Azərbaycan respublikasi adindan qətnamə surəTİ



Yüklə 261,55 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix02.01.2022
ölçüsü261,55 Kb.
#1956
1   2   3   4   5   6   7
HÜQUQİ MƏSƏLƏLƏR: 

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  372.1-ci  maddəsinə  əsasən 

apellyasiya  instansiya  məhkəməsi  tam  hüquqlu  məhkəmə  kimi  işə,  işdə  olan  və  əlavə  təqdim 

olunmuş  sübutlar  əsasında  mahiyyəti  üzrə  baxır.  Həmin  Məcəllənin  372.7-ci  maddəsinin 

tələbinə  görə  apellyasiya  instansiya  məhkəməsi  şikayətin  dəlillərindən  asılı  olmayaraq, 

məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 

Birinci  instansiya  məhkəməsinin  qətnaməsindən  müəyyən  edilir  ki,  məhkəmə  iddia 

tələbinin qismən təmin edilməsini iş materialları ilə əsaslandırmışdır. 

Birinci  instansiya  məhkəməsinin  gəldiyi  nəticə  ilə  razılaşmayan  iddiaçı  Şəkərov  Qədir 

Muxtar  oğlu  vermiş  olduğu  apellyasiya  şikayətində  Astara  Rayon  Məhkəməsinin 

2(018)105/2016  saylı  09  fevral  2016-cı  il  tarixli  qətnaməsinin  ləğv  edilməsi  və  birinci 

instansiya məhkəməsində müəyyən edilmiş hallar sübutlar əsasında yeni qərar qəbul edilməsini 

xahiş etmişdir. 

Birinci  instansiya  məhkəməsinin  gəldiyi  nəticə  ilə  razılaşmayan  cavabdeh  Şükürov 

Qaşqay  Fərzulla  oğlu  vermiş  olduğu  apellyasiya  şikayətində  Astara  Rayon  Məhkəməsinin  09 

fevral  2016-cı  il  tarixli  qətnaməsini  ləğv  edilməsi,  onun  şikayətinin  təmin  edilməsi,  iş  üzrə 

ədalətli və obyektiv qərar qəbul edilməsini xahiş etmişdir. 

Məhkəmə  kollegiyası  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsi  iş  üçün  əhəmiyyətli 

olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı 

münasibətləri  üzrə  hüquqi  nəticəyə  gələrkən  tətbiq  edilməli  olan  maddi  və  prosessual  hüquq 

normalarını  tətbiq  etmişdir.  Buna  baxmayaraq  tərəflərin  ədalətli  məhkəmə  araşdırması 

hüququnun  qorunması  baxımından,  iddiaçının  və  cavabdehin  apellyasiya  şikayətlərində 

göstərdiyi  dəlillərin  apellyasiya  instansiyası  məhkəməsi  tərəfindən  araşdırılması  və  onlara 

hüquqi qiymət  verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların  müdafiəsi 

haqqında”  Avropa  Konvensiyasının  6-cı  maddəsində  qeyd  edilir  ki,  “Hər  kəs,  onun  mülki 

hüquq  və  vəzifələri  müəyyən  edilərkən  və  ya  ona  qarşı  hər  hansı  cinayət  ittihamı  irəli 

sürülərkən,  qanun  əsasında  yaradılmış  müstəqil  və  qərəzsiz  məhkəmə  vasitəsi  ilə,  ağlabatan 

müddətdə  işinin  ədalətli  və  açıq  araşdırılması  hüququna  malikdir...”  Həmçinin  Azərbaycan 

Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  392.2-ci  maddəsinə  əsasən  apellyasiya  şikayəti 

təmin  edilmədikdə  və  ya  məhkəmənin  qətnaməsi  dəyişdirildikdə,  apellyasiya  instansiyası 

məhkəməsi  hansı  dəlillərə  əsasən  şikayətin  təmin  edilmədiyini  və  yaxud  qətnamənin 

dəyişdirildiyini göstərməyə borcludur. 

Məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  dəlilləri  ilə  əlaqədar  iş  materiallarını 

araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. 

İş  materiallarına  əlavə  edilmiş  Astara  Rayon  Məhkəməsinin  01  avqust  2013-cü  il  tarixli 

1(018)-65/2013  saylı  hökmündən  məlum  olur  ki,  Şükürov  Qaşqay  Fərzulla  oğlu  16  yanvar 

2013-cü  il  tarixdə  idarə  etdiyi  VAZ  21063  markalı  07  BC  493  dövlət  qeydiyyat  nişanlı 

avtomaşınla  Ələt-Astara-İran  İslam  Respublikası  avtomobil  yolunun  Astara  rayonun  Pensər 

kəndi  ərazisindən  keçən  hissəsində  hərəkətdə  olarkən  idarə  etdiyi  avtomaşını  yüksək  sürətlə 

idarə  etdiyinə  görə,  idarəetməni  itirmiş  və  Astara  rayonun  Vaqo  kəndi  sakini  Şəkərov  Qədir 




 

Muxtar  oğlunu  vurmuşdur.  Bu  əməlinə  görə  o  Azərbaycan  Respublikası  CM-nin  263.1-1-ci 



maddəsi  ilə  təqsirli  bilinib  1  (bir)  il  müddətinə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan 

məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə çəzasına məhkum edilmişdir.  

İş  materiallarına  əlavə  edilmiş  Astara  Rayon  Məhkəməsinin  21  may  2014-cü  il  tarixli 

2(018)-234/2013  saylı  qətnaməsindən  məlum  olur  ki,  iddiaçı  Şəkərov  Qədir  Muxtar  oğlu 

məhkəmədə cavabdeh Şükürov Qaşqay Fərzulla oğluna qarşı, sonuncunun 16 yanvar 2013-cü il 

tarixdə idarə etdiyi VAZ 21063 markalı 07 BC 493 dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-

Astara-İran İslam Respublikası avtomobil yolunun Astara rayonun Pensər kəndi ərazisində onu 

vurmasına  görə  xəsarət  alması  ilə  əlaqədar  stosianar  müalicə  olunması  və  çayxanada  çaycı 

işləməklə  ayda  500-700  manat  pul  qazancının  əldən  çıxmasına  görə  iddia  ərizəsi  ilə  müraciət 

etmişdir.  Məhkəmənin  həmin  qətnaməsi  ilə  iddia  qismən  təmin  edilmiş,  iddiaçının  stosianar 

müalicə olunmasına görə aldığı dərmanlara görə 370 manat pulun alınıb, iddiaçı Şəkərov Qədir 

Muxtar oğluna verilməsi hissəsi təmin edilmiş, iddianın qalan hissəsinin isə rədd edilmişdir.   

İş  materiallarına  əlavə  edilmiş  Azərbaycan  Respublikası  Əmək  və  Əhalinin  Sosial 

Müdafiə  Nazirliyinin  32  saylı  Tibbi  Sosial  Ekspert  Komissiyasının  və  Astara  rayon  Əhalinin 

Sosial Müdafiə Mərkəzinin 24 dekabr 2015-ci il tarixli 1544 saylı arayışından  məlum olur  ki, 

iddiaçı Şəkərov Qədir Muxtar oğlu 31 dekabr 2014-cü il tarixdən 2-ci qrup əlil kimi hər ay 50 

manat sosial müavinət alır. 

İş materiallarına əlavə edilmiş Astara Mərkəzi Rayon Xəstəxanasının 07 oktyabr 2015-ci 

il  tarixli  1311  saylı  arayışından  məlum  olur  ki,  Astara  rayonun  Vaqo  kəndi  sakini  Şəkərov 

Qədir Muxtar oğlu xəstəxananın polikilinka şöbəsində “Sağ budun qeyri-düzgün deformasiyası 

ilə zəif bitişən sınığı (16.01.2013-cü il). Təkrar osteosintezdən sonrakı vəziyyət. Metal löhvənin 

deformasiyası.  Aşağı  ətrafın  mötədil  funksiya  pozğunluğu.  Təkrar  əməliyyata  ehtiyac  vardır” 

diaqnozu ilə dispanser qeydiyyatında durur.  

İş  materiallarına  əlavə  edilmiş  Azərbaycan  Respublikası  Vergilər  Nazirliyinin  “  Fiziki 

şəxslərin  sahibkarlıq  ucotu  haqqında  olan  şəhadətnamədən”  məlum  olur  ki,  Astara  rayonun 

Vaqo  kəndi  sakini  Şəkərov  Qədir  Muxtar  oğlu  sahibkar  kimi  07  fevral  2011-ci  il  tarixdən 

qeydiyyata alınmışdır və onun qeydiyyat nömrəsi(VÖEN) 3700276292-dir. 

İş  materiallarına  əlavə  edilmiş  İİR-da  olan  “Arad”  Məhdud  Cərrahiyyə  və  Ambulator 

Mərkəzinin  arayışından  məlum  olur  ki,  Şəkərov  Qədir  Muxtar  oğlu  ayağından  3  mərhələdə 

əməliyyat  edilmişdir  və  həmin  əməliyyatlara  görə  kilinkanın  hesabına  7,8  milyon  tümən  pul 

köcürmüşdür.  O  ən  azı  2  il  nəzarət  altında  qalmalı,  hərəkət  etməməli  və  bir  müddət 

işləməməlidir. 

İş  materiallarına  əlavə  edilmiş  İİR-da  olan  “Arad”  Məhdud  Cərrahiyyə  və  Ambulator 

Mərkəzinin 05 may 2015-cil il tarixli  arayışından məlum olur ki, Şəkərov Qədir Muxtar oğlu 

həqiqətən  ayağından  əməliyyat  olunmuşdur  və  o  ya  əlil  arabasında  gəzməli  və  ya  yataq 

rejmində olmalıdır. 

Məhkəmə  kollegiyası  hər  bir  apellyasiya  şikayətinə  ayrıca  hüquqi  qiymət  verilməsini 

məqsədə müvafiq hesab edir. 

Birinci  olaraq  iddiaçı  Q.Şəkərov  tərəfindən  verilmiş  apellyasiya  şikayəti  ilə  bağlı 

aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 

Məhkəmə  kollegiyası  iddiaçı  ilə  cavabdeh  arasında  yaranan  mübahisənin  mahiyyətindən 

müəyyən  edir  ki,  birinci  instansiya  məhkəməsi  tələb  üzrə  düzgün  olaraq  deliktdən  irəli  gələn 

sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsi qənaətinə gəlmişdir. Belə ki, mülki 

iş  materiallarından  aydın  olur  ki,  cavabdehin  hüquqa  zidd  hərəkətləri  nəticəsində  iddiaçı  Q. 

Şəkərovun  sağlamlığına  ziyan  dəymişdir.  İş  materiallarına  əlavə  edilmiş  Astara  Rayon 

Məhkəməsinin  01  avqust  2013-cü  il  tarixli  1(018)-65/2013  saylı  hökmündən  məlum  olur  ki, 

Şükürov Qaşqay Fərzulla oğlu 16 yanvar 2013-cü il tarixdə idarə etdiyi VAZ 21063 markalı 07 



 

BC  493  dövlət  qeydiyyat  nişanlı  avtomaşınla  Ələt-Astara-İran  İslam  Respublikası  avtomobil 



yolunun  Astara  rayonun  Pensər  kəndi  ərazisindən  keçən  hissəsində  hərəkətdə  olarkən  idarə 

etdiyi  avtomaşını  yüksək  sürətlə  idarə  etdiyinə  görə,  idarəetməni  itirmiş  və  Astara  rayonun 

Vaqo  kəndi  sakini  Şəkərov  Qədir  Muxtar  oğlunu  vurmuşdur.  Bu  əməlinə  görə  o  Azərbaycan 

Respublikası  CM-nin  263.1-1-ci  maddəsi  ilə  təqsirli  bilinib  1  (bir)  il  müddətinə  nəqliyyat 

vasitələrini  idarə  etmək  hüququndan  məhrum  edilməklə,  2  (iki)  il  müddətinə  azadlıqdan 

məhrum etmə çəzasına  məhkum edilmişdir. Lakin qanunvericiliyinin tələbindən aydın olur ki, 

zərərçəkənin  malik  olduğu,  yaxud  yəqin  ki,  malik  ola  biləcəyi  və  itirdiyi  qazancın  (gəlirin), 

habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə 

qidalanmaya,  dava-dərman  alınmasına,  protezləşdirməyə,  başqasının  qulluğuna,  sanatoriya-

kurort  müalicəsinə,  xüsusi  nəqliyyat  vasitələri  əldə  edilməsinə,  başqa  peşəyə  hazırlanmaya 

çəkdiyi  xərclərinin  əvəzi  ödənilməsi  hüququ  var.  Lakin  bu  hal  öz  təsdiqini  sübutlarda  əks 

etdirməlidir.  Belə  ki,  məhkəmələr  yalnız  obyektiv  həqiqəti  əks  etdirən  sübutlar  əsasında  qərar 

qəbul  etməlidir.  Bu  baxımdan  iddiaçı  öz  iddia  tələbini  təsdiqi  üçün  kifayət  qədər  sübutlar 

təqdim  etməmiş,  bu  isə  əsaslı  birinci  instansiya  məhkəməsinin  qətnaməsinin  ləğvinin  hüquqi 

əsası hesab edilə bilməz. 

Buna uyğun olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 

21.1-ci  maddəsinə  əsasən  müvafiq  olaraq  zərərin  əvəzinin  ödənilməsini  tələb  etmək 

hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu 

şərtlə  ki,  qanunda  və  müqavilədə  zərərin  əvəzinin  daha  az  miqdarda  ödənilməsi  nəzərdə 

tutulmasın.  

21.2-ci  maddəsinə  əsasən  zərər  dedikdə,  hüququ  pozulmuş  şəxsin  pozulmuş  hüququnu 

bərpa  etmək  üçün  çəkdiyi  və  ya  çəkməli  olduğu  xərclər,  əmlakından  məhrum  olması  və  ya 

əmlakının  zədələnməsi  (real  zərər),  habelə  hüququ  pozulmasaydı,  həmin  şəxsin  adi  mülki 

dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 

1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə 

edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, 

hüquqa  zidd  (mülki  qanunvericiliyin  normalarını  pozan)  əməldir  (hərəkət  və  ya 

hərəkətsizlikdir).  Həmin  maddənin  2-ci  bəndinə  görə  delikt  törətmiş  şəxs  mülki  hüquq 

məsuliyyəti daşıyır.  

1097.1-ci  maddəsinə  əsasən  mülki  hüquq  pozuntusu  (delikt)  nəticəsində  fiziki  şəxsin 

şəxsiyyətinə  və  ya  əmlakına  vurulmuş  zərərin,  habelə  hüquqi  şəxsin  əmlakına  və  işgüzar 

nüfuzuna  vurulmuş  zərərin  əvəzi  zərərvuran  tərəfindən  tam  həcmdə  ödənilməlidir.  Qanunla 

zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.  

1108.1-ci  maddəsinə  əsasən  ətrafdakılar  üçün  yüksək  təhlükə  ilə  nəqliyyat  vasitələrində 

istifadə  edilməsi  nəticəsində  mülki  hüquq  pozuntusu  törətmiş  fiziki  və  hüquqi  şəxslər  yüksək 

təhlükə  mənbəyinin  vurduğu  zərərin  əvəzini  ödəməyə  borcludurlar.  Zərərin  əvəzini  ödəmək 

vəzifəsi  yüksək  təhlükə  mənbəyinə  mülkiyyət  hüququ  ilə  və  ya  digər  qanuni  əsasla  (icarə 

hüququ  ilə,  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququna  dair  etibarnamə  üzrə  və  i.a.)  sahiblik 

edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.   

1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa 

şəkildə  pozularkən  zərərçəkənin  malik  olduğu,  yaxud  yəqin  ki,  malik  ola  biləcəyi  və  itirdiyi 

qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən 

müalicəyə,  əlavə  qidalanmaya,  dava-dərman  alınmasına,  protezləşdirməyə,  başqasının 

qulluğuna,  sanatoriya-kurort  müalicəsinə,  xüsusi  nəqliyyat  vasitələri  əldə  edilməsinə,  başqa 

peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım 

və  qulluq  növlərinə  möhtac  olduğu  və  bunları  pulsuz  almaq  hüququnun  olmadığı 

müəyyənləşdirilsin. 



 

1118.2-ci  maddəsinə  əsasən  itirilmiş  qazanc  (gəlir)  müəyyənləşdirilərkən  zərərçəkənə 



xəsarət  yetirilməsi  və  ya  sağlamlığının  başqa  şəkildə  pozulması  ilə  əlaqədar  təyin  edilmiş 

əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan 

sonra  təyin  edilmiş  digər  pensiyalar,  müavinətlər  və  digər  bu  cür  ödənişlər  nəzərə  alınmır  və 

zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi 

hesabına  daxil  edilmir).  Zərərçəkənin  sağlamlığı  pozulduqdan  sonra  əldə  etdiyi  qazanc  (gəlir) 

da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin  

82.4-cü  maddəsinə  əsasən  Cinayət  işi  üzrə  qanuni  qüvvəyə  minmiş  məhkəmə  hökmü  bu 

hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə 

baxan məhkəmə və ya hakim üçün məcburidir. 

217.4-cü  maddəsinə  əsasən  məhkəmə  (hakim)  öz  qətnaməsini  yalnız  məhkəmə  iclasında 

tədqiq olunmuş sübutlarla əsaslandırır. 

Beləliklə  məhkəmə  kollegiyası  Astara  Rayon  Məhkəməsinin  iddianın  qismən  təmin 

edilməsi, cavabdeh Şükürov Qaşqay Fərzulla oğlundan vurduğu ziyana görə 1500 (bir min beş) 

manat  pul  alınıb  iddiaçı  Şəkərov  Qədir  Muxtar  oğluna  verilməsi  və  iddia  tələbinin  qalan 

hissəsinin əsassız olduğundan rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşır, gəlinən nəticəni 

isə  işin  faktiki  halları,  tərəflərin  qarşılıqlı  münasibətinə  uyğun  hesab  etməklə  yanaşı,  verilmiş 

apellyasiya  şikayətinin  dəlillərini  heç  bir  sübutla  təsdiqini  tapmayan  formal  mülahizə  hesab 

edir. 

Məhkəmə  kollegiyası  cavabdeh  Qaşqay  Şükürov  tərəfindən  verilmiş  apellyasiya  şikayəti 



ilə  bağlı  aşağıdakıları  qeyd  ki,  apellyasiya  şikayətinin  dəlilləri  əsassızdır.  Belə  ki,  cavabdeh 

iddiaçı  Q.  Şəkərov  tərəfindən  verilmiş  iddia  tələbinin  əsassız  olmasını,  və  bununla  bağlı  onda 

sübutların  olmasını  qeyd  etsə  də  nə  birinci  instansiya  məhkəməsinə,  nə  də  ki  apellyasiya 

instansiya  məhkəməsinə  bununla  bağlı  hər  hansı  bir  sübut  təqdim  etməmişdir.  Əksinə 

məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər bir şəxs öz hərəkətinə (hərəkətsizlik) 

və  onun  hərəkət  nəticəsində  meydana  çıxan  nəticələrə  görə  Azərbaycan  Respublikası 

Qanunvericiliyi əsasında məsuliyyət daşıyır. Bu məsuliyyətin xüsusiyyətləri cinayət, maddi və 

inzibati  qanunvericiliyinin  tələbləri  əsasında  formalaşır.  Mülki  iş  materiallarından  müəyyən 

olunur  ki,  cavabdeh  Qaşqay  Şükürov  yol-nəqliyyat  hadisəsi  törətmiş,  nəticə  də  iddiaçının 

sağlamlığına  zərər  yetirmişdir.  Bu  isə  törətmiş  olduğu  əməl  nəticəsində  iddiaçının  sağlamlığı 

ilə  bağlı  ziyanın  ödənilməsinin  hüquqi  əsasını  təşkil  edir.  Qeyd  edilən  hallar  bir  daha 

cavabdehin vermiş olduğu apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərir. 

Hər  bir  tərəf  öz  tələb  və  etirazlarının  əsası  kimi  istinad  etdiyi  halları  sübut  etməlidir. 

Məhkəmə  yalnız  tərəflərin  təqdim  etdiyi  sübutları  araşdırmalı  və  onlardan  istifadə  etməlidir. 

Məhkəmə  sübutlara  obyektiv,  qərəzsiz,  hərtərəfli  və  tam  baxdıqdan  sonra  həmin  sübutlara 

tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün 

qabaqcadan  müəyyən  edilmiş  qüvvəsi  yoxdur.  Məhkəmə  (hakim)  öz  qətnaməsini  yalnız 

məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 

14.2, 88 və 217.4-cü maddələri). 

Məhkəmə  qətnaməsi  hüquqla  bağlı  mübahisəyə  baxıldıqdan  sonra  məhkəmə  iclasında 

müəyyən  olunmuş  işin  faktiki  halları  və  hüquq  normaları  əsasında  çıxarılır.  İddiaçının 

hüququnun  pozulması  təsdiqlənərsə,  məhkəmə  öz  qətnaməsilə  bu  hüququ  müdafiə  etməlidir. 

Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və 

bununla  da,  cavabdehin  iddiaçının  əsassız  hərəkətləri  və  ya  fikirləri  ilə  pozula  biləcək 

hüquqlarını  müdafiə  etməlidir.  Hər  bir  halda  məhkəmənin  qətnaməsi,  ilk  növbədə,  məhz 

mübahisə  tərəflərinin  fərdi  hüquqlarını  və  qanuni  mənafelərini  müdafiə  edən  akt  kimi  çıxış 




 

etməlidir  (N.Məmmədovanın  şikayəti  üzrə  Konstitusiya  Məhkəməsinin  31  yanvar    2006-cı  il 




Yüklə 261,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin