İŞİN HALLARI:
İddiaçı Şəkərov Qədir Muxtar oğlu cavabdeh Şükürov Qaşqay Fərzulla oğluna qarşı
“Yol-nəqliyyat hadisəsi nəticəsində sağlamılğa vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə”
dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Şükürov Qaşqay
Fərzulla oğlundan sağlamlığına vurulmuş xəsarət nəticəsində itirdiyi qazancın əvəzinə görə, 16
may 2013-cü il tarixdən, hər ay 500 (beş yüz) manat, sağlamlığının bərpasına çəkdiyi əlavə
xərcə görə 5000 (beş min) manat, təkrar cərrahi əməliyyata görə 6000 (altı min) manat, notarius
xərcinə görə 36 (otuz altı) manat pulun alınıb, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş
etmişdir.
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iddiaçı Şəkərov Qədir Muxtar
oğlu iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, cavabdeh
Şükürov Qaşqay Fərzulla oğlu 16 yanvar 2013-cü il tarixdə idarə etdiyi VAZ 21063 markalı 07
BC 493 dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara-İran İslam Respublikası avtomobil
yolunun Astara rayonun Pensər kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yol
hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törədərək idarə etdiyi avtomaşınla onu
vurmuşdur. Həmin avtoqəza nəticəsində ona sağ bud və sağ baldır sümüklərinin acıq sınığı, sağ
baldır, sağ ayaq və ic topuq nahiyyələrindən ağır xəsarətlər almışdır. Bu yol-nəqliyyat hadisəsi
nəticəsində o, sağlamlığını, müstəqil hərəkət etmək imkanını itirmişdir. Bir neçə bahalı cərrahi
əməliyyatlar keçirsədə sağlamlığı bərpa edilməmişdir. Həmin avtoqəza hadisəsinə kimi o,
2
çayxanada çaycı işləməklə ayda 500-700 manat pul qazanırdı. Orada işləyərkən vergi ödəyicisi
kimi qeydiyyata da düşmüşdür. Ailəsi ücü azyaşlı olmaqla beş nəfərdən ibarətdir. Həmin
avtoqəza hadisəsinə görə cavabdeh Şükürov Qaşqay Fərzulla oğlu Astara Rayon
Məhkəməsinin 01 avqust 2013-cü il tarixli 1(018)-65/2013 saylı hökmü ilə Azərbaycan
Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə nəqliyyat
vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan
məhrum etmə çəzasına məhkum edilmişdir. Onun qaldırdığı iddiaya əsasən Astara Rayon
Məhkəməsinin 21 may 2014-cü il tarixli 2(018)-234/2014 saylı qətnaməsinə əsasən cavabdeh
Şükürov Qaşqay Fərzulla oğlundan məhrum olunduğu qazanca görə 370 manat pulun alınıb
ona verilməsi qət edilmişdir. O, aldığı xəsarətlərə görə İİR-da olan “Arta” xəstəxanasında üc
dəfə əməliyyat olunmuş və həmin əməliyyatlara 5000 (beş min) manat pul xərcləmişdir. Onu
müayinə edən həkimlərin yekdil rəyinə görə o təkrar cərrahi əməliyyt olunmalıdır. Həmin
cərrahi əməliyytları isə İİR-da və ya Türküyə Respublikasında etmək mümkündür. Həmin
cərrahi əməliyytla əlaqədar İİR-da olan “Arad” xəstəxanasında olarkən təkrar əməliyyat ücün
6000 (altı min) manat pul lazım olmasını bildirmişlər. Ona görə də iddianın təmin edilməsini
xahiş etmişdir.
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdeh Şükürov Qaşqay
Fərzulla oğluna məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan məlumat verilməsinə
baxmayaraq o, təkrar məhkəmə iclasına gəlməmişdir və onun məhkəmə iclasına gəlməməsinin
səbəblərinə dair məhkəməyə məlumat daxil olmamışdır. Astara Rayon Məhkəməsi Azərbaycan
Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı
mümkün hesab etmişdir.
Birinci instansiya məhkəməsi qismində işə baxan Astara Rayon Məhkəməsi tələb üzrə
yuxarıda göstərilən hüquqi nəticəyə gəlmişdir.
Dostları ilə paylaş: |