Zaqatala şəhərində dağ-iqlim kurortu mövcuddur. Burada “Dostluq” düşərgəsi, “Gülüstan” turist bazası və “Tala” pansionat fəaliyyət göstərir. Şəhərin səyahətlər və ekskursiyalar bürosunun buraya maraqlı ekskursiyaların təşkil edilməsində rolu böyükdür. Bu rayon da özünün qədim tarixi abidələri ilə buraya ziyarət edən turistlərin diqqətini çəkir. “Əliabad” və “Mosul” məscidləri, “Yuxarı Çardaxlar” qalası, Kəbloba kəndi yaxınlığında 2 qüllə, “Cangöz” qalası və “Şeytan” qala kimi abidələr ekskursiyalar zamanı turistlərin görmək istədikləri yerlər sayılır.




Yüklə 320,68 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin