Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 223,61 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix16.12.2023
ölçüsü223,61 Kb.
#181259
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
289 felsefe m N1felsefenin predmeti ve metodu qiyabi (1)

Dini dünyagörüşü
- dünyagörüşün ikinci tarixi növüdür. Şüurun gerçəkliyı 
ümumiləşdirərək anlayışlar vasitəsilə əks etdirməsi (məsələn, Allah, ruh, axirət və s.) 
formalarından biridir, gerçəkliyin fövqəltəbii qüvvələrə inam əsasında in`ikasıdır. 
Tarixi-sosial şərait üzündən din ibtidaı icma, quldarlıq və xüsusilə, feodalizm dövründə 
ictimai şüurun bütün başqa formalarını öz təsirinə almış, cəmiyyətın mənəvi 
dünyagörüşünün əsaslarını təşkil etmışdir. 
Dini dünyagörüşə görə dünya ikili səciyyə daşıyır: «yer üzü», «bu dünya» - təbii, 
hiss üzvlərimizlə duyulan dünya və «o dünya», fövqəltəbii, «göy üzü» - fövqəlhissi 
dünya. 
Dinə 
görə əsas, başlıca məqsəd ikincidir, birinci isə keçici və müvəqqətidir.
Din insanın qeyriadi təbii və sosial qüvvələr qarşısında acizliyi əsasında yaransa da, 
müəyyən tarixi şəraitdə ümumbəşəri dəyərlər, sosial ədalət uğrunda çıxış etmiş, 
normaların tənzimləyicisi funksiyasını yerinə yetirmişdir. İnsanların əxlaq və 
davranışını, hissi tərzini və fikirlərini normalaşdırıb sistemə salan din, cəmiyyətdə 
sosial-mənəvi tənzimetmənin, adət-ənənə və mənəviyyat normalanrın hifz edilməsi və 


11 
yaşadıqları nəsildən-nəslə verilməsinin mühüm vasitəsi kimi çıxış etmiş və edir. Hazırda 
bəşəriyyətin yaşaması, sülh və sosial tərəqqi uğrunda, müharibə əleyhinə fəal çıxış edən 
din özünün çoxsaylı hökm və mərasimləri vasitəsilə insanlar arasında məhəbbət, 
xeyirxahlıq, dözümlülük, rəhmdillik, əl tutmaq, vicdan, borc, ədalət və s. kimı bəşəri 
hissələri tərbiyə edir. 
Dinləri monoteist və politeist, ibtidai və müasir, milli və dünyəvi olmaqla müxtəlif 
qruplara ayırmaq olar. İbtidai dinlər (animizm, fetişizm, magiya, bütpərəstlik yə s.), 
politeist (çoxallahlılıq) dinlər, müasır dunya dinləri (xristianlıq, islam, buddizm və s.), 
monoteist dinlər (xristianlıq, islam və s.) misal ola bilər. 
Dini dünyagörüşü mürəkkəb struktura malikdir. Hər bir dinin strukturuna bu 
ünsürlər daxildir: dini ideya və təsəvvürlər; dini hiss və əhval-ruhiyyə; dini ayinçilik 
(kult) yə dini fəaliyyət. Bunlardan başqa, dini təsisatlar da vardır ki, (dini icmalar, 
birliklər, kilsələr, məscidlər və s.), onların fəaliyyətindən yaranan normalar, qaydalar və 
prinsiplər dinı dünyagörüşü sistemində mühüm yer tutur. 

Yüklə 223,61 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin