Azərbaycan Respublikası


Yaşayış yerini dəyişməklə və ya pensiyaçının vəfatı ilə əlaqədar pensiya işlərinin qeydiyyatdan çıxarılması və qəbul edilməsi



Yüklə 1,23 Mb.
səhifə31/41
tarix28.12.2021
ölçüsü1,23 Mb.
#17004
növüQaydalar
1   ...   27   28   29   30   31   32   33   34   ...   41
4.4. Yaşayış yerini dəyişməklə və ya pensiyaçının vəfatı ilə əlaqədar pensiya işlərinin qeydiyyatdan çıxarılması və qəbul edilməsi
4.4.1. Pensiyaçı yeni yaşayış yerinə köçməsi ilə əlaqədar Pensiyaçının uçot vərəqinin qeydiyyatdan çıxarılması haqqında uçotda olduğu şöbəyə ərizə verir. Pensiyaçıya köçdüyü ay da daxil olmaqla pensiya ödənilir, Pensiyaçının uçot vərəqinə və şəxsi hesaba pensiyanın ödənildiyi tarix və pensiyadan tutulma (əgər varsa) haqqında qeydlər edilir.

4.4.2. Pensiyaçının uçot vərəqinin hərəkətdən çıxarılması üçün ərizəyə 5 gün müddətində baxılır.

Uçotdan çıxarılma şöbə müdirinin sərəncamı əsasında aparılır. Sərəncam şöbə müdiri, Pensiya təyinatı sektorunun müdiri və Maliyyə-uçot sektorunun müdiri-baş mühasib tərəfindən imzalanıb möhürlə təsdiq edilir. Həmin gün şəxsi hesab bağlanılaraq pensiya ödənişinin dayandırılması haqqında ödəniş müəssisəsinə məlumat verilir.

4.4.3. Pensiyaçının vəfat etməsi ilə əlaqədar pensiyaçının uçot vərəqinin və şəxsi hesabının hərəkətdən çıxarılması hər ayın birinci həftəsində şəhər və rayon vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlardan şöbə müdirinin müvafiq əmri ilə təhkim edilmiş aparıcı məsləhətçi-nəzarətçi mühasib tərəfindən alınan məlumatlar üzrə Pensiya təyinatı sektorunun məsləhətçiləri və Maliyyə-uçot sektorunun məsləhətçi-mühasibləri tərəfindən aparılır.

4.4.4. Uçota götürülmə pensiyaçının yeni yaşayış yerinə əvvəlki yaşayış yerindən köçməsi göstərilməklə ərizəsinə əsasən aparılır. Bu zaman pensiyaçı yeni yaşayış yerində yaşadığını təsdiq edən sənədləri təqdim edir (şəxsiyyət vəsiqəsi, faktiki yaşayış yerindən arayış və s.).

Pensiyaçının köçənə qədər uçotda olduğu şöbədən pensiyaçının pensiya işinin və uçot vərəqinin alınması üçün ərizənin verildiyi tarixdən 3 gün müddətində sorğu göndərilir.

Sorğunun göndərildiyi şöbənin müdiri sorğunu aldıqdan sonra 5 gündən gec olmamaqla pensiya işinin, pensiyaçının uçot vərəqinin və pensiyadan tutulma (əgər varsa) haqqında icra vərəqinin göndərilməsini təmin edir. Göndərilmə məktubunun surəti sifarişli poçt qəbzi ilə birlikdə şöbədə saxlanılır. İcra vərəqinin göndərilməsi haqqında əlaqədar şəxslərə və orqanlara məlumat verilir.

4.4.5. Pensiyanın ödənilməsinin yeni yaşayış yeri üzrə bərpası pensiyaçının uçot vərəqi alındıqdan sonra şöbə müdirinin sərəncamı əsasında əvvəlki yaşayış yerində pensiyanın dayandırıldığı tarixdən aparılır.

Pensiyaçının uçot vərəqinin göndərilməsinə dair daxil olan sorğular, göndərilən pensiyaçının uçot vərəqinin qeydiyyatı şöbənin kargüzarlıq işləri ilə məşğul olan şəxs tərəfindən ayrıca jurnalda aparılır. Bununla əlaqədar yazışmalar ayrıca qovluqda saxlanılır. Bu sənədləşmənin aparılmasına Pensiya təyinatı sektorunun müdiri nəzarət edir.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin