Azərbaycan Respublikası Təhsil Nazirliyi Milli iqtisadiyyatın inkişafında turizm sektorunun rolu və bu sektorun dövlət tənzimlənməsi istiqamətləri Murad Şiriyev unec sabah azərbaycan Dövlət İqtisad Universiteti Elmi rəhbər



Yüklə 320,68 Kb.
səhifə24/33
tarix14.03.2022
ölçüsü320,68 Kb.
#53761
1   ...   20   21   22   23   24   25   26   27   ...   33
iriyev-Murad

Lənkəran-Astara turizm bölgəsi. Gözəl təbiəti və tarixi abidələri ilə məşhur olan iqtisadi rayon, yerli əhalinin və gəlmə turistlərin marağına səbəb olur. Subtrobik zonada yerləşən region zəngin floraya malikdir. Bu turizm bölgəsində çoxlu mineral bulaqlar da mövcuddur. Ölkə əhalisinin və gəlmə əhalinin sevimli istiarhət yerlərindən biri olaraq Lənkəran-Astara turizm bölgəsi xüsusi ilə fərqlənir. Lənkəranda Müşəsu bulağı əsasında sağlamlıq zonası və və pansionat yaradılmışdır. Masallıda “Türkan”, “Rasim”, “Daşvənd” motelləri, “İstisu” pansionatı və “Masallı” oteli, Lənkəranda “Xanbulançay” istirahət zonası, Astarada “İstisu” sağlamlıq kurortu fəaliyyət göstərir.

Turizm bölgəsində, Bakı-Astara magistral yolu üzərində yerləşən və qədim məscidləri və hamamları qorunaraq dövrümüzə gəlib çatan Masallı şəhəri yerləşir. Rayonun ən çox turist qəbul edən yeri Ərkivan kəndidir. Burada yerləşən İstisu mineral su mənbəyi çoxsaylı istirahət etməyi sevvənləri və revmatizm xəstəliyinə tutulanları özünə cəlb edir. Rayonun digər görməli yerləri kimi Qızılavar, Boradigah, Ərkivan və Şərəf kəndlərindəki tarixi abidələr və məscidlər buraya gələn yerli əhalinin və turislərin görmək istədiyi yerlərdəndir.

350 km Bakı şəhərindən cənubda, bu turizm bölgəsinin ən böyük şəhəri olan Lənkəran şəhəri yerləşir.

Lənkaran qalası (XVII) qədib abidərə sırasında turistlərin diqqətini çəkir. Rayonun istirahət etməli və görməli yerləri kimi Hacı Mirzə və Hacı Qurban hamamları, sahilboyu kurort zonaları, Sutamurdov, Aşağı Nüvədi, Şağlaküçə və Seydekaran kəndlərində tikilmiş məscidlər turistlərin diqqətini çəkir.

Lənkərandan cənubda, İran İslam respublikası ilə sərhəddə Astara şəhəri yerləşir. Rayonun zəngin flora və faunasının olması və onların əksəriyyətinin “Hirkan” qoruğunda qorunması turistlərin diqqətini cəlb edir. Rayonun digər görməli, dincəlməli və gəzməli yerləri kimi “Hacı Canbaxış” və “Hacı Teymur” məscidləri, “Kərbəlayı Həmid Abdullah” hamamı, “Məşədi Abutalıb” hamamı, yeni tikilmiş dəniz kənarı “Astara şəhər Bulvarı” seçilir.

Lənkəran şəhərindən qərb istiqamətində, turistlərin və yerli əahlinin əsas diqqətini uzunömürlülər diyarı kimi özünə cəlb edən Lerik şəhəri yerləşir. 150 il yaşamış Mahmud Eyvazov və 165 il yaşamış dünyanın ən uzun ömürlü insanı Şirəli Müslümov Lerik rayonunda doğulmuş və yaşamışdır. Rayon ərazisinə səfər edənlərin görmək isdədikləri və dincəlmək isdədiyi yerlər kimi “Uzunömürlülər” muzeyi, “Qoca Seyid” türbəsi, “Zuvan çökəkliyi”, Ulekaran kəndindəki məscidi qeyd etmək olar. Bunlarla yanaşı rayon ərazisində Lerik-Lənkəran magisral yolu üzərində çoxsaylı kurort zonaları mövcuddur. İl boyu regionda əksər turistləri özünə cəlb edən və sahəsinə görə ən böyük turizm və istirahət mərkəzi kimi “Relaks” turizm və istirahət mərkəzi ön sıradadır. Təbiət qoynunda istirahət etməyi sevənlərə digər kurort mərkəzləri kimi “Cənub”, “Meşəbəyi”, “Təbəssüm” və s. xidmət göstərir.

Lənkəran rayon səyahətlər və ekskursiyalar bürosu, regionun təbiəti və tarixi abidələri ilə tanışlıq məqsədi üçün turistlərər maraqlı səyahətlər və ekskursiyalar təşkil edirlər.


Yüklə 320,68 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin