Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti



Yüklə 105,73 Kb.
səhifə3/3
tarix28.12.2021
ölçüsü105,73 Kb.
#48208
1   2   3
Audit Bağırov süleyman

Auditdə maliyyə təhlili

Müəssisənin müstəqilliyi, onların iqtisadi və hüquqi məsuliyyəti artdığından müəssisənin maliyyə vəziyyətinin, maliyyə resurslarının vəziyyətinin rolu daim yüksəlməkdədir. Bu cür təhlilin nəticələri ilk olaraq mülkiyyətçilər, kreditorlar, investorlar, malsatanlar, vergi orqanları üçün vacib sayılır. Maliyyə təhlilinin məqsədi yalnız müəssisə balansının likvidliyinin, mənfəətliliyinin, onun aktivlərinin və əmələgəlmə mənbələrinin qiymətləndirilməsindən ibarət deyil, o cümlədən bu göstəricilərin yaxşılaşdırılmasına dair tədbirlər planının hazırlanmasından ibarətdir. Müəssisənin maliyyə əmsallarının təhlili bu cür işlərin hansı istiqamətdə aparmaq lazım olduğunu təyin etməyə imkan verir.Maliyyə təhlillində istifadə olunan əsas texniklər aşağıdakılardır:

– Nisbət təhlili

– Hesabatların qarşılaşdırılması ilə təhlil 

Şaquli təhlil

– Trend təhlili

1. Nisbət təhlili. Maliyyə hesabatlarının nisbətlərlə təhlili “Balans hesabatı” və “Mənfəət və Zərər hesabat”larındakı elementlərin bir-birinə bölünməsi yolu ilə aparılır. Bu üsulla bir çox nisbət hesabalamaq mümkündür, ancaq anlamlı, başa düşülən nisbətləri hesablamaq lazımdır. Bundan əlavə başa düşülən nisbətlərin hesablanması da yetərli deyil. Əsas önəmli olan bu nisbətlərin hesablanmasından sonra onlar üzərində təhlilin aparılması, fikir yürüdülməsidir. Nisbətlər aşağıdakı kimi təsnifləşdirilir:

a) Likvidlik əmsalları (Liquidity ratios)

b) Maliyyə strukturu ilə əlaqəli əmsallar (Solvency ratios)

c) Fəaliyyət əmsalları (Activity ratios)

d) Mənfəətlilik əmsalları (Profitability ratios)

1.  a) Likvidlik əmsalları (Liquidity ratios)

 Likvidlik əmsalları – müəssisənin qısa müddətli borclarını ödəmə gücünü ölçmək üçün hesablanır. Likvidlik əmsallarının hesablanmasında əsas məqsədlərdən biri müəssisənin işlək kapitalının yetərli olub olmamağıdır. Hər hansı bir müəssisənin likvidlik əmsalının yüksək olması həmin müəssisə tərəfindən qısa müddətli borcların ödənilməsində heç bir problem olmayacağını göstərir. Əsasən müəssisələrin qarşılaşdığı problemlərin çox hissəsini likvidlik yetərsizliyi təşkil edir. Likvidlik əmsallarının həddən artıq böyük olması da müəssisə tərəfindən yaxşı qarşılanmaya bilər. Nisbətlərin yüksək olması əsas vəsaitlərdən istifadə olunmamasına gətirib çıxardır.Likvidlik əmsalları aşağıdakılardır:

Cari əmsal – Dövriyyə vəsaitlərinin qısamüddətli öhdəliklərə bölünməsiylə hesablanır.

Cari əmsal = Dövriyyə vəsaitləri / Qısa müddətli öhdəliklər

Current ratio = Current assets / Current liabilities

Likvidlik əmsalı – Dövriyyə vəsaitlərindən hazır məhsul çıxıldıqdan sonra yerdə qalan məbləğin qısamüddətli öhdəliklərə bölünməsiylə hesablanır.

Likvidlik əmsalı = (Dövriyyə vəsaitləri – Hazır məhsul) / Qısa müddətli öhdəliklər

Quick ratio = (Current assets – ınventories) / Current liabilities

Nağd pul əmsalı – Pul və pul ekvivalentlərinin qısamüddətli borclara bölünməsiylə hesablanır.

Nağd pul əmsalı = Nağd pul / Qısa müddətli öhdəliklər

Cash ratio = Cash / Current liabilities

1.  b) Maliyyə strukturu ilə əlaqəli əmsallar (Solvency ratios)

Müəssisənin sahib olduğu aktivlər kapitalla və öhdəliklərlə maliyyələşdirilir. Maliyyə strukturu elə bir şəkildə qurulmalıdır ki, dövriyyə vəsaitləri qısamüddətli borclarla, əsas vəsaitləri isə uzunmüddətli borclar və kapitalla uyğunlaşsın. Əsas məqsədlərdən biri müəssisənin borclarının nə qədər hissəsinin qısamüddətli, nə qədər hissəsinin isə uzunmüddətli olmasıdırMaliyyə strukturu ilə əlaqəli əmsallar aşağıdakılardır:

Borclanma əmsalı – müəssisənin aktivlərinin neçə faizinin borclarla maliyyələşdiril-məsini göstərir. Müəssisəyə borc verən kreditorlara bu əmsalın aşağı olması daha uyğundur.

1. c) Fəaliyyət əmsalları (Activity ratios)

Bu əmsalları hesablayarkən həm “Balans hesabatı”, həm də “Mənfəət və Zərər” hesabatının elementlərindən istifadə edilir. Fəaliyyət əmsallarını aşağıdakı kimi təsnifləşdirə bilərik:Hazır məhsulun dövriyyəliliyi– müəssisənin hazır məhsulunun pula çevrilmə sürətini və neçə dəfə yeniləndiyini göstərir. Bu əmsalın keçmiş illərə nisbətən yüksək olması məqsədəuyğundur.Bu onu göstərir ki, müəssisə hazır məhsulu tez pula çevirir, satış həcmini genişləndirir və mənfəət əldə edir, əks halda isə, əmsal aşağı olarsa, müəssisə hazır məhsulunu pula çevirə bilməkdə əziyyət çəkir.Hazır məhsulun dövriyyəliliyi = Satılan malın maliyeti / Hazır məhsulun ədədi. Hazır məhsulun satılma vaxtı – hesabat dövrü ərzində ehtiyatların neçə gün içərisində satıldığını göstərir.

1. d) Mənfəətlik əmsalları (Profitability ratios)

Müəssisənin mənfəətlilik əmsalını hesablamaq üçün aşağıdakı əmsallardan istifadə edilir:Xalis mənfəət marjası – bir vahid gəlirə düşən xalis mənfəəti özündə əks etdirir və xalis mənfəətin gəlirə nisbəti ilə hesablanır.Müəssisənin iki və ya ikidən çox ilə uyğun hazırlanmış maliyyə hesabatlarının faizlərlə artım və ya azalmasını əks etdirir.Hesabanarkən ikinci ilin məlumatlarından birinci ilin məlumatları çıxılır, yerdə qalan məbləğ isə birinci ilin məlumatlarına bölünür.

3. Şaquli Təhlil. Hər hansı bir müəssisənin maliyyə hesabatlarındakı elementlərinin öz qrupları daxilində faiz nisbətini əks etdirir.Hesablanarkən məbləğ 100-ə vurulur və qrupun məbləğinə bölünür.

4. Trend təhlili. Digər təhlil metodlarından fərqli olaraq trend analizində müəssisənin 4 və ya 5 ildən artıq dövrünü əhatə edən maliyyə hesabatlarının elementlərinin birinci ilə nəzərən artım və ya azalması əks etdirilir.



 

Ədəbiyyat siyahısı

  1. İbad Abbasov. Audit. Dərslik. Bakı Biznes Universitetinin nəşriyyatı, Bakı, 530 səh., 2007.

  2. Əliquliyev R.M., İmamverdiyev Y.N. Rəqəm imzası texnologiyası, Bakı, Elm, 2003. – 132 с.

  3. Ə.A.Sadıqov, R.P.Rüstəmov - Mühasibat uçotu. I hissə. Bakı, 1993. 

  4. Ə.A.Sadıqov,R.P.Rüstəmov - Mühasibat uçotu. II hissə. Bakı, 1994. 




Yüklə 105,73 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin