tarixli qərarı).
Beləliklə məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki,
iddiaçı Qədir Şəkərov və cavabdeh Qaşqay Şükürov tərəfindən verilmiş apellyasiya
şikayətlərinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı
münasibətini düzgün müəyyən edərək hüquq normalarını hüquq münasibətlərinə uyğun tətbiq
etmiş, birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlar üzrə düzgün qiymətləndirmə
aparmış, nəticə də ədalətli, obyektiv və qanuna uyğun yekun məhkəmə aktı qəbul etmişdir. Bu
baxımdan apellyasiya şikayətləri təmin edilməməli, Astara Rayon Məhkəməsinin
2(018)105/2016 saylı 09 fevral 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392,
393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı Şəkərov Qədir Muxtar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin
edilməsin.
Cavabdeh Şükürov Qaşqay Fərzulla oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin
edilməsin.
Astara Rayon Məhkəməsinin 2(018)105/2016 saylı 09 fevral 2016-cı il tarixli qətnaməsi
dəyişdirilmədən saxlanılsın.
Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində
Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə
kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul
edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən:
imza var.
Hakimlər:
imzalar var.
Əsli ilə düzdür,
Sədrlik edən
Tofiq Heydərov