7
dünyada baş verən dəyişikliklərin qanunauyğun və ya təsadüfi olması, xeyir və şər,
həqiqət
və yalan, həyatın mənası, ölüm və ölməzlik, insan ləyaqəti, məsuliyyət və sair
fəlsəfi məsələlər üzrə müəyyən fikirlər irəli sürür və onları əsaslandırmağa çalışırıq.
Deməli, hər bir insan çox vaxt özü də hiss etmədən filosofluq edir, əsrlər bоуu fəlsəfəni
düşündürən məsələlər barədə fikirləşir.
Fəlsəfə nəzəri elm kimi aşağıdakı məsələləri əhatə edir: insan tərəfindən idraki,
sosial və təbiət reallığının mənalandırılmasını
təmin edir; bu münasibətdə hər bir
konkret mərhələdə əldə edilmiş miqyasları və səviyyəni müəyyənləşdirir (onu daha da
genişləndirmək məqsədilə); insanların əqidəsinin normativ-dəyər əsasını işləyib
hazırlayır, dünyanın nəzəri mənzərəsini verir; idrakın prinsiplərini və yollarını göstərir;
təbii və ictimai bütövlük daxilində insanın yerini, onun həyatının mənasını müəyyən
edir; insanların dəyərlərini, prioritetlərini, ideallarını və məqsədlərini işləyib hazırlayır.
Deyilənlər sübut edir ki, fəlsəfə mövzuları insanların rеаl həyatı ilə sıx əlaqəlidir.
Bu mənada fəlsəfənin əhəmiyyəti aşagıdakılarda ifadə olunur: о, praktiki fəaliyyət üçün
mühüm əhəmiyyət kəsb edən emosional-iradi əhval- ruhiyyə yaradır; subyektin müvafiq
yaradıcılıq növünə nə dərəcədə
uyğun gəldiyini göstərir; insanların həyat fəaliyyəti
tiplərini formalaşdırır; onların sınaqdan keçirilməsini və mümkün olanın reallığa
çevrilməsini təmin edir; insana özünü reallaşdırmaq üçün proqram verir; onun həyatının
vətəndaşlıq mövqeyini, mənasını və amalını müəyyən edir.
Fəlsəfə nəzəri biliklər sistemidir. О, dünyagörüşü ilə bağlı məsələləri ardıcıllıqla,
düşünülmüş surətdə, əsaslı dəlillərə arxalanmaqla həll edir. Odur ki, yalnız fəlsəfəni
öyrənməklə insanlar özlərinin dünya haqqında kortəbii formalaşan təsəvvürlərindəki
səthiliyi və yanlışlıqları aradan qaldıra bilir, dünya haqqında
düşünülmüş, sistemli və
səhih məlumat əldə edirlər. Vaxtilə Dekart göstərirdi ki, "yalnız fəlsəfə bizi vəhşilərdən
və barbarlardan fərqləndirir. Hər bir xalqın vətəndaşlıq və təhsil səviyyəsi onun yaxşı
filosofluq etməsindən asılıdır".
Fəlsəfə sözün həqiqi mənasında həyat deməkdir. Buna görə də əsl fəlsəfi düşüncə
mücərrəd sxem və stereotiplər ilə bir araya sığmır. Təsadüfi deyildir ki, onu "dövrün
mənəvi cövhəri", "dövrün özünü dərki" аdlаndırırlаг.
Böyük alman filosofu Hegel
göstərirdi ki, fəlsəfi fikirlərdə mənimsənilən dövrdür".
İlk baxışda belə görünə bilər ki, həyatı öyrənmək üçün bu və ya digər konkret peşə
və ixtisas üzrə biliklər, gündəlik təcrübə kifayətdir. Əslində isə dünyanın sirləri son
dərəcə mürəkkəb və əsrarəngizdir. Həyat son dərəcədə mürəkkəb,
burada gedən
proseslər isə çox ziddiyyətli və rəngarəngdir. Onları anlamaq üçün inkişaf meylləri və
perspektivlərini düzgün müəyyənləşdirə bilmək üçün geniş erudisiyaya, həqiqi fəlsəfi
biliklərə malik olmaq zəruridir. Buradan aydın olur ki, insanın praktiki fəaliyyəti və
8
mədəni həyatının əsasında duran dünyagörüşü problemlərinin izahında
fəlsəfinin rolu
misilsizdir.
Beləliklə «Fəlsəfəni öyrənməyin əhəmiyyəti nədir və о insana nə verir?» sualına
aşağıdakı konkret cavabları vermək olar:
1. Fəlsəfə insanın malik olduğu biliklər sisteminin, dünyanın elmi mənzərəsinin
nəzəri bünövrəsidir. О, həm də cəmiyyətdə normal mənəvi mühitin, insanın mənəvi
dünyasının formalaşmasınа
kömək edir, mühüm tərbiyəvi əhəmiyyətə malikdir.
2. Fəlsəfənin əsaslarına yiyələnmiş adam istənilən elm sahəsində uğurlu fəaliyyət
göstərə bilir.
3. Fəlsəfə digər elmlərin optimal inkişafına kömək edir, onlarda baş verən
metodoloji çətinlikləri aradan qaldırır.
4. Fəlsəfə insanın idrak nəzəriyyəsi ilə silаhlаndırır, yeni gerçəkliyi mənəvi
mənimsəməyin yollarını və vasitələrini müəyyənləşdirir.
5. Fəlsəfəni bilən adamda düzgün məntiqi təfəkkür formalaşır, о, həyatı tənqidi və
yaradıcı surətdə öyrənir.
İlkin
fəlsəfi təlimlərdə təbiətin, dünyanın yaranması və quruluşu haqqında
təsəvvürlər əsas yer tuturdu. Yəni təbiət fəlsəfəsi, naturfəlsəfə hökmran mövqeyə malik
idi. Sonralar zaman keçdikcə ictimai həyat, siyasi quruluş və hüquqi qaydalarla əlaqədar
məsələlər də fəlsəfinin obyektinə daxil edilməyə başladı. Tezliklə insan, onun təbiəti,
zəka və hissləri, idrakı, din və incəsənət fəlsəfi düşüncələrin əhatə dairəsinə cəlb
olundu. Beləliklə təbiət, ictimai həyat, bütövlükdə dünya və insan arasındakı mürəkkəb
qarşılıqlı münasibətlərin təhlili fəlsəfinin əbədi mövzularına çevrildi.
Dostları ilə paylaş: