Azərbaycan Respublikası


Əmək pensiyasının təyin olunması üçün ərizələrin qeydiyyata alınması



Yüklə 1,23 Mb.
səhifə29/41
tarix28.12.2021
ölçüsü1,23 Mb.
#17004
növüQaydalar
1   ...   25   26   27   28   29   30   31   32   ...   41
4.2. Əmək pensiyasının təyin olunması üçün ərizələrin qeydiyyata alınması
4.2.1. Pensiyaların təyin olunması barədə və ya bir pensiya növündən digər pensiya növünə keçirilmə haqqında ərizələr zəruri sənədlərlə birlikdə şöbəyə daxil olduğu gün kargüzarlıq işləri ilə məşğul olan şəxs tərəfindən pensiya təyin olunması üçün ərizələrin qeydiyyatı jurnalında (5 nömrəli əlavə) qeydiyyatdan keçirilir.

Jurnalın qrafalarında daxil olan müraciətlərin sıra nömrəsi, ərizələrin şöbəyə daxil olma tarixi, təqdim olunan sənədlərin adları, sənədlərin verilmə tarixi və nömrəsi, ərizəçinin soyadı, adı, atasının adı, ərizənin qısa məzmunu, icraçı məsləhətçinin soyadı, adı, atasının adı və qəbul edən şəxsin imzası qeyd edilir.

4.2.2. Ərizə və digər sənədlər poçtla göndərildikdə, jurnalın daxil olma tarixi qrafasında “poçtla göndərilmişdir” ifadəsi əlavə edilir və şöbəyə daxil olma tarixi ərizəçinin müraciət tarixi hesab olunur.

4.2.3. Tibbi-sosial ekspert komissiyası tərəfindən əlillik müəyyən edilməsi barədə tibbi ekspertiza sənədləri bilavasitə TSEK-dən rəsmi qaydada qəbul edilir və kargüzarlıq işləri ilə məşğul olan şəxs tərəfindən jurnalda qeydiyyatdan keçirilir.

4.2.4. Şöbəyə daxil olan ərizə və ona əlavə edilmiş sənədlər qeydiyyata alındığı gün ərizənin qəbul edilməsi barədə kəsmə xətti ərizəçiyə təqdim edilir. Ərizə və ona əlavə edilmiş sənədlər şöbə müdirinin dərkənarına əsasən dərhal Pensiya təyinatı sektorunun müdirinə təqdim edilir, sektor müdiri sənədlərlə tanış olduqdan sonra ərizəni komissiyanın qərarlarının qeydiyyatı jurnalında (6 nömrəli əlavə) şöbəyə daxil olduğu tarix göstərilməklə qeydiyyata alır və sənədləri qərar layihəsini hazırlamaq üçün Pensiya təyinatı sektorunun sahə məsləhətçisinə verir.

4.2.5. Komissiyanın qərarlarının qeydiyyatı jurnalının qrafalarında daxil olan müraciətlərin sıra nömrəsi, ərizənin daxil olduğu tarix, ərizəçinin soyadı, adı, atasının adı, ərizənin məzmunu, pensiya təyin edən komissiyanın qərarının tarixi, qərarın məzmunu, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı, pensiyanın ümumi məbləği, çatışmayan sənədlərin siyahısının sığortaolunana aktla təhvil verilməsi, yaxud poçtla onun ünvanına göndərilməsi və pensiya vəsiqəsinin verilməsi haqqında qeydlər əks edilir.

4.2.6. Pensiya təyinatı sektorunun məsləhətçisi ərizə və ona əlavə olunmuş sənədlərin surətlərini (şəxsiyyət vəsiqəsinin, işləməyənlərin əmək kitabçasının, hərbi biletin, nıkah, doğum və ölum haqqında şəhadətnamələrini və s. notarial qaydada təsdiq olunmuş surətləri əsli ilə birlikdə təqdim olunur) əsli ilə üzləşdirir.

Pensiyanın təyin olunması üçün çatışmayan sənədlər aşkarlanarsa, həmin sənədlərin siyahısı tərtib olunur və bu siyahı iki nüsxədən ibarət tərtib olunmuş aktla (7 nömrəli əlavə) ərizəçiyə təhvil verilir. Aktın digər nüsxəsi pensiya işinə əlavə olunur.

Çatışmayan sənədlərin siyahısının aktla təhvil verilməsi mümkün olmadıqda, siyahı sifarişli poçt vasitəsilə ərizəçinin ünvanına göndərilir və bu barədə poçt qəbzi pensiya işinə əlavə olunur.

4.2.7. Pensiya təyinatı sektorunun məsləhətçisi zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir.

4.2.8. Ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan hər bir əlavə sənəd ərizə ilə birlikdə şöbəyə daxil olduğu tarix göstərilməklə bu Qaydaların 4.2.1-ci yarımbəndində göstərilən qaydada qeydiyyatdan keçirilir və şöbə müdirinin dərkənarına əsasən icra üçün 4.2.4-cü yarımbəndində göstərilən qaydada Pensiya təyinatı sektorunun müdirinə və Pensiya təyinatı sektorunun məsləhətçisinə verilir.

4.2.9. Pensiyanın təyin olunması üçün tələb edilən sənədlər təqdim edildikdən sonra Pensiya təyinatı sektorunun məsləhətçisi 2 gün müddətinə komissiyanın qərar layihəsini hazırlayaraq komissiya üzvlərinə təqdim edir.



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin