5
Bir sözlə, insan ilk dəfə şeylərin təbiəti və hadisələrin səbəbi haqqında düşünməyə
başlayan andan fəlsəfə elminin tarixi başlanmışdır. Fəlsəfə elmi qədim olduğu qədər də
mürəkkəb, dolaşıq, ziddiyyətli və çətin bir təkamül yolu keçmişdir. Çünki fəlsəfə
haqqında fikir yürüdən və ya əsər yazan hər bir görkəmli alim gerçəkliyi özünəməxsus
şəkildə izah etmişdir. Elə buna görə də üçminlik fəlsəfə tarixində saysız–hesabsız
məktəblər, cərəyanlar meydana gəlmiş, müxtəlif fəlsəfi sistemlər yaranmışdır.
Dünyaya,
yəni təbiətə, cəmiyyətə, insana ən ümumi nəzəri baxışlar sistemi kimi
bir–birini tamamlayan, çox vaxt isə inkar edən fəlsəfi məktəblərin nəhəng
nümayəndələrinin zəkası tarix boyu həqiqət yolçularının, varlığın mənasını dərk etmək
istəyənlərin yolunu işıqlandırmışdır. Fəlsəfi məktəblərin
nümayəndələrini ən çox
düşündürən varlıq təlimi, insan və dünyagörüşü məsələləri olmuşdur. Bəzi alimlərin
fikrincə, ictimai şüur forması kimi fəlsəfə təxminən eyni zamanda qədim sivilizasiyanın
üç mərkəzində:
Dostları ilə paylaş: