Azərbaycan Respublikası Təhsil Nazirliyi Milli iqtisadiyyatın inkişafında turizm sektorunun rolu və bu sektorun dövlət tənzimlənməsi istiqamətləri Murad Şiriyev unec sabah azərbaycan Dövlət İqtisad Universiteti Elmi rəhbər



Yüklə 320,68 Kb.
səhifə23/33
tarix14.03.2022
ölçüsü320,68 Kb.
#53761
1   ...   19   20   21   22   23   24   25   26   ...   33
iriyev-Murad

Quba-Xaçmaz turizm bölgəsi. 165 km Bakı şəhərindən aralıda, respublikanın şimal-şərqində, təbiət gözəlliklərinə görə ölkənin ən mənzərəli şəhərlərindən biri Quba şəhəri yerləşir. Rayonun çoxsaylı tarixi memarlıq abidələri mövcuddur. Ən çox göməli yerlər kimi “Səkkiz guşə türbə”, “Cümə məscidi”, “Səkinə xaım məscidi”, Köhnə tikili yaşayış binaları, Xınalıq kəndində yerləşən “Atəşgah”, “Hamam”və s. turistlərin böyük maraqlarına səbəb olur.

Rayona gələn turistlər gözəl mənzərəsi olan “Qəçrəş” ərazisinə, Afruca şəlaləsinə, Sühyub kəndində yerləşən Pirbənövşə mağarasına və başqa digər maraqlı yerlərə təşkil edilən ekskursiyalardan istifadə edirlər. Burada turistlərə xidmət göstərmək üçün, şəhər ekskursiya bürosu, “Menecer” oteli və xarici investorların hesabına tikilən “Lonq Forest” turist bazası fəaliyyət göstərir. Rayonun Xınalıq kəndi də özünəməxsus adət-ənənləri, mədəniyyəti, dili və məişəti ilə turistlərin diqqətini çəkir.

12 km Qubadan şimalda Qusar rayonu yerləşir. Rayonun görməli yerlərindən “Şeyx Cüneyd məqbərəsi” turistlərin xüsusi diqqətini çəkir. Gözəl təbiətə və iqlimə malik olan rayonda dağ kurortunun inkişafı turistlərə dincəlmələri üçün şərait yaradır. Burada “Uzun meşə” və “Qara bulaq” pansionatları fəaliyyət göstərir. Dəniz səviyyəsindən 1750 m yüksəkdə, Qusarçayın sağ sahilində “Suvar” istirahət bazası yerləşir və təbiət qoynunda istirahəti sevənlərə xidmət göstərir.

Qusardan şərq istiqamətdə Xaçmaz şəhəri yerləşir. Buranın görməli yerlərinə Samur-Dəvəçi ovalığının gözəl mənzərəli yerləri, “Şeyx Yusif məqbərəsi”, Şıxlar kəndi yaxınlığında 6 bucaqlı türbə, “Xudat qalası” indiyə kimi qorunub saxlanmış və turistlərin marağını çəkimşdir.

Rayonun şimal hissəsində, Yalama -Nabran zonasında çimərliklər yerləşir. Bura Xəzər dənizi sahillərində ən mənzərəli ərazilərindən biridir. Zonanın təbii-iqlim şəraiti və gözəl mənzərəsi buranın yerli vətəndaşlar və turistlər üçün fəal istirahət zonnasına çevrilməsinə səbəb olmuşdur. Azərbaycan Həmkarlar İttifaqının tabeçiliyində olan, Cənubi Qafqazın ən böyük turbazaları sayılan və hər biri eyni zamanda 600 dən çox turist qəbul edə bilən “Dostluq” və “Xəzər” turbazaları burada yerləşir. Bazaların arasında “Şahdağ” istirahət evi yerləşir. Turistlərin buraya sürətli axını Yalama-Nabran sahil zonazında turizm məqsədli çoxsaylı obyektlər tikilmişdir. Onlardan “Palermo”, “İsti su”, “Malibu”, “Palma”, “Elvin”, “Seyidli”, “Şəms”, “Nabran” və başqalarını qeyd etmək olar.

Bu regionun turistərin diqqətini çəkəcək əsas sətkarlıq sahələrindən biri də xalçaçılıqdır. 1772 -ci ildə toxunmuş, xüsusi tikiliş üslubu ilı fərqlənən “Qoldu Çiçi” xalısı Nyu-Yorkda yerləşən “Metropoliten” incəsənət muzeyində qorunub saxlanılır.

Regionun Dəvəçi rayon ərazisində turistlərin diqqətini çəkəcək tarixi-memarlıq abidələri çoxdur. Rayonun Şahnəzərli kəndində orta əsrlər abidəsi, Sadan kəndində isə “Dindar qalaçasının” qalıqları, Padar kəndi ərazisində qədim “Gülüstani-İrəm” şəhərinin tarixi izləri qorunaraq saxlanılır. Burada balıqçılıq və ovçuğu sevən turistlərə Ağzıbirçala limanı xidmət göstərir. Böyük Qafqazın ətəyində 370 yerə malik və il boyu 120 yerindən aktiv fəal istifadə olunan uroloji sanatoriya mərkəzi kimi “Qalaaltı” mineral su mənbəyi fəaliyyət göstərir.

1200 m dəniz səviyyəsindən yüksəklikdə yerləşən dağın zirvəsində “Çıraqqalanın” qalıqları qorunub saxlanılır. Çoxsaylı yerli əhali və turistlər bu yerləri görmək və sanatoriyada müalicə olunmaq üçün regiona ekskuriya edirlər.




Yüklə 320,68 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin