“Güzəştlə hesablanan iş (sosial sığorta) stajının müddəti” adlı 5-ci qrafada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qüzəştlər tətbiq edilməklə hesablanan dövr göstərilir. 6-cı qrafada həmin iş dövrünün davamiyyəti üçün hesablanılmış əmsal göstərilir.
“Qeydlər“ adlı 7-ci qrafada “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş güzəştli əmək pensiyası hüququ verən Siyahı, onun bölməsi və yarımbölməsi göstərilir.
4-cü bölmənin “Əmək kitabçası üzrə cəmi“ adlı qrafasında ümumi iş (sosial sığorta) stajının davamiyyəti göstərilir, bu zaman 5-ci qrafada olan ümumi məlumatın nəticəsinə hər bir işdən azad edilmə gününə görə 1 gün əlavə olunur.
2.2.3. “Ərizəcinin (vəfat etmiş ailə başçısının) sənədlər üzrə ümumi iş (sosial sığorta) stajı“ adlı 3-cü bölmədə stajın müəyyən edilməsi üçün əsas olan sənədlərin adı, nömrəsi və verildiyi tarix göstərilir. Hər bir sənəd üzrə ümumi iş (sosial sığorta) stajının davamiyyəti müəyyən olunur. Bu məlumat “Digər sənədlər üzrə cəmi“ sətrində göstərilmişdir. Digər təqdim olunan sənədlər mövcud məhdudiyyətlərlə təsdiq olunarsa, bu zaman “Digər sənədlər üzrə cəmi“ sətrində heç nə yazılmır və əmsal qrafasında həmin dövr əmək fəaliyyətinin məhdudlaşdirilmasının zəruriliyi haqqında qeyd edilir və axırıncı nəticə 4-cü bölmədə qöstərilir.
Həmin bölmədə nömrələrin düzülüşü əmək kitabçasındakı nömrələnmə üzrə aparılır.
2.2.4. “İş (sosial sığorta) stajının hesablanması cədvəli“ adlı 4-cü bölmədə işçinin bütün növ iş stajının davamiyyəti müəyyən olunur.
2.3. “Sığortaolunanın ümumi iş (sığorta stajı) barədə Məlumat” sığortaedənin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin sədri tərəfindən imzalanır və sığortaedənin möhürü ilə təsdiq olunur.
2.4. Ərizəçi “Sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə Məlumat” hazır olduqdan sonra onunla tanış olaraq “Sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə Məlumat”ı imzalayır və tanış olma tarixi göstərilir.
|
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 2 nömrəli əlavə
Dövlət Sosial Müdafiə Fondunun _________________________ şöbəsinə
rayon, şəhər
Sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə
MƏLUMAT
“_______”________________________20 il №___________________
_____________________________________________________________________________
sığortaedənin adı
_____________________________________________________________________________
Ünvanı ______________________________________________________________________
_____________________________________________________________________________
Telefonlar: rəhbərlik______________________ mühasib____________________________
Müdiriyyət (idarə heyəti), Həmkarlar ittifaqı komitəsi ilə birlikdə
_____________________________________________________________________ünvanda
yaşayan sığortaolunan _______________________________________________________
Yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyasının (lazım
olmayanları silməli) təyin edilməsi üçün hazırlanmışdır.
əlilliyin müəyyən edilməsi (əmələ gəlməsi tarixi)_________________________________
ailə başçısının itirilməsi________________________________________________________
-
Vəfat etmiş ailə başçısının himayəsində olan əmək qabiliyyətsiz ailə üzvləri
|