APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Şəkərov Qədir
Muxtar oğlu vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya
məhkəməsinin qətnaməsini əsassız və qanunsuz hesab edir. Belə birinci instansiya
məhkəməsində maddi və prosessual hüquq normaları pozulmuşdur. Yol-nəqliyyat hadisəsi
nəticəsində sağlamlığı itirmiş, aylıq qazancı olan 500-700 manat qazancından məhrum
olmuşdur.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Şəkərov Qədir
Muxtar oğlu vermiş olduğu apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin
2(018)105/2016 saylı 09 fevral 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və birinci
instansiya məhkəməsində müəyyən edilmiş hallar sübutlar əsasında yeni qərar qəbul edilməsini
xahiş etmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Şükürov
Qaşqay Fərzulla oğlu vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci
instansiya məhkəməsi iddianı təmin edərkən yeganə sübut kimi arayışa istinad edilmişdir. Bu
iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Şükürov
Qaşqay Fərzulla oğlu vermiş olduğu apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 09
fevral 2016-cı il tarixli qətnaməsini ləğv edilməsi, onun şikayətinin təmin edilməsi, iş üzrə
ədalətli və obyektiv qərar qəbul edilməsini xahiş etmişdir.
Dostları ilə paylaş: |